..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Xocalı Soyqırımı

3 posters

Aşağa gitmek

Xocalı Soyqırımı Empty Xocalı Soyqırımı

Yeni mövzu tarafından REBEL B. 2 Avq. 2009 - 22:35

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı Motoatıcı Alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Bu hadisələr Azərbaycanda ve Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi adlanır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqedə olması ilə əlaqədardır

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekroloqlar tapılmışdır. Həmçinin burada arxitektur abidələr - dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq,arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının Xarici İşlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərdə olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilər güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, ətrafların rəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
ocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi. Əhalinin bir hissəsi şəhəri tərk etmişdi, ancaq Xocalı icra hakimiyyətinin başçısı E.Məmmədovun təkidli müraciətlərinə baxmayaraq dinc əhalinin tam evakuasiyasa olunmamışdı.

1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.

Hücumun iştirakçıları

Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.

Sovet Ordusunun 366-cı alayının hərbiçilərinin iştirakı

Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda 366-cı alayının hərbiçilərinin iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.

Hücumun gedişatı

Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlanmışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.

Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.

Əhalinin çıxması üçün azad dəhliz

Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə güllələyə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur.

Şəhərdə qalmış əhalinin müqəddəratı

Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.

Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti

Müvəqqəti saxlanılma izolyatorunu rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqətilik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu.

Xocalı sakinlərinin əmlakı

Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
366-cı alay
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticsəində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Xocali Soyqirimini hər an düşünmək,bu barədə daim təbliğat aparmaq lazimdir.Xocali Soyqirimi heç vaxt unutmaq olmaz
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon Ç.a. 4 Avq. 2009 - 14:58

XOCALI FACİƏSİ - tarixdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri!

XOCALI FACİƏSİ - Xatın və Sonqmi qətliamlarının Azərbaycanda daha geniş və dəhşətli təkrarı!

XOCALI FACİƏSİ - Qarabağı öz əllərində saxlamaqla Azərbaycanı diz çökdurmək istəyən Rusiyanın 366-cı motoatıcı alayının və "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycana və azarbaycanlılara düşmən kəsilmiş erməni/hay faşistlərinin birgə törətdiyi dəhşətli soyqırım!

XOCALI FACİƏSİ - bütöv bir şəhərin yer üzündən vəhşicəsinə silinməsi, onun bütün sakinlərinin: "günah"ı yalnız türk olaraq doğulmasından ibarət minlərcə insanın ucdantutma qətlə yetirilməsi, yurdundan didərgin salınması!

XOCALI FACİƏSİ - bəşəriyyət tarixinin ən qanlı terrorlarından biri - minlərcə suçsuz qoca, körpə və qadının ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi!..

XOCALI FACİƏSİ - XX yüzil tarixində silinməz xəcalət səhifəsi, özünü "mədəni" adlandıran çağdaş vandalların neçə minillik aborigenlərə qarşı Avropa və Amerikanın gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin tükürpədici örnəyi!

XOCALI FACİƏSİ - Azərbaycan xalqını düşmənlərinə qarşı həmişə ayıq-sayıq olmağa, qisası yerdə qoymamağa çağıran xəbərdarlıq zəngi!
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon Ç.a. 4 Avq. 2009 - 14:59

"QARA" ARAYIŞ


613 insan öldürülüb, bunlardan 106 qadın və 83 uşaq (bu rəsmi Azərbaycan mənbələrinin məlumatlarıdır, amma erməni mənbələrində bunların sayı minlərlə göstərilir. )

1275 insan əsir götürülüb və 150 insan itkin düşüb (bizə məlum olan məlumata görə bu insanların bir çoxlarının bədən üzvlərini "Avropa bazarına" çıxarıblar)

487 insan şikəst olmuş, onlardan 76-sı həddi-buluğa çatmamışlardır

8 ailə tamamilə məhv edilmişdir

25 uşaq hər iki valideyinini itirmişdir

130 uşaq bir valideyinini itirmişdir

56 insan işgəncə ilə öldürülmüşdür
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından REBEL C.a. 6 Avq. 2009 - 22:36

Belə bir faciəni iyə yalniz fevral ayinda xatirlayiriq ???Halbuki hər an gözlərimizin önündə olmalidi
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon C. 7 Avq. 2009 - 11:13

REBEL yazıb:Belə bir faciəni iyə yalniz fevral ayinda xatirlayiriq ???Halbuki hər an gözlərimizin önündə olmalidi
Xalq nəinki Xocalı faciəsini, hətta başqa digər torpaqların işğal tarixni belə xatırlamır, ya da xatılamaq istəmir. Ağdamın işğal günündə Sumqayıtın (başqa yerdən məlumatsız olduğum üçün Sumqayıtı yazıram) bir çox şadlıq sarayında sözün əsl mənasında şadlıq olub. Hətta bir şadlıq sarayına müğənni qonaq kimi Baloğlan Əşrəfov gəlmişdir.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon C.a. 25 Fev. 2010 - 16:36

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!

Bu günlərdə məktəbdə məni "kompüter mütəxəsisi" kimi tanıdıqlarına görə bir aksiyaya dəvət etmişdilər. Bizə təqribən 200 e-mail adresi verilmişdi: əsasən Avropa, Avstraliya, ABŞ və Rusiyaya məxsus olan e-mail-lər. Aksiya ondan ibarət idi ki, göstərilən e-mail-lərə Xocalı faciəsi ilə bağlı olan məlumatlar göndərməliydik. Təbii ki, mən bu aksiyadan kənarda qala bilməzdim. Və bu işi gördüm: müəyyən hissəsini mən, üəyyən hissəsini isə "Ay aman, gəlib yoxlayarlar" - deyə donquldanan lobarant.

Elə bu gün aldığım məlumata görə ermənilər Xocalı faciəsinin əslində faciə yox, bir qurama oyun olduğu göstərmək üçün müxtəlif dillərdə: daha konkret Azərbaycan, Rus, İngilis, Alman, Fransız və b. dillərdə yazılmış məqalələri olan bir sayt yaradıblar: xocali.net Mən sayta baxdım. İstərdim ki, Sizlər də baxasınız.

Mənim bir tanışım var - xakerdir. 20 Yanvar gününə səhv etmirəmsə, 20 ölkənin 62 saytını dağıtmışdı. Mən ondan xahiş edəcəm ki, bu saytı da dağıtsın. Və inşallah həmin xəbəri də burada yerləşdirmək mənə nəsib olar!
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından When ? C. 26 Fev. 2010 - 9:32

Bu barədə xəbərim var idi.Amma inan ki heç bir şey deməyə dilim gəlmir.Allah bilsin onlar bilsin....
Qaldı ki Sizin o Avstraliyaya Avropaya ABS a göndərdikləriniz, biz də 2 il bundan əvvəl Universitetdə olanda göndərmisdik şəxsən özüm ingilis dilinə tərcümə edənlərdən idim.Hətta biz guya onlardan cavab gələcəyi ümidilə göndərirdik amma heç bir cavab da gəlmədi (heç gəlimiyəcəydi də...).Nəsə...xülasə, mənə elə gəlir ki mənasızdı,yəni bizim adımıza heç bir əhəmiyyəti yoxdur.....
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon C. 26 Fev. 2010 - 15:38

Dəyirman & Toni Blackman - Justice for Khojaly
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon B. 28 Fev. 2010 - 15:53

«Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini doğradı və…»

Erməni şairin vəhşi etirafları


Dünən Xocalı faciəsinin 18 yaşı tamam oldu. 18 yaşlı faciəmizi isə hələ də dünyada soyqırım kimi tanıtdıra bilməmişik: Ötən gün GünAzTv-nin saytında (gunaztv.com) yayımlanan bu məqalə ilə sizləri də tanış etmək qərarına gəldik. Həmkarım Yasin Türksoyun hazırladığı tarixçəni sakitcə oxumaq mümkün deyil.
Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında görün nələr yazır:
“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
(Z.Balayan: “Ruhumuzun dirçəlişi”, “Vanadzor” nəşriyyatı 1996-cı il, səh. 260-262)
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: (səhifə 26) “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim”.
Səhifə 62-63: “Martın 2-də ”Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu)
2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-də yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuğa, aclığa və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.
(David Xerdiyan: “Xaç uğrunda”, Livan “Şərq” mətbəəsi).
Hər iki erməni müəllifin tükürpədici etirafları erməni gənclərin internet vasitəsilə təşkil etdiyi forumlarda da öz əksini tapıb. Forum iştirakçıları bu gün böyük fəxrlə bu etiraflar ətrafında müzakirələr aparırlar.
Yeri gəlmişkən, bu sahədə də azərilərin zəifliyi özünü göstərir. Ən azından internet vasitəsilə ermənilərin törətdikləri vəhşiliyi dünyaya yaymaq imkanı olanlar da nədənsə bu dərdimizə soyuq yanaşır. Görünür, bu da Azərbaycan iqtidarının telekanallar və digər vasitələrlə apardıqları təbliğatın nəticəsidir. Ancaq hər ilin 26 fevral günü Azərbaycan telekanallarında xatırlanan Xocalı faciəsi sonrakı günlərdə şou müğənnilərinin təbliği ilə əvəzlənir.
Bu isə yetişməkdə olan nəsli daha bir addım vətən sevgisindən uzaqlaşdırmaq, Qarabağı unutdurmaq, erməniləri düşmən deyil, qonşu kimi qələmə vermək istəyənlərin ideyasının nəticəsidir.

Hazırladı Arzu

Azadliq.az
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Le Taon B.e. 1 Mar. 2010 - 10:44

Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar olaraq, Sumqayıt şəhəri 9 saylı orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə yuxarı və aşağı sinif şagirdləri ilə bərabər məktəbin direktoru Kamilova Sevil, Bayramov Faiq, Quliyev Zəki və digər müəllimlər iştirak etmişlər. Tədbir iki hissədən: tarixi və ədəbi hissədən ibarət olmuşdur. Tarixi hissədə Xocalı faciəsində həlak olanların foto şəkilləri və mərhum telejurnalist Çingiz Mustafayevin lentə aldığı kadrlar nümayiş olunmuşdur. Ədəbi hissədə isə aşağı sinif şagirdləri tərəfindən hazırlanmış şeir və musiqilər səslənmişdir. Kiçik səhnəçiklər də nümayiş olunmuşdur.

Xocalı Soyqırımı 72a026461845

Xocalı Soyqırımı Fcde9800154b

Xocalı Soyqırımı 73d05eed7bd9

Xocalı Soyqırımı Cc5a2bd553f5

Babazadə Nurlan
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Xocalı Soyqırımı Empty Geri: Xocalı Soyqırımı

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.