..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Tənqid və Satira

3 posters

Aşağa gitmek

Tənqid və Satira Empty Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C.a. 13 Avq. 2009 - 14:50

Bildiyiniz bəyəndiyiniz..... satirik yazilari bura yazaq.


Redaktə edən: REBEL, son redaktə tarixi: C. 21 Avq. 2009 - 10:14, cəmi 2 dəfə
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C.a. 13 Avq. 2009 - 14:51

Çox bəyəndim bu satirik şeiri
“Yanıq Kərəmiyə” “ağa-bəy” havasıdır
dedik, oynadıq.
“Qara keşişləri” qırmaqdansa əllərini öpüb,
qızlarını tumarladıq.
“Çal, aşıq, çal!” – deyərək
öz əlimizlə özümüzü odladıq
kərəm tonqalına çırpı atdıq.
İndi yanan Kərəm deyil, bütöv eldir.
Damla hesab etdiyimiz nəhəng seldir.
Bu çöllər, bu biyabanlar
hər biri bir Kərəm olub yanır-yanır,
Erməninin elləriylə alovlanır.
“Yanıq Kərəmiylə” rəqs edirik toylarda, məclislərdə.
“Şuşanın dağlarını” oxutdurub şənləndiyimiz kimi.
Çünki bu bizik, biz!
Və heç zaman heç bir şeyə
Yetməyəcək əlimiz.
O vaxtadək ki, milləti unudub,
Verdiyi sözünü, vəzifəsini unudub,
Məclislərdə “rok-n-rol” oynayacaq prezidentimiz
və birinci ledimiz.
Və təlxəklik edəcək Qarabağlı balası
Bülbül oğlu səfirimiz.
Çal, aşıq, çal! “Yanıq Kərəmi” yox
rok-n-rol çal.
Rəqs edir millətimiz.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C. 14 Avq. 2009 - 9:23

Məzarında incə-incə düzülmüş
Güllərinə qurban olub, ay dədə
Sən gedəli əlim yerdən üzülmüş
Illərinə qurban olum, ay dədə

Doxsan üçdə vəzifəyə qaxıldın
Özgəyə mərd, millət üçün paxıldın
Danışanda tribunadan yıxıldın
Dillərinə qurban olum, ay dədə


Klivlenddə həkim yaman usandı
Dedi, xəstə haram yeyib qusandı
Marşrutun Gülhanəyə uzandı
Yollarına qurban olum, ay dədə

Bir az səbr elə sən, deyim dalını
Məndən soruş xeybərlərin halını
Yaxşı qucaqladın xalqın malını
Qollarına qurban olum, ay dədə

Şükür olsun, biz də vurduq toy-düyün
Qonaqlar da… iclaslarda söydüyün
Uzun illər bu milləti döydüyün,
Əllərinə qurban olum, ay dədə

Bir qardaşın parlamanda söyüşkən
Ala-bula, qoşabuynuz, döyüşkən
Sən sevdiyin ziyalılar sürüşkən
Qullarına qurban olum, ay dədə

Müftəxorlar yaxşı-yaxşı qudurub
Boz kardinal pul-paradan doldurub
Heykəlində ağ saçların vız durub
Tellərinə qurban olum, ay dədə

Dünən axşam toplamışdım rəyasət
Hamsı dedi, səndə də var fərasət
Yeritdiyin fitnə, murdar siyasət
Fellərinə qurban olum, ay dədə

Sən bilirsən kimlər bizə qatılmış
Körpə vaxtı zibilliyə atılmış
Şərurdakı çamadandan tapılmış,
Killerinə qurban olum, ay dədə

Səhv dedimsə, vur ağzıma, bula baş
Sərvət yığır eşşəkqarın, tulabaş
Gestapoda dubinkalı, xınabaş
Müllerinə qurban olum, ay dədə

Seçkilərdə bülleteni gupladım
Sənin kimi axşam-sabah gopladım
Tapşırdığın milyardları topladım
Dollarına qurban olum, ay dədə

Qadan alım, gəl, gözlərim nəmlənib
Sənin üçün pürrəngi çay dəmlənib
Kasetdəki səsin yaman bəmlənib
Zillərinə qurban olum, ay dədə
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C. 14 Avq. 2009 - 9:29

2043 cu il xaricdə təhsil alan azərbaycanlı gənc atasına məktub yazır:

“Salam ata, nəcəsən? İşlərin necədir? ATƏT-in Minsk qrupu bu gün Bakıya gəlməli idi, nə isə bir yenilik var onlardan? Dünən bizim universitetdə təhsil alan erməni tələbələr Qarabağı bizdən almalarının 50 illiyini qeyd edirdilər. Burda bizi nə türklər, nə çeçenlər, heç fələstinlilər də danışdırmır, hamı deyir ki, biz torpağı işğal altında olarkən neft puluna şadlıq evi tikib, yeyib-içən müsəlman və türk tanımırıq, bizden uzaq gəz. Mən onlara başa sala bilmirəm ki, mən doğulanda torpaqlarımız artıq 20 il idi ki, işğal altında idi və mənim burada heç bir günahım yoxdur. Amma xeyri yoxdur, mənim üzümə hamısı gülür amma həqiqətdə hörmət etmirlər.
Hələ də başa düşə bilmirəm sən və senin aid olduğun nəslin nümayəndələri necə bizi belə utanclı vəziyyətdə qoya bilərdiniz? Siz necə vətəniniz işğal altında ola-ola yeyib-içib, əylənib torpaqlarımızı azad etmək üçün fürsətləri əldən verə bilərdiniz? Yox ata, mən təhsilimi yarlmçıq qoyub vətənə qayıdıram, artıq dözə bilmirəm.”

Atanın cavab məktubu:

“Salam oğlum. Sənin vəziyyətini başa düşürəm amma eybi yox, sən orda heç kimə fikir vermə, başını sal dərslərini oxu. Siyasətə filana qarışma, bunlar böyüklərin işidir. Əsas odur ki, sənin yaxşı təhsilin, xarici diplomun, yaxşı işin və maaşın olsun. Qarabağ məsələsi çətin işdir bala, bunu sən-mən həll etmirik. Bunu böyqk ölkələr həll edir.

Oğulun cavabı:

“Ata, ədalet gözlədiyin böyük ölkələrin səkkizi birdən Türkiyəyə hücum edəndə onlar heç kimin qərarını və məsləhətini gözləmədilər. Onlar Çanaqqala savaşına gedib, dişlərini sıxıb, vətən uğrunda özlərini şəhid etdilər. İndi onların diplomsuz, işsiz, pulsuz övladları belə, yer üzündə fəxrlə gəzir, mən isə utanıram, yaxın keçmişimdən utanıram, mənə yazma mən səndən də utanıram…”
Müəllifin yazisina müdaxilə etmək istəmədim.Amma heç də 2043-ci ilə aid deyil.Elə indinin özünə aiddir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C. 14 Avq. 2009 - 9:37

“İlham Əliyev qeyri-alçaq boylu, yüksək intellektli, praqmatik düşüncəli, nevrlojik fikirli, mielit cüssəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar, kağız oyunlarını əla bacaran bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, sıxıb suyunu cıxardaraq Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.

Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı, daş qoyub, ağardanı, kərpic kəsəni və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi bu sözlərin artıq tarixin sınağından və qınağından keçərək real həqiqətə çevrilməsi Türkiyənin Samanlıqyolu televiziyasının (STV) çəkdiyi “İlham Əliyev – Azərbaycanın gənc lideri” sənədli filminin leytmotivini və lokomotivini təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətindən, Las Veqas və İstanbulda keçirtdiyi bədxərc günlərdən, habelə şəxsi və ailə həyatından bəhs edən 41 dəqiqəlik filmdə Rusiyanın „Kazino“ və dünyaca məşhur „Playboy“ jurnalı arxiv materiallarından istifadə olunub.

Filmin çəkilişindən əsas məqsəd “Əsrin müqaviləsi” layihəsinin mühüm nəticələrindən olan dünya əhəmiyyətli Heydər Əliyev adına müqəddəs Bakı-Tbilisi-Ceyhan əsas vacib ixrac xaric neft boru turba kəmərinin çəkilişinin başa çatdığı bir dövrdə, Ceyhan terminalının açılış mərasimi ərəfəsində 70 milyonluq qardaş Türkiyənin, eləcə də Ermənistan başda olmaqla STV-nin yayımlandığı 130 ölkənin tamaşaçılarına Azərbaycan lideri haqqında ətraflı bilgi verməkdən ibarətdir.

Sənədli film “Bakıda çətin illər”, “Azərbaycan müstəqil olur”, “Azərbaycan müstəqil oldu”, „Qayıdış“, „Qurtuluş“, „Yüksəliş“, „Dirçəliş“, „Dürtülüş“, “Siyasətdə ilk addımlar”, „Siyasətdə ilk dil açmaq“, „İngilis dilində tər-təmiz danışmaq“, “İndi rüşvət vaxtıdır”, “İnkişaf edən Azərbaycan”, “Avropa parlamenti və xarici əlaqələr”, „Dünyaya turistik səfərlər“, “Türkiyə-Azərbaycan”, „Azərbaycan-Türkiyə“, “Diaspor futbol klubu”, “Gənclər və idman”, “Mədəniyyət və sənət”, „Leyli və Məcnun“, „Əsli və Kərəm“ və s. adlı bölümlərdən ibarətdir.

Film Prezident İlham Əliyevin qısa tərcümeyi-halının xatırlanması ilə başlanır, sonra gənclik illərindən bəhs edilir. Onun Moskva-Türkiyə arası ticarət əlaqələrindən söhbət açılır. Türkiyənin dəri təminatının ödənməsində əvəzsiz xidmətlərinin olduğu vurğulanır. Sənədli kadrlar İlham Əliyevin dahi rəhbər Heydər Əliyevin oğlu, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazir və ölkə Prezidenti vəzifələrində fəaliyyəti barədə geniş məlumat verir. SSRİ-nin son illərində Azərbaycanda milli hərəkat, 20 Yanvar qırğını, müstəqilliyin ilk illərində yaşanmış siyasi çaxnaşmalar, böhranlar, Xocalı soyqırımına dair kadrlar da filmdə öz əksini tapıb. İlham Əliyevin sadalanan hadisələrlə əlaqəsindən bəhs edilib.

Filmdə Prezident İlham Əliyevin siyasətə gəlişindən, dövlətçiliyimizin möhkəmlənməsi yolunda fəaliyyətindən bəhs olunarkən vurğulanır ki, hər siyasətçinin oğlu mütləq siyasətçi olmalı deyil, ancaq İlham Əliyev ailəsində aldığı tərbiyə və atası Heydər Əliyevdə gördüyü yüksək əxlaq, qabiliyyət, qanacaq, etika, estetika, kibernetika və ədalətlilik sayəsində siyasətçi olmağı qərara aldı. Dahi şəxsiyyət Heydər Əliyevin, ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik, professor Zərifə xanım Əliyeva haqqında söylənən fikirlər, göstərilən kadrlar dövlətimizin başçısının boya-başa çatdığı bu nəcib ailə haqqında da tamaşaçıda dolğun, heyranedici, qaş-qabağlı təəssürat yaradır.

Sənədli filmdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Azərbaycanın ictimai-mədəni, iqtisadi və siyasi inkişafı, regional iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin uğurla başa çatdırılması, Elmar Hüseynovun qatillərinin tapılması, Rəsul Quliyevin həbs olunması, 30 min iş yerinin açılması, idmanın başına daş salınması sahəsində Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlər, xarici səfərləri, dünyanın nüfuzlu siyasi xadimləri, müğənniləri, artisləri ilə görüşləri də geniş işıqlandırılıb.
H.Müntəzir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL B.e. 17 Avq. 2009 - 16:57

Lətifəmin uydurması və ya "ilhamlı şou".


Dədəsinin siyasi kursuna, postuna, mostuna (yaxşı yadıma düşdü ölməz şəxsiyyətin adına "most" yoxdu, görün neyniyirsüz) sadiq davranan bala Əliyev öz sədaqətini gen əqrabalarını sevindirərək humanist addımlarla irəlileyir. Bizim icma da (millet olmağımıza çox var) başlıyıb ki, bəs bunlar niyə ermənilərə qarşı çıxan qurumu cəzalandırırlar? Ay başınıza pavarotduyum birinci dəfə deyil ki.Gəlin tarixi qurdalayaq. Hələ sovet dövründə qardaşı Şamuyana heykəl qoyduran Kaşşey ölməz şəxsiyyət ərz eləmişdi ki, "Mən Knarikin (erməni matağı) döşündən süd əmmişəm və bununla fəxr edirəm." Bizə məlum ilkin cəza. Naruhiye Allahverdiyan vardı 2 gün Tv-yə çıxdı oldu Azərbaycan SR xalq artisti. Yəqin Heydər müəllim soyadda ki, "Allahverdi" sözünə aldanıb. Çün Allaha inanan adam idi, "70 il Allahsız olub" deyənləri yalan çıxardıb müqəddəs Kəbə evini ziyarət edib, hətta yaddaşından bizə nağıl da danışdı ki, bəs "Mənim yadımdadır atamla namaz qılmağa getmişəm". Sonra tariximizdə heç vaxt olmayan Stepanakert rayonuna demir yolu çəkdirməsi. (bilmirəm əziz oxucu bilirsən, ya yox o məşhur rayonda bütün küçələr rus və erməni dilində, məskunlaşan əhalinin əksəriyyəti ikinci dilin nümayendeleri idi) Hakimiyyətə dübarə gələn Heydər müəllim (bunlara "bey" deyəndə acığlarına gəlir, ona görə xətirlərinə dəymək istəmirəm) 6 rayonu gendaşlarına hədiyyə etmədimi? Sonradan indiyə qədər sürən atəşkəsin imzalanması nəticəsində, artıq erməniler ikinci dövləti yaratmaq ərəfəsindədir, kimin hesabına?
Bir şeyi də qeyd edim ki, İlhamın atasının yolunu layiqincə davam eləməsi hələ uşaq yaşlarından özünü büruzə verib. Deməli eks ali baş komandan hərbi xidmətdən yayındığı kimi indiki ali baş komandanımız da üzərinə düşən "atamın izində" missiyasını yerine yetirib. Bərəkəllah, davamçı dediyin belə olar ee.
Nə isə keçək yarımçıq qalan məsələyə ki, yadınızdadırsa sülalənin I Əliyev dönəmində erməni jurnalistler Bakıya teşrif buyurmuşdu. Hələ o zaman səhv eləmirəmsə Elnur qardaşımız Aşota şapalağ ilişdirmişdi aeraportda.Yazığı tutub basdılar içəri ki, "Ayə neyniyirsən? Kişi əlləşib, qurdalanıb atəşkəs ərsəyə gətirib, sən atəşkəsə atəş açırsan. Qoy oturmuşuğ sən Allah. Birdən ermənilər hirslenib hücum çəkərlər Bakıya". Sonra daha ermənilər gördü ki, tayfa Elnuru cezalandırdı daha bu işi çox ağartmadılar. İndi növbəti hadisə də ona oxşardı. Bir tərəfdən ermənilər sevinir ki, QAT-çılar cəzalandı, bir tərəfdən tayfa və onun bazları, digər tərəfdən də gələcəkdə əfv edən də avam xalq sevinəcək: "Gör ee kişinin oğlu nə humanistdi kimi gəldi azadlığa buraxır. Deyirəm özümnən uydurduğum lətifənin nə yeridi?

Şuşa, Cıdır düzü...Xaçiklər kabab çəkib, kef edirlər.
- Rudik: Ara Aşot, Allah o kişiyə rəhmət eləsin. Onun hesabına indi burda kef çəkirik.
- Aşot: Ara həri, mən sənə deyirdim bizim adamdır deyirdin bəs yox.
Bakı həbsxanalarından biri... Əfv fərmani verilmiş köhnə OMON-çu dustağlardan...
- A kişi, deyirəm Allah o kişiyə rəhmət eləsün. Onun humanistliyinin davamıdır ki, azadlığa çıxacagıq.
- Həri qədeş 11 ilimin 10 il, 11 ayını yatmışam. Allaha şükr əfv fermanı qurtardı bizi bu zülmətdən. Mən deyirdim ki, bu millətin oğludur deyirsən ki, yox! Gördüüün? Vot!
H.Müntəzir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C.a. 20 Avq. 2009 - 10:39

Welcome!


Welcome bu zəlalətli olan dövrana welcome.
Goodbye qoca kaftara, cavan şeytana welcome.

Biz qəm evinin sakiniyik gör necə ildir,
Millət də usanmayır deyir əfqana welcome.

Bir çoxları məcburdu vətəni tərk etməyə,
Qurbətə gedir söyləyir o hicrana welcome.

Biz köhnə Azəriyik yeni olmariq heç vaxt,
YAP adlı çərənliyən* yeni ünvana welcome.

Hər kim həyatını xoş sürmək istəyir isə,
Keçsin YAP-a tüfürsün adi vicdana welcome.

Əvvəlcə tutur günahsızı salır zindana,
Sonra əvf edir əsir deyir fərmana welcome.

Emr et zamanın Sahibinə zühur eyləsin,
Biz də söyləyək o Sahib-əz-Zamana welcome.

Həbibə arzu edək xanəsi abad olsun,
Gəlsin vətənə desin Azərbaycana welcome!

*YAP- ingiliscədən öz dilimizə tərcümə edəndə "çərənləyən", "hürən", "çox danışan" mənasına gəlir.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından REBEL C.a. 20 Avq. 2009 - 11:28

“Şuşanın dağları” çalınır sazda
Şuşalı toy edir 8-i mayda
Badə toqquşdurur gəlin, bəy, quda
Millət əldən getdi, aman, İlahi!

Kəlbəcər, Laçının igid ərləri,
Dağlıq “Qarabağın şux gözəlləri”
Hərbi marş yerinə eşq qəzəlləri
Oxuyub-çalırlar kaman, İlahi!

Zəngilan fəxr edir qaçmağı ilə,
Qubadlı Sumqayıt tapmağı ilə,
Ağdam da vətəni satmağı ilə.
Kimdi görən dalda qalan, İlahi?!

Tovuz, Qazax, Gəncə, Şəki və Salyan,
Neftçala, Goranboy hamı yanbayan.
Hökumət söyləyir hər cürə hədyan
Nə qədər olacaq susan, İlahi?!

Masallı, Astara, Lerik, Lənkəran
Bir vaxt aldadılıb etdilər üsyan.
Onların da beynin yeyibdir İran.
Ortalıqda qalıb Muğan, İlahi!

Abşeron torpağı çəkir zilləti,
Yayıbdır qoynuna hər cür milləti.
Kiminin qəlbində keçmiş həsrəti
Gözləri bürüyüb duman, İlahi!

Biri tində durub nəşə doldurur,
Biri huşa gedib qəzəl uydurur.
Biri də quş tutub, çırtma vurdurur
Olub özündən bəd-güman, İlahi!

Mən hansını deyim, hansın söyləyim?
Əzablar içində yanır ürəyim.
Bir Naxçıvan idi arxam, dirəyim
Onda da qalmadı iman, İlahi,
Kürdlər onu edib talan, İlahi!

Həm türkük, ləzgiyik, həm talışıq biz
Həm dağlı, həm avar, qarışığıq biz
Lap Sabir demişkən, “hər cür zadıq biz!”
Ancaq unutmayaq bunu heç zaman
Vətənimiz birdir – Azəribaycan!
Onun uğrunda da verməliyik can!
Xilas edək onu bu qalmaqaldan
Bu yolda ol bizə həyan, İlahi!

Poetik cəhətdən zəif olsa da bura yerləşdirmək istədim
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından Rusik Ş. 22 Avq. 2009 - 21:14

Hele lambada da oynayirlar belke de meclislerde.

Rusik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından Dostik Ş. 22 Avq. 2009 - 21:54

Elə deyirsiniz ki oyunuyur lambada nəbilim nəbada.O boyda ABŞ "Presidenti" Corc dablyu BUŞ oynaya bilir,Vladimr Putin oynayır.Bizimkinə nə olub ki,

Göydə əcnəbilər balonla gəzir
Biz hələm avtəməbil minməyiriz.

M.Ə.Sabir Allah ona rəhmət eləsin.

Dostik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından Rusik Ş. 22 Avq. 2009 - 22:10

Dostik yazıb:Elə deyirsiniz ki oyunuyur lambada nəbilim nəbada.O boyda ABŞ "Presidenti" Corc dablyu BUŞ oynaya bilir,Vladimr Putin oynayır.Bizimkinə nə olub ki,

Göydə əcnəbilər balonla gəzir
Biz hələm avtəməbil minməyiriz.

M.Ə.Sabir Allah ona rəhmət eləsin.
He de kimin qizindan eee oglundan eskikdi ki.bir de gordun castuska oynayir

Rusik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından Dostik Çər. 26 Avq. 2009 - 17:24

Youtube de maraqlandım.Siz də baxsaz yaxşı olar.internet vaxtından getsə də baxmağa dəyər.buyurun baxın

https://www.youtube.com/watch?v=7_i3CwmU32Y

Dostik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Tənqid və Satira Empty Geri: Tənqid və Satira

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.