..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Mustafa Kamal Atatürk

2 posters

Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL C.a. 20 Avq. 2009 - 11:19

Mustafa Kamal Atatürk (türkcə: Mustafa Kemal Atatürk), Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Respublikasının və Kamalizmin qurucusu, Türkiyənin ilk prezidenti.
Mustafa Kamal Atatürk, 1881-ci ildə Salonikidə dünyaya gəlmişdir. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunmuşdur. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olmuş, Hərbi Akademiyada təhsilinə davam etmişdir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirmişdir. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət etmiş, 1907-ci ildə adyutant rütbəsi almışdır. Daha sonra Manastıra 3-cü Orduya təyin olunmuşdur. 1909-cu il aprel ayının 19-da İstanbula girən Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət etmişdir. 1910-cu ildə Fransaya göndərilmiş, Pikardi manevrlərində iştirak etmişdir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlamışdır
1911-1912-ci illərdə Türk-İtaliya Müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla birlikdə Tobruk və Dərnə bölgəsində xidmət etmiş, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin olunmuş, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlamışdır.
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük coşğu ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilən Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.
Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri:
• Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
• Çukurova, Qaziantəp, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).
• I İnönü zəfəri (6-10 yanvar 1921).
• II İnönü zəfəri (23 mart-1 aprel 1921).
• Kütahya-Əskişəhər döyüşləri.
• Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
• Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası, "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulmuşdur
Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna getmişdir. 1919-cu il 23 iyul-7 avqust tarixləri arasında Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirmişdir. O, 1919-cu ilin dekabr ayında Ankarada böyük coşğu ilə qarşılanmış, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atmışdır. Məclis və hökumət başqanlığına seçilən Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin etmişdir.
Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri:
• Sarıqamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi.
• Çukurova, Qaziantəp, Qəhrəmanmaraş və Şanlıurfanın müdafiəsi (1919-1921).
• I İnönü zəfəri (6-10 yanvar 1921).
• II İnönü zəfəri (23 mart-1 aprel 1921).
• Kütahya-Əskişəhər döyüşləri.
• Sakarya zəfəri (23 avqust-13 sentyabr 1921)
• Böyük Hücum, Başkomutanlıq Döyüşü və Böyük Zəfər (26 avqust-9 sentyabr 1922)
Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu vermişdir. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatmışdı. Beləliklə, Sevr müqaviləsi ilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmamışdır.
1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə Respublika elan edilmiş, Atatürk yekdilliklə ilk prezident seçilmişdir. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Respublikanın ilk hökuməti qurulmuşdur. Türkiyə Respublikası, "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulmuşdur
1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.
15-20 oktyabr 1927-ci ildə Qurtuluş Mübarizəsindən və Respublikanın quruluşundan bəhs edən Böyük nitqi, 29 oktyabr 1933-ci ildə 10-cu İl Nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Latifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyad qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala "Atatürk" soyadı verilmişdir.
Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında vəfat etmişdir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-ci ildə oraya köçürülmüşdür.
Mustafa Kamal Atatürk
Atatürk Türkiyəni "Müasir mədəniyyət səviyyəsinə çıxartmaq" məqsədi ilə bir çox inqilab və islahatlar həyata keçirmişdir. Bunlar beş əsas başlıq altında toplana bilər:
Siyasi sahədə
• Monarxiyanın ləğvi (1 noyabr 1922)
• Türkiyənin respublika elan edilməsi (29 oktyabr 1923)
• Xilafətin ləğvi (3 mart 1924
İctimai sahədə
• Beynəlxalq təqvim sisteminin və ölçü vahidlərinin tətbiqi (1925-1931
Hüquq sahəsində
• Osmanlı Məcəlləsinin ləğvi (1924-1937
Təhsil və mədəniyyət sahəsində
• Tədrisin birləşdirilməsi (3 mart 1924)
• Yeni türk əlifbasının qəbulu (1 noyabr 1928)
• Türk dil və tarix qurumlarının təşkili (1931-1932)
• Universitet təhsilinin nizamlanması (31 may 1933)
• İncəsənətdə yeniliklər
] İqtisadi sahədə
• Kəndlilərdən alınan onda bir vergisinin ləğvi (1925)
• Fermer fəaliyyətinin təşviqi
• Nümunəvi fermer təsərrüfatlarının qurulması
• Sənaye Təşviq Qanununun qəbul edilərək sənaye obyektlərinin qurulması
• I və II İnkişaf Planlarının (1933-1938) tətbiq edilməsi, ölkədə yeni yolların salınması


Əsərləri
• Tâbiye Meselesinin Halli və Emirlerin Suredi Tahririnə Dair Nesayih
• Takımın Muharebe Talimi (Alman dilindən tərcümə-1908)
• Cumalı Ordugâhı - Süvari: Bölük, Alay, Liva Talim və Manevraları (1909)
• Tâbiye və Tatbikat Seyahadi (1911)
• Bölüğün Muharebe Talimi (Alman dilindən tərcümə-1912)
• Zabit və Kumandan ile Hasbihal (1918)
• Nitq (1927)
• Vətəndaş üçün Mədəni Bilgilər (1930)
• Həndəsə (1937)
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL C.a. 20 Avq. 2009 - 13:14

Mən bu tarixi şəxsiyyət haqqinda çox məlumat bilirəm.Amma yenə də qaranliq məqamlar çoxdur.
Gəlin müzakirə edək.Onun müsbət və mənfiliklərini
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL C. 21 Avq. 2009 - 10:24

Mustafa Kamal haqqinda maraqli məlumatlar
• Mustafa Kamal Atatürkə ilk dəfə “Atatürk” deyən Türk Dil Təşkilatının başçısı olub, bir danışığında ona Atatürk deyə xitab edib. Mustafa Kamal da bu sözü çox sevib və özünə soyad götürüb. Amma ona “Ata” deyilməsindən xoşu gəlməzdi.
• Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.
• Ən böyük arzusu dünya turuna çıxmaq olub. Ən çox xəyal qurduğu işlərdən biri türk dili və tarixi üzərindəki işləri genişlətmək olub.
• Minlərlə kitabı olub. Amma Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış.• Atlardan sonra ən çox sevdiyi heyvan it olub. “Fox” adını verdiyi iti həmişə yatağının ucunda yatardı. Heyvanları həddindən artıq çox sevib.
• Ən çox sevdiyi rəqs vals olub. Musiqi zövqü müxtəlif olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.
• Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib.
• Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.
• Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.
• Diqqətli və təmiz türkcə danışardı. Ancaq bəzi sözləri Rumeli şivəsiylə tələffüz edərdi.
• Həyatında bir zamanlar çox önəmli yeri olan Mustafa Kamalın evlənməsindən sonra həyatına faciəli şəkildə son qoyan Fikriyə xanımın məzarının harada olduğu bilinmir.
• Həyatının çox hissəsini döyüş cəbhələrində keçirdikdən sonra dövlət başçısı olaraq keçirdiyi illər ona bir təcrid həyatı kimi görünürdü. Çox sevdiyi xalqından və sadə bir vətəndaş həyatından uzaqlaşdığını düşünürdü.
• Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.
• Evində, ətrafında, hətta qonaq olduğu evlərdə belə əyri dayanan əşyaları düzəltməsə rahat olmazdı.
• Xəstəliyinin başlanğıcında onu müayinə edən həkim Fissinger gündə neçə paçka siqaret çəkdiyini soruşub. Atatürk “səkkiz” deyib. Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: “Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyib.
• Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi.
• Liseydə oxuduğu illərdə fransız dilini öyrənməyə başlayıb və sonrakı illərdə də inkişaf etdirib. Bunun nəticəsində zəngin söz ehtiyatı olub.
• Qumar oynamaqdan xoşu gəlmirdi, amma hərdən dostları ilə poker oynayardı. Oyun sonunda isə qazandıqlarını geri qaytarardı.
• Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.
• Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: “Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı” deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb.
• İdmanı çox sevirdi, hər gün at minir, üzür və bilyard oynayardı.
• Təhsil aldığı müddətdə ən çox müvəffəqiyyət qazandığı fənn riyaziyyat olub.
• Quşları çox sevirdi. Çankaya Köşkündə çoxlu quşları vardı və onları saxlamaq üçün işçisi var idi.
• Yaltaqlığa nifrət edirdi.
• Sonuncu keçirdiyi Yeni il bayramı 1937-ci ildə olub. O, bu bayramı Xarici İşlər Naziri Tofiq Rüştü Aras ilə birgə keçirib və şkafındakı geyimlərinin bəzilərini nazirə hədiyyə edib.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL C. 21 Avq. 2009 - 10:33

Ən yaxin yoldaşlariyla söhbətlərində tez-tez :
- "Bu dövlət yixilmamalidir.Türkiyənin yeni və modern bir dövlətə ehtiyaci var.Səltənət və xilafət bərpa olunmalidir,qadin qəfəsdən cixarilmali,onlara azadliq verilməlidir" - deyərdi.
Dostlarindan biri soruşdu :
- Kim edəcək bunlari?
- M.Kamal ümid dolu sesi ile "MƏN".
- Digəri soruşdu :
- Belə bir cəmiyyətdə mənə hansi vəzifəni verəcəksən?
- Səni səfir edəcəm!
- Diger dostu :
- "Bəs mən?
- Səni xarici işlər naziri edəcəm!
- Digər dostu bəs mən?
- Sən yavərim olacaqsan!
Bayaqdan susan Nuru Cöngər Mustafanin hansi vəzifəyə sahib olacagini soruşdu.Bəs sən kim olacaqsan?
- Sizləri bu vəzifələrə gətirəcək İNSAN!

Bu da modern Türkiyə.Bu da qadin azadliği
Mustafa Kamal Atatürk 814977
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından Rusik Ş. 22 Avq. 2009 - 21:25

Evlenmek menim en boyuk sehvim olub-M.K.Ataturk

Rusik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL B.e. 9 Noy. 2009 - 23:13

Türk Milli Qurtuluş Mübarizəsinin hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin və kamalizmin qurucusu, Türkiyənin ilk prezidenti Mustafa Kamal Paşa Atatürkün ölümünün 71-ci ildönümü tamam olur.

Mustafa Kamal 1881-ci il mayın 19-da Salonikidə dünyaya gəlib. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət edib, 1907-ci ildə adyutant rütbəsi alıb. Daha sonra Manastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula gələn Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndərilib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb.

1911-1912-ci ilddər Türk-İtaliya Müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla birlikdə Tobruk və Dərnə bölgəsində xidmət edib, 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilib, bu ordunun ləğvindən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayıb.

Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 may 1919-cu ildə Samsuna gedib. 23 iyul-7 avqust 1919-cu il tarixlərində Ərzurum, 4-11 sentyabr 1919-cu il tarixində Sivas Kongresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edib. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanıb. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla cümhuriyyət qurulması yolunda əhəmiyyətli addım atılıb. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib tətbiqinə başlamasını təmin edib.

Mustafa Kamalın rəhbərlik etdiyi Türk Qurtuluş Mübarizəsinin əsas mərhələləri başlayıb.

Sakarya zəfərindən sonra 19 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi titulu verib. 1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılıb, monarxiya ləğv edilib. Beləliklə, Osmanlı İmperatorluğu ilə əlaqələr kəsilir. 29 oktyabr 1923-cü ildə respublika elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib. 30 oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən respublikanın ilk hökuməti qurulub. Türkiyə Respublikası, “Hakimiyyət qeydsiz şərtsiz millətindir” və “Yurdda sülh, dünyada sülh” ideoloji əsasları üzərində qurulub.

1927, 1931, 1935-ci illərdə Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən yenidən prezident seçilib. Soyad qanununa görə, 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilib.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu serroz xəstəliyindən İstanbulda - Dolmabaxça Sarayında vəfat edib. Onun cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Anıt Qəbir (Mavzoley) tikildikdən sonra 1953-cü il noyabrın 10-da ora köçürülüb.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL Ç.a. 8 Dek. 2009 - 17:38

Ataturk baresinde cox isteyerdim ki muzakireler aparim sizlerle.Amma deyesen bir o qeder de melumatiniz yoxdur ve ya o qeder de maraqli deyil sizler ucun
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından Qonaq Ç.a. 8 Dek. 2009 - 21:02

REBEL yazıb:Ataturk baresinde cox isteyerdim ki muzakireler aparim sizlerle.Amma deyesen bir o qeder de melumatiniz yoxdur ve ya o qeder de maraqli deyil sizler ucun
Səninlə müzakirə aparmaq olur ki? Bir kəlmə yazan kimi müharibə eləməyə hazırlaşırsan.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından REBEL Çər. 9 Dek. 2009 - 11:01

Hele moderatordu ee movzuyla elaqeli olmayan sozler yazmaqdansa Ataturk barede bldiklerinden onun idarecliyi barede dusunduklerinden yazsaydin daha meqsedeuygun olardi.Melumatin yoxdursa da hec olmasa yuxaridaki postlarda yazilanlari oxu da bir xeberin olsun kim olub hansi deysiklikleri edib ve s
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Mustafa Kamal Atatürk Empty Geri: Mustafa Kamal Atatürk

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.