..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Nadir Qafarzadə

2 posters

Aşağa gitmek

Nadir Qafarzadə Empty Nadir Qafarzadə

Yeni mövzu tarafından Le Taon Ş. 25 İyul 2009 - 17:36

Son illər kişi müğənnilərinin həyatı ilə bağlı maraqlı xəbərlər tez-tez yayılır və əksəriyyətinin oriyentasiyasının dəyişdiyi bildirilir. Maraqlıdır ki, bunların əksəriyyətidə Moskvaya bir neçə günlük səfər edib qayıdandan sonra belə olur. Yəqin ki, burda bir sirr olmasada bir annormallıq var. Amma bu hələ ki, bizlik deyil və bizi bu dəfə maraqlandıran Nadir Qafarzadədir…

1) NADİR QAFARZADƏ KİMDİR?
Adi müğənnilərdən biri. Amma xalq artisti Flora Kərimova ilə duet oxuyandan sonra məşhurlaşdı. Və bu gün özünə «əjdaha» ləqəbi qoyub, od püskürmək niyyətinə düşüb. Lap öncələr isə adi peraşki satan idi. Sadə bir insan və gündəlik çörək pulunu tapmaq üçün nə oğurluq edirdi, nə də kişi fahişəliyi, əsl kişi kimi gücü çatan işi görüb evinə çörək pulu aparırdı. Bu gündən fərqli olaraq.

2) NADİR QAFARZADƏ İNDİ KİMDİR?
İndi toyxanalardan çıxmayan və çıxanda bir milyon peraşkinin pulunu özü ilə aparan müğənni. Əjdaha ya gərgadan olduğunu bilməsəkdə, bunu dəqiq bilirik ki, o, artıq başqa şəxsdir. Onunla bağlı ümumiyyətlə, şübhələr çoxdur. Necə ki, o, bütöv azərbaycanlı kişilərdən şübhələnir. Tələsmədən birinci öz şübhələrimizdən danışaq, sonra onun şübhəsinə keçərik.

3) NADİR QAFARZADƏNİN ŞÜBHƏLİ HƏRƏKƏTİ…
Birinci belə hərəkət onun Moskvadan qayıtmasından sonra baş verdi. Yuxarı da Moskva ilə bağlı xatırlatmamızın buna dəxli yoxdur. Nə isə… Moskvaya gedib gələndən sonra duruşunu, yerişini, sifətini, bir sözlə hər yerini dəyişmişdi. Bunun yeni imic olduğunu düşündük. Hətta bu imici Msokvada konsert vermək üçün etdiyini də fikirləşdik. Deyəsən, AST Telmanla görüşəndən sonra bu dəyişikliklər baş vermişdi. Axı, konserti biz bilən Telman müəllim keçirtmək istəyirdi.

4) NADİR QAFARZADƏNİN İKİNCİ ŞÜBHƏLİ HƏRƏKƏTİ…
Nadir Qafarzadə deyəsən konsert verirdi ya… nə isə başqa şeyiydi. Amma bir onu bilirəm ki, divara yapışdırılan reklam şitini görəndə şoka düşdük. Nadir Qafarzadənin çox, çox, lap çox… maraqlı bir şəkili yapışdırılmışdı və altına yazılmışdı ki, «Mənim qadınım». Başa düşmədik, bunu Nadir Qafarzadə deyirdi, ya Nadir Qafarzadəyə deyirdilər? Amma fərqi yoxuydu. Çünki şəkil tamam başqa şeylər deyirdi.
Beləcə, biz ortaya çıxarılması mümkün olan şübhələrimizi ortaya qoyduq. İndi isə keçək, Nadir Qafarzadə həzrətlərinin şübhəsinə.

NADİR QAFARZADƏ KİŞİLƏRİ KİŞİ SAYMIR..?

Deməli, kanallardan birində növbəti mənasız və məntiqsiz proqram yayınlanmaqdaydı. Diqqəti cəlb edən isə Nadir Qafarzadənin əynində 70-80-cı illərdə gənc xanımların dəblə geyindiyi arvad köynəyinin olmasıydı. Yəqin indi kişilər də bunu geyinə bilər. Nə isə paltara və Nadirə baxa-baxa keçdik onun maraqlı söhbətinə. Operator Nadir Qafarzadənin pul kisəsini çəkir. Pul kisəsinin içində 3 dənə 50 manatlıq, 2-3 dənə 20 manatlıq və bir o qədərdə 10 manatlıq var.

Nadir Qafarzadə isə yekə-yekə deyir:
- Bu pul indi özünə kişi deyən hamının cibində olmalıdır. Bu pul nədirki?
Deməli cibində 300 manatdan aşağı pul olanların heç biri kişi deyil? Deməli, Nadir Qafarzadə peraşki satdığın dövrlərdə kişi deyildin? Aylarla əziyyət çəkib ayda 100-200 manat maaş alan adi fəhlə, kəndli, vətəndaş kişi deyil? Nadir Qafarzadə, nə danışdığını ümumiyyətlə anlayırsan? O pulu hansı yolla qazanırsan? Gəl, keçmişini unutduğun üçün kişi nə cür oluru sənə izah edim;

- Kişi dalını, qabağını əməliyyat etdirib, dodaqlarını şişirtməz…
- Kişi qadın paltarını geyinməz…
- Kişi qadın kimi yeriməz və danışmaz…
- Kişi kiminsə, qabağında dizi üstə çökməz…
- Kişi ac ola bilər, amma kişiliyini qorumağı bacarar…

Bunu çox sadalamaq olar. Amma bu yəqin ki, birinci dəfə kifayət edər. Yəqin ki, o verilişə çoxları baxmayıb, ya da axıra qədər baxmayıb. Yoxsa…

"Milli Yol"
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nadir Qafarzadə Empty Geri: Nadir Qafarzadə

Yeni mövzu tarafından Jurnalist_89 C.a. 10 Dek. 2009 - 15:12

Bu mövzunu silində. Bu adamın üzünü görəndə yox e, adanı belə eşidəndə dəli oluram. İnsan azda olsa özünə hörmət qoyar, bu insana inanın deməyə belə dilim gəlmir.
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

Nadir Qafarzadə Empty Geri: Nadir Qafarzadə

Yeni mövzu tarafından Le Taon C.a. 10 Dek. 2009 - 15:19

Jurnalist_89 yazıb:Bu mövzunu silində. Bu adamın üzünü görəndə yox e, adanı belə eşidəndə dəli oluram. İnsan azda olsa özünə hörmət qoyar, bu insana inanın deməyə belə dilim gəlmir.
Silmək? Əslində isə biz belələrini tapıb ifşa edib camaata tanıtmalıyıq.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nadir Qafarzadə Empty Geri: Nadir Qafarzadə

Yeni mövzu tarafından Jurnalist_89 C. 11 Dek. 2009 - 14:54

U-JIN yazıb:
Jurnalist_89 yazıb:Bu mövzunu silində. Bu adamın üzünü görəndə yox e, adanı belə eşidəndə dəli oluram. İnsan azda olsa özünə hörmət qoyar, bu insana inanın deməyə belə dilim gəlmir.
Silmək? Əslində isə biz belələrini tapıb ifşa edib camaata tanıtmalıyıq.

Mənə elə gəlir ki, antireklamın özüdə elə bir reklamdır. Ona görə də elələrin ifşa etmək biryana qalsın,adını çəkmək belə lazım deyil.

Bir şeyi başa düşə bilmirəm, hamı deyir zəhləm gedir ondan, bəs belələrini toylara aparan kimləridir axı?
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

Nadir Qafarzadə Empty Geri: Nadir Qafarzadə

Yeni mövzu tarafından Le Taon C. 11 Dek. 2009 - 15:05

Jurnalist_89 yazıb:
Mənə elə gəlir ki, antireklamın özüdə elə bir reklamdır. Ona görə də elələrin ifşa etmək biryana qalsın,adını çəkmək belə lazım deyil.

Bir şeyi başa düşə bilmirəm, hamı deyir zəhləm gedir ondan, bəs belələrini toylara aparan kimləridir axı?
Əvvəla onu deyim ki, antireklam heç də həmişə reklam deyil. Mən kişi cinsindən olana "Sən kişi deyilsən!" deyirəmsə, bunun axı nəyi reklam olur? Onu toya çağıranlar onlardan xoşu gələnlərdir. Açığı mən hələ rast gəlməmişəm ki, kiminsə hanısa müğənnidən xoşu gəlməyə-gəlməyə öz toyuna çağırsın.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nadir Qafarzadə Empty Geri: Nadir Qafarzadə

Yeni mövzu tarafından Le Taon B.e. 28 Dek. 2009 - 13:31

Nadir Qafarzadənin Nisa Qasımovanın verilişində söylədikləri. Baxa bilməyənlər üçün deyim ki, o deyir ki, "...Mən anamı saat 5-də qəbrə qoymuşam, saat 7-də də toya getmişəm..."
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Nadir Qafarzadə Empty Geri: Nadir Qafarzadə

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.