..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Sevdiyiniz şeirlər

3 posters

Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından Qonaq B. 26 İyul 2009 - 14:46

Bu mövzuda sevdiyiniz, bəyəndiyiniz şeirləri yerləşdirə bilərsiniz.
Xahiş olunur ki, müəllifini bildiyiniz halda, onu da qeyd edəsiniz.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından Qonaq C.a. 30 İyul 2009 - 21:59

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından REBEL C.a. 6 Avq. 2009 - 23:09

Qələbə - Məğlubiyyət

Qırx beşin doqquz mayı... Aləm gülüb, sevindi...
Yalnız şadlıq danışdı, yalnız qələbə dindi.
Hər kəs təbrik edildi sevinclə, hərarətlə,
Şəhidlər də anıldı qürurla, fəxarətlə.
Bu sevincli bayramda itki düşmədi yada,
Kim nəyi itiribsə, dedi:” Vermədim bada.”
Həmin gün təqvimlərə qırmızı rəngdə düşdü.
Günlər beləcə keçib, qırx yeddi il ötüşdü...
Doxsan ikinci ilin yenə də doqquz mayı.
Şadlıq yox, əvəzində xalqın dərdli harayı.
Bu dövrdə itkilər çox, ən böyük itki- Şuşa.
Nə deyim, nə söyləyim, deməklə gəlmir başa.
“Şuşam gedib!”- sözdəki naləyə, əfqana bax,
Qırx yeddi il öncəyə, indiki zamana bax.
“Qələbə”- “məğlubiyyət”, bu sözlər gəlmir uyğun.
Böyük təntənə ilə heç düz gəlməyir qırğın.
Şuşa! Bütün Qafqazın mədəniyyət ocağı.
Neçə dahi yetirmiş onun doğma qucağı.
Ürəkləri oxşayan Bülbülün səsi hara,
Həyatlara son qoyan düşmən gülləsi hara?
Azərbaycanın tacı, Qarabağın göz dağı!
Heç təsəvvür etməzdik onu zəbt edər yağı.
Şuşa əllərdən getdi, qorunub saxlanmadı.
İndi Şuşa necədir, sorulub, yoxlanmadı.
Orada nə baş verdi, nələr oldu, bilmirik.
Elə həmin zamandan heç ürəkdən gülmürük.
Fəxarətli şuşalı oldu çarəsiz qaçqın,
Evsiz-eşiksiz qaldı, dərdi-qəmi bir yığın.
Şuşa! Şuşa! Ölkəmin qara bəxtli şəhəri.
Sənsən Azərbaycanın böyük dərdi, kədəri.
Amma mənim qəlbimdə bir inam, ümid vardır.
Çünki xalqın içində hələ çox igid vardır.
İnanıram xalqımın gücünə, qüdrətinə,
İnanıram ordumun hünər, rəşadətinə
“Doqquz May” istəyirəm, qələbəli “Doqquz May”
“Qırx beş”in uğurundan bu günümə kiçik pay.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından When ? B.e. 10 Avq. 2009 - 18:26

Sevdiyim çooox şeer var təbiii ki amma heç birinin də adı yadımda qalmır yada özüm cəhd etmirəm yadımda qalması üçün.Məndə ümumiyytlə fərqli yanaşma var şer aləminə.Şeri 1 dəfə oxuyuram bəyənriəmsə bir də oxuyuram hamısıs bu qədər onu yadda saxlamaq üçn heç bir cəhdim olmaz hətta ikinci dəfə rast gələndə həmin şerə bəlkədə bu şeri nə vaxtsa oxuduğumu belə yadımdan çıxardıram.Nəysə mövzudan kənara çıxmadan indi elə 1 saat bundan əvvəl oxuduğum Nüsrət Kəsəmənlinin bu şerini bəyəndim və bura qeyd edirəm



BIRI VARDI, BIRI YOX...

Olan olub gecən gecib belke de
Indi daha kovrelmeyin yeri yox
Omrum boyu bele gelib menimki
Evvelinden biri vardi, biri yox

Uzagdaydi men isteyen ocaglar
Ureyimden gelib kecti sazaglar
Ataliydi, analiydi usaglar
Bizim evde biri vardi, biri yox

Gozlerime doldurmusam yagisi
Bir koynekde cixarmisam men qisi
Salvar-pencek geyinirdi tay-tusum
Mende ise biri vardi biri yox

Gelbim yandi ilk sevgimden esgimden
Dara dusdum el ummadim hec kimden
Meclislerde can deyib can esiden
Dostlarimin biri vardi biri yox

Uzum guldu telebeyem deyende
Sixilirdim dost penceyi geyende
Muellimle dil tapa bilmeyende
Giymetimin biri vardi, biri yox

Men orduya neler gorub getmisdim
Urek alib urek girib getmisdim
Iki giza konul verib getmisdim
Gayidanda biri vardi biri yox

Uzag gezdi emi, dayi, bibiler
Soz arasi mene evlen dediler
Nisan ucun iki sey istediler
Mende ise biri vardi biri yox

Vaxt gelecek bu gunu goreceksen
Cox suala gozunu doyeceksen
Vaxt gelicek sen ozun deyeceksen
Deyeceksen, biri vardi, biri yox.
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından REBEL B. 16 Avq. 2009 - 12:05

Qarabağ getsə əgər

Məni udsun qara torpağ, Qarabağ getsə əgər,
Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.

Nə qədər qız-gəlinim düşdü əsir göz görəsi,
Yaz mənim qəbrimə alçaq, Qarabağ getsə əgər.

Dərd vətən dərdidi, bağ dərdi çəkənlər alacaq,
Özgə bir yerdə gözəl bağ, Qarabağ getsə əgər.

Qorxudar bir gecə vallah səni xalqın qəzəbi,
Yetməz imdadına çildağ, Qarabağ getsə əgər.

Oxuyub tarixi bir gün nəvələrmiz deyəcək,
Bizə min tən ilə qorxaq, Qarabağ getsə əgər.

Oynasaq erməninin işvə-nazıynan yenə biz,
Qoyacaq çox yerə barmaq, Qarabağ getsə əgər.

Girəcək tayqulağın qəbrinə tuş çaldıracaq,
Deyəcək bizdədi Arsağ, Qarabağ getsə əgər.

Qatılır gah vəhabiylə xristian bu işə,
Atmaq üçün təzə qarmaq, Qarabağ getsə əgər.

Belə sirli və müəmmalı gedişnən, Pünhan,
Ümid Allahadır ancaq, Qarabağ getsə əgər.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından Qonaq Ç.a. 20 Okt. 2009 - 19:37

Ən çox sevdiyim şeirlərdən biri. Müəllifi müəllimim Knyaz Aslandır.

Sən mənə "yox" desən, nolar, bilirsən?
Göylər qalaq-qalaq tökülər yerə.
Bahar çiçəkləri şaxtaya düşər,
Dünya həsrət qalar gözəlliklərə.

Susar şəlalər, donar bulaqlar,
Sonalar oxumaz çeşmə başında.
Saralar yarpaqlar, sınar budaqlar,
Gözündən yaş axar dilsiz daşın da.

Sən mənə "yox" desən, nolar, bilirsən?
Ay, Günəş tərs düşər, ulduzlar pərən.
Bütün arzuları döndərib heçə,
Kainat ayrılar öz məhvərindən...

Sən mənə "yox" desən, nolar, görürsən?
Talanar bir eşqin dövləti, varı.
Sən mənə "yox" demə, "yox" demə, gülüm,
Mən heç!.. Dünyamıza rəhm elə, barı!..


KNYAZ ASLAN

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından REBEL Ş. 31 Okt. 2009 - 22:43

T Ü R K D E Y Ə N D Ə

Səsin göyü titrədəndə Sənə düşmən olanların
Qızıl şəfəq, günəşim də Səni fani sayanların
Baxıb o şanlı keçmişə Yalan dolu qəlblərinə
Işıq saçır Türk deyəndə Qorxu düşür Türk deyəndə

Qayıdanda öz məninə Yer üzü də diz çökəcək
Yüksəlirsən özlüyündə Sözsüz bu həsrət bitəcək
Qüvvət alır ərənlər də Bir gün Turan birləşəcək
Uca səslə Türk deyəndə Birləş artıq Türk deyəndə

Sənə qurban can sinəmdə Rəsulzadə örnəyimiz
Bayrağımız yüksələndə Elçibəysə öndərimiz
Bilsən necə coşur könlüm Hədəf olar gərəyimiz
Bir nəfəsə Türk deyəndə Zəfər bizim Türk deyəndə

Qüzeyimin, Güneyimin Qızıl alma idealın
Şah qüdrətli Təbrizimin Bozqurd da ki totemindir
Ayrı düşmüş qəlblərinə Dünya sənin vətənindir
Ümid dolur Türk deyəndə Fəxr etməli Türk deyəndə

Hökm edən vaxt xudavəndə Seyid Cəfər Pişəvəri
Vahid məslək daxilində Səttarxanla Xiyabani
Qalxacağıq Savalana Qurban etmiş hər şeyini
Hamı birdən Türk deyəndə Millət üçün Türk deyəndə

Ağrı dağdan Alagözə Görürsənmi ey Türk gənci
Savalandan nər Kəpəzə Nələr vermiş Tanrı sənə
Yaranacaq xoş mənzərə Bəxş olunmuş səltənəti
Saf könüldən Türk deyəndə Qoru sən də türk deyəndə
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından Qonaq Ç.a. 3 Noy. 2009 - 22:08

Xatirində varmı, tez-tez küsüşüb deyərdin:
- Danışma, dindirmə məni...
İndi bu sözlərin yadına düşüb
yandırırmı səni, yaxırmı səni?
Bəlkə bir gün səndən üzüldü əlim,
"Xoş keçdi az sürən bu ömrümüz de..."
Ayrılıq dəmində, aman gözəlim,
qoy, yadımda qalsın, bir yaxşı söz de.
...Mənsiz bu dünyanın olsan qonağı,
Nə olar, sevgilim, sağ ol, təki sən.
Kim görsə boyasız, solğun dodağı,
Onsuz da biləcək SƏN MƏNİMKİSƏN!


Rəsul Rza

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından Le Taon C. 27 Noy. 2009 - 9:42

QARA DASTAN


Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dovlət quşunu,
Sərvətinə üz çevirmiş zaman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Dörd bir yana dağılmış türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda izi qalmış al qanlar,
Ordulara buyruq verməz İlhanlar,
Harda qalmış "set"lər yıxan fərman hey…
Qoca türkün düşdüyü hal yaman hey…


Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi,
Nə ozan var, nə yazan, nə şaman hey...
Qoca türkün düşdüyü hal yaman hey...


Qazan, Başqırd batmış, Krım sürülmüş,
Mənim çəkik gözlü yarım sürülmüş,
Qohum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca türkün düşdüyü hal yaman hey...


Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, özbək adlanır,
Azəri türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey,
Qoca türkün düşdüyü dərd yaman hey...


Keçən çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey... səslənir Amudərya duyulmaz,
Sırdəryada qalmamışdır dərman hey...
Qoca türkün düşdüyü dərd yaman hey...


Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar Altın Ordu yerinə,
Aral da öz varlığından peşman hey...
Qoca türkün düşdüyü dərd yaman hey...

Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə Turan hey...


Almas İldırım
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Sevdiyiniz şeirlər Empty Geri: Sevdiyiniz şeirlər

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.