..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Nüsrət Kəsəmənli

2 posters

Aşağa gitmek

Nüsrət Kəsəmənli Empty Nüsrət Kəsəmənli

Yeni mövzu tarafından Le Taon C.a. 16 İyul 2009 - 9:05

Həyatı


Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) - şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən «Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). «Dünyaya pəncərə» sənədli televiziya verilişinin ssenari müəllifı və aparıcısı olmuşdur (1985-ci ildən).
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nüsrət Kəsəmənli Empty Geri: Nüsrət Kəsəmənli

Yeni mövzu tarafından Le Taon C.a. 16 İyul 2009 - 9:06

Getmək istəyirsən


Getmək istəyirsən,

bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.

Yollar tək döşənib ayaqlarına,
Sənə yalvarımmı?..

Bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil…

Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm,qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən,

nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,

deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə…

Getmək istəyirsən,

bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nüsrət Kəsəmənli Empty Geri: Nüsrət Kəsəmənli

Yeni mövzu tarafından Le Taon C.a. 16 İyul 2009 - 9:12

BU, SƏN DEYİLSƏN...

Qayıdıb gəlibsən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vüqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən vaxt keçir, zaman gözləmir,
Dilin dediyini ürəyin demir.
Bu yalvaran gözəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Deyirsən küsənler barışar yenə,
Nə tez boyun əydin beş günlük qəmə?
Özündən razılıq yaraşır sənə,
Yox, bu sən deyilsən, bu sən deyilsən.

Dərdlisən, dərdini get daniş suya,
Əl açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapıya,
Yox, bu sən deyilsən, bu sən deyilsən.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nüsrət Kəsəmənli Empty Geri: Nüsrət Kəsəmənli

Yeni mövzu tarafından Freedom B.e. 30 Noy. 2009 - 0:01

Nüsrət Kəsəmənli “Küsülü qala bilmirəm…”

Qayıdıb gəlmişəm yanına yenə.
Nə olar,bu dəfə qəlbnimə dəymə.
Deyəsən.gülürsən acizliyimə,
Neyləyim,küsülü qala bilmirəm.

Sevənlər həmişə yesir düşübdür,
Axı aramıza nə sirr düşübdür,
İradəm sevginə əsir düşübdür.
Neyləyim,küsülü qala bilmirəm.

Zaman gözləməyir,ömür-gün axır,
Soyuqluğun məni yandırıb-yaxır.
Gözüm gözlərinə yalvarıb baxır,
Neyləyim,küsülü qala bilmirəm.

Uçub buludlara qona bilərəm.
Bu dərdin əlində sola bilərəm.
Ömürlük ac-susuz qala bilərəm,
Neyləyim,küsülü qala bilmirəm...
Freedom
Freedom
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Nüsrət Kəsəmənli Empty Geri: Nüsrət Kəsəmənli

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.