..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

H.O.S.T. dinləyicilərinə qadağa

2 posters

Aşağa gitmek

H.O.S.T. dinləyicilərinə qadağa Empty H.O.S.T. dinləyicilərinə qadağa

Yeni mövzu tarafından Qonaq B. 2 Avq. 2009 - 22:15

Naxçıvanda H.O.S.T. dinləyicilərinə qadağa


Naxçıvanda H.O.S.T. Alliance musiqi qrupunu dinləməyə qadağa qoyulur. Qrupun ifasında musiqilərə qulaq asan eləcədə qrupun adı əks olunan köynəklər geyinən gənclərə qarşı əməliyyat tədbirləri keçirilir.

Muxtar Respublika MTN əməkdaşları tərəfindən keçirildiyi bildirilən əməliyyatda 15 gənc saxlanılıb. Şahidlərin sözlərinə görə, iki nəfər gənclərə yaxınlaşaraq özlərini MTN-nin əməkdaşı kimi təqdim edərək onları maşına mindirib aparıblar. Sonradan biz də həmin gənclərlə əlaqə saxladıq. Hədələndikləri üçün danışmaqdan ehtiyatlanan gənclərdən 8 saata yaxın saxlanıldıqlarını və onlara bir daha belə musiqiləri dinləməmək göstərişi verildiyini öyrənə bildik.

Ayrıca söhbətdə o da aydın oldu ki, onlara qrupun qızışdırıcı musiqilər səsləndirdiyini, emblemlərinin şübhəli olduğunu, kimlərə xidmət etdiklərinin bəlli olmadığını da deyiblər. Gənclər rep musiqisini sevdikləri üçün qrupa qulaq asdıqlarını bildirdilər. İndi Naxçıvanda mobil telefonlarında qrupun musiqiləri olan gənclər izlənilir.

15 gəncin saxlanılması, həmçinin H.O.S.T. qrupunun mahnılarının dinlənilməsinə nədən Naxçıvanda qadağa qoyulması ilə bağlı suallarımıza aydınlıq gətirmək üçün MR MTN-i və nazirliyin Naxçıvan şəhər şöbəsi ilə əlaqə yaratmağa cəhd göstərsək də hər iki qurumdan suallarımıza cavab ala bilmədik.

H.O.S.T. Alliance qrupunun prodüseri Emin Əfəndi isə «Azadlıq» radiosuna bu məlumatın doğru olmadığını deyib:

«Bizdə belə məlumat yoxdur. Kimsə H.O.S.T.-un adından istifadə edir. Belə hadisələr Bakıda da olmuşdu. Biz dövlətçiliyimiz xidmət edirik».

H.O.S.T. Alliance musiqi qrupu 8 nəfərlə yaradılıb. İlk albomlarını 2007-ci ildə çıxarsalar da diskləri satışa çıxarmayıb təbliğatları üçün pulsuz yayıblar. Əsasən gənclər tərəfindən dinlənilən qrupun adının baş hərfləri hava, od, su, torpaq mənasını daşıyır.

İki ay öncə qrup üzvləri hökumətyönlü mediaya müsahibə verərək prezidenti dəstəklədiklərini bildirmişdilər.

/Azadlıq radiosu/

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

H.O.S.T. dinləyicilərinə qadağa Empty Geri: H.O.S.T. dinləyicilərinə qadağa

Yeni mövzu tarafından Le Taon B.e. 3 Avq. 2009 - 9:50

Mən belə bir söhbət eşitmişdim ki, telefonunda HOSTun "Bir damla həqiqət" repi olan şəxsləri həbs edirlər.
Nə deyim, bilmirəm. Deyəmə sözüm yoxdur.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

H.O.S.T. dinləyicilərinə qadağa Empty Geri: H.O.S.T. dinləyicilərinə qadağa

Yeni mövzu tarafından Qonaq B.e. 3 Avq. 2009 - 10:12

Bence hic dogru degil eger bu demokratik bir ulke ise kim ne isterse yapa bilir ve neyi isterse dinleye bilir

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

H.O.S.T. dinləyicilərinə qadağa Empty Geri: H.O.S.T. dinləyicilərinə qadağa

Yeni mövzu tarafından REBEL C.a. 6 Avq. 2009 - 22:18

Populyarliq üçün hər şey edir də bur qrup.Təəssüflər olsun ki bəzi gənclər vətənpərvərliyi düzgün həyat tərzini əxlaqi...bu qrupu dinləməklə əlkdə edirlər.Guya da...
Kütləəəəəəəəəəə
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

H.O.S.T. dinləyicilərinə qadağa Empty Geri: H.O.S.T. dinləyicilərinə qadağa

Yeni mövzu tarafından Le Taon C. 25 Sen. 2009 - 11:42

HOST idealogiyasını deyil, HOST replərini çox xoşlayıram. Ancaq tam aydınlaşdıra bilmirəm ki, nəyə görə? Gözəl obrazlı təsvirə görəmi? Replərindəki fəlsəfəyə görəmi? Fonda oxunan lara görəmi? Yoxsa musiqisinə görəmi? Bəlkə də elə sadaladıqlarımın hamısına görə...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

H.O.S.T. dinləyicilərinə qadağa Empty Geri: H.O.S.T. dinləyicilərinə qadağa

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.