..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Elmar Hüseynov

4 posters

Aşağa gitmek

Elmar Hüseynov Empty Elmar Hüseynov

Yeni mövzu tarafından REBEL B. 2 Avq. 2009 - 23:21

Hüseynov Elmar Sabir oğlu 1967-ci il 17 iyulda Bakı şəhərində anadan olub. 1983 -cü ildə Əzizbəyov rayonunun 234 nömrəli məktəbini bitirib. Həmin ildəcə o zamankı Azərbaycan Tikinti • Mühəndis institutuna daxil olur və 1992 - ci ildə oranı mühəndis hidrotexnik ixtisası ilə bitirir.

1985 - ci illərdə Sovet ordusunda qulluq edib. Bir müddət öz peşəsi ilə Xudafərin su elektrik stansiyasını tikintisində və Rusiyada “Boquçan” su elektrik stansiyasının tikintisində iştirak edib.

1995-ci ilə Hüseynov Azərbaycana qayıdaraq jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayır.

İlk öncə Hüseynov “Zerkalo” cəməkdaşlıq etməyə başlayır. 1995 - ci ildə Elmar analitik iqtisadi informasiya agentliyi olan “Trend” agentliyini və gündəlik “Alver” qəzetini yaradır. 1996 - ci ildə O, “Geoiqtisadi araşdırmalar mərkəzinin” yaradıcılarından biri olur.

1996- cı ildə ayda bir dəfə çıxan “Monitor” jurnalını təsis edir. Bu jurnalın materialları kəskin tənqidi ilə seçilirdi.

1998 ci ildə Bakı şəhər məhkəməsi üç tarixçinin şikayəti Elmar Hüseynovu “Azərbaycan millətinin təhqir olunması” maddəsi ilə “Monitor” jurnalına cərimə kəsir ki, bunun nəticəsində də jurnalın fəaliyyəti dayanır.

1998 • ci ildə Elmar Hüseynov “Bakı Bulvarı” qəzetini təsis edir.

1999 - cü ildən isə həftəlik “Bakinskie vedomosti” qəzetini təsis edir. Bu qəzet hədələr nəticəsində ancaq səkkiz nömrə çap edilə bilir.

2000 - ci ildə Elmar yeni bir “Monitor Weekly” həftəliyini yaradır.

Bu jurnal ciddi təzyiqlərindən sonra 10 nömrəsi işıq üzü görərək bağlanır. Elmara isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açsalar da vergi orqanları bunu təsdiq edə bilmirər. Amma jurnalın yenidən fəaliyyətinə də imkan verilmir.

Bundan sonra 2001 ci ilin sentyabrın 6-da “Bakı bulvarı” qəzeti də məhkəmə hökmü ilə fəaliyyətini dayandırdı. Elmar Hüseynovu Bakı şəhər İcra hakimi Hacıbala Abutalıbovun “şərəf və ləyaqətini təhqir olunması və böhtan” maddələri ilə Elmarı altı ay müddətinə azadlıqdan məhrum edilir. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılır.

Elmar Hüseynov 2002 - ci ilin aprelindən Monitor jurnalı ilk olaraq aylıq sona isə həftəlik formatda çıxarmağa başlayır.

Elmar Hüseynov “Zərdabi”, "Qızıl Qələm" Mükafatının laureatı olub. Bir neçə dəfə ən yaxşı jurnalist və redaktor adına layiq görülüb.
Elmar Hüseynov 2005-ci ilinlmartin 2-dəBakida yaşadiği evin blokunda odlu silahla muzdlu qatil tərəfindən qətlə yetirilib.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından Le Taon B.e. 3 Avq. 2009 - 9:34

Bu cinayətin üstü rəsmi olaraq açılmasa da hər şey xalqın ağıllılarına bəllidir.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından REBEL C.a. 6 Avq. 2009 - 21:46

Elmarin həyat yoldaşi Rüşaniyə Hüseynovanin anim mitinqindəki çixişi
`Men hər iyulun 17-de Elmara hədiyyə verirdim. Həmişe bu günü biz xüsusi qeyd edirdik. Sağ olsaydı Elmarın 38 yaşını qeyd edəcəkdik, amma o, indi aramızda yoxdur. Elmarsız yaşadığımız günlər artdıqca ürəyimizdə onun yoxluğunun yaratdığı boşluq böyüyür. Bu gün Elmara deyərdim ki, sen yoxsan, ancaq Aslan var. Elmarın ve sizin qarşınızdakı borcum onu elə böyütməkdir ki, gələcəkdə hansısa mövqe tutanda fəxrle deyə bilsin "Mən Elmar Hüseynovun oğluyam". O, atası kimi dəyanətli ve mübariz olsun. Elmar kimi ədalətli ve azad olsun. Mən sizin hamınızdan rica edirəm ki, birliyinizi itirməyin ve bu cinayətin açılmasında birgə köməkliyinizi göstərin
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından When ? B.e. 10 Avq. 2009 - 18:14

Elmar Hüseynovu düzü mən tanımırdım ancaq qətlindən sora tanıdım.Nə bilim e bu kimi mövzulara heç toxunmaq istəmirəm.Öldü getdi və onun kimi bir çoxları öldürüldü.Nə olsun nə edə bilirik ya da nə edə bilirlər.Sadəcə ailəsinə dəydi dəyəcək zərbə ,sadəcə onlar yanır bir də sənin mənim kimi çox azları.nə bilim eee...
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından REBEL B.e. 10 Avq. 2009 - 18:32

When ? yazıb:Elmar Hüseynovu düzü mən tanımırdım ancaq qətlindən sora tanıdım.Nə bilim e bu kimi mövzulara heç toxunmaq istəmirəm.Öldü getdi və onun kimi bir çoxları öldürüldü.Nə olsun nə edə bilirik ya da nə edə bilirlər.Sadəcə ailəsinə dəydi dəyəcək zərbə ,sadəcə onlar yanır bir də sənin mənim kimi çox azları.nə bilim eee...
Onun Monitor jurnalindaki açiq-aşkar tənqidləri hələ də yadimdadir.Hakimiyyətin iç üzünü faktlarla insanlara çatdirirdi.Təbii k buna da bizim hörmətli hakimiyyətimiz ğöz yuma bilməzdi hələ sonra da onu iqtidar jurnalisti deyərək gözdən salmağa çalişdilar.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından REBEL C.a. 13 Avq. 2009 - 13:57

Ölürlər də hər şeyi siyasətlə əlaqələndirməyə. Ay millət bir dəfəlik başa düşün ki, Elmarın siyasətlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda hər bir sahə sərbəstdir, siyasətdən ayrıdır. Bu hadisədə Kambodja dövlətinin bilavasitə əli var!!! Azad, demokratik, insan haqqlarını beşiyində bəsləyən, ona öz övladı kimi qayğı göstərən Azərbaycanımızda təxribatlar törədənlər məhz Kambodjadakı bəzi qruplaşmalardır. Bizlər buna yol verməməli və cənab İlham Əliyevin ətrafında six və möhkəm birləşməliyik. Onun ətrafında sahə çoxdur, girmək istəyənlər varsa bizimlə sıxlaşsınlar!
Həm də sanki nə olub, adam ölub də, Heydər Əliyev də öldu. Nə oldu? Heç zad. Dim-dik ayağdayıq, yıxılmadıq, usanmadıq. Halbuki onsuz təsəvvür edilməzdi vətənimiz. Elmar da öldürülüb və ya ölüb, ikisinin də nəticəsi ölümdür. Gənc və perspektivli liderimizin sözü olmasın "müxalifətin təxribatlarına uymayın", ay uyanşiklər(bu söz bəndəniz gənc və perspektivliyə aiddir). İqtidar öz millətini, jurnalistlərini, azad mətbuatını sevir, həm də çox-çox.(Allah mehriban eləsin) İqtidar heç vaxt kimisə və ya kimlərisə öldürməz, heç kimi günahsız tutmaz, kiməsə böhtan atmaz, kimsənin həyatını, güzəranını qaraltmaz. Bunu edənlər Elmarı fəxri xiyabanda dəfn edərdilərmi? Onun iqtidar jurnalisti olduğunu iddia edərdilərmi? Qatillərinin mütləq, tez bir zamanda tapılacağını söz verərdilərmi? Bəsdirin, qara yaxmayın iqtidarımıza. İmkan verin Qarabağı azad etsin. Başını bir-iki nəfərin ölümü ilə qatmayın. Aman verin turbalarını çəksinlər Ceyhana. İmkan verin parlaq gələcəyimizi qursunlar, iqtisadiyyatımızı inkişaf etdirsinlər. İzin verin Avropaya dürtülsünlər. Nə istəyirsiz ay balam? Düşmənsiz bu vətənə? Aman verin çiçəklənsin, gülüstana çevrilsin də!!! İmkan verin dahi ölməz şəxsiyyətin yolunu şərəflə davam etdirsinlər. Bəsdirin!!!
H.Müntəzir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından Rusik Ş. 22 Avq. 2009 - 21:04

Memurlar oz heyat yoldaslarinin alt paltarlarini xalqin hesabina alirlar.Bu ifadenin muellifi de Elmardir.
Eynulla Fetullayev onun qetlinin acilmasina cox cehd gosterdi.Lakin o da hebs olundu

Rusik
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından Le Taon C.a. 25 Fev. 2010 - 15:31

Qara Qarayev prospekti, 39. Elmar Hüseynovun vaxtilə yaşadığı 9 mərtəbəli bina. Jurnalist 2005-ci il martın 2-də bu binanın blokunda qətlə yetirilib. Həmin dövrdən fərqli olaraq indi binanın kodlu dəmir qapısı var.

Blokun divarlarında Elmar Hüseynova atılan 7 güllədən 3-nün izləri hələ də qalır. Bu güllələrdən ikisi divarda, biri üstdəki pilləkənin tavanındadır.

«7 GÜLLƏDƏN İKİSİ ÖLDÜRÜCÜ OLMUŞDU»

«Bəlkə də elə ilk güllə öldürücü olmuşdu. O məlumdur ki, ona açılan 7 güllədən ikisi öldürücü olmuşdu, həkimlər deyirdi ki, qalanları öldürücü olmaya bilərdi. Baxmayaraq ki, güllələr öldürücü idi, o özündə güc tapıb mənzilinin qapısını döyə bilmişdi...»

İndi həmin güllə izlərinə baxan Elmar Hüseynovun yaxın dostu Şahbaz Xuduoğlu deyir ki, üstündən 5 il keçməsinə baxmayaraq qətlin üstünün açılmaması ona müəmmalı görünür.

«Yeni Nəsil» Jurnalistlər Birliyi də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı yaydığı bəyanatda hadisənin üstünün açılmamasından narahatlığını bildirir. «Prezident başda olmaqla, bütün ölkə rəsmiləri bu hadisəni dövlətçilik əleyhinə cinayət adlandırdılar, işin üstünün ən qısa müddətdə açılacağına xalq qarşısında söz verdilər» - deyə, bəyanatda bildirilir.

«MEDİADA BÖYÜK BİR SÜSTLÜYÜN, GERİLƏMƏNİN ŞAHİDİYİK»


Elmar Hüseynovun yaşadığı ev«Yeni Nəsil»in rəhbəri Arif Əliyev deyir ki, ötən 5 ildə həm də ifadə azadlığının çərçivələri daralıb, özünüsenzura güclənib:

«Bu gün biz mediada böyük bir süstlüyün, geriləmənin şahidiyik. Digər tərəfdən dövlət orqanları həmin vaxt tədbirlərin keçirilməsində iştirak edirdi, vədlər verirdilər, əməkdaşlığa hazır görünürdülər. Təəssüf ki, indi o tərəfdən irəliləyişin şahidi olmuruq. Nə Elmar Hüseynovun qətlinin araşdırılmasıyla bağlı məsələlərdə, nə də ölkədəki medianın vəziyyətinə şərait yaradılmasında».

İstintaqda yenilik olmamasından Elmar Hüseynovun atası Sabir Hüseynov da narahatdır. O deyir ki, bu haqda heç kim ona heç bir məlumat vermir:

«QATİLLƏR TAPILSAYDI, BİR AZ SAKİTLƏŞƏRDİM»

«Məni arayıb-axtaran yoxdur. Heç kim mənə zəng eləyib nəsə demir. Ortada heç nə yoxdur. Əgər qatillər tapılsaydı, mən də bir az sakitləşərdim. Hadisələrdən hansı açılıb ki, bu da açılsın. Ancaq yenə gözləyirəm ki, bu iş nə vaxtsa açılacaq».


Qara Qarayev prospekti, 39Elmar Hüseynovun qətlinin istintaqını Milli Təhlükəsizlik Nazirliyi (MTN) aparır. Gün ərzində nazirliyin mətbuat xidmətinə etdiyimiz zənglərə cavab verən tapılmadı.

2005-ci ilin mayında isə istintaq qətldə şübhəli bilinən şəxslərdən birinin Teymuraz Əliyev, digərinin Tahır Xubanov olması haqqında açıqlama yaymışdı. Həmin məlumatda bildirilirdi ki, bu şəxslər qətldən dərhal sonra Bakını tərk ediblər. MTN bildirmişdi ki, Teymuraz Əliyev və digər şübhəli şəxslərin axtarışı «İnterpol»un xətti ilə 180-dən artıq ölkədə davam etdirilir. Həmin ilin iyulunda isə Nizami rayon Məhkəməsi Teymuraz Əliyevə telefon nömrəsi almaqda günahlandırılan Turqay Bayramovu iki il müddətinə azadlıqdan məhrum etmişdi.

2006-cı ilin yayında isə çoxsaylı qətllərdə ittiham olunan Hacı Məmmədov məhkəməsində bildirmişdi ki, Elmar Hüseynovu onun dəstəsinin üzvləri keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetiriblər. Ancaq bu ittihamlar öz təsdiqini tapmadı.

Azadliq.org
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Elmar Hüseynov Empty Geri: Elmar Hüseynov

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.