..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Ailə nədir?

2 posters

Aşağa gitmek

Ailə nədir? Empty Ailə nədir?

Yeni mövzu tarafından Le Taon Ş. 25 İyul 2009 - 17:32

Ailə sözü, aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir.
Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.
Biologiyada ailə sözü bir birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir.

Sözün mənşəyi

Ailə sözünün əsli ərəbcədən gələn عائلة (= A’ilə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir birlərinə dayanan, itimad edən insanlar üçün işlədilir.
Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurub: Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.
Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Asimanın rəhmət qapıları dörd yerdə açılır: yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kəbənin qapısı açıldıqda və nikah baş verdikdə.
Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insani ehtirasları vardır.

Ailənin vəzifələri

Ailənin biologiya və sosiologiya elmləri barəsində çox mühüm vəzifələri vardır: ‘İnsan’ növünün özünü yenidən hasil etməsi üçün ailə müəssisəsinə ehtiyacının olması ixtilaflıdır. Ancaq bir ailənin təşəkkül olması üçün biologiya baxımından qadının məhsuldarlığı və kişinin döllənmə gücünün olması lazımdır. Evli bir qadın-kişi cütünün uşaqları olmayanda əcnəbi bir uşağını övladlığa götürməsi bunun istisnasıdır. Ailənin xüsusiyyətləri neçə nəsillərin bir yerdə yaşadığına görə də fərqlənir. Ona görə çox nəsilli ev həyatı ya çox nəsilli ailədən söz gedir. Özünü yenidən hasil etmək, nəsillərin həyat verərək saxlanması vəzifəsi üçündür. Bu barədə ailənin bağları bir cəmiyyətinin saxlanması və çoxalması üçün çox mühümdür.
Müasir cəmiyyətlərdə ailənin siyasi, dini, iqtisadi və təlimlə əlaqəli vəzifələr qismən başqa ictimai müəssisələrə (m.ü. dövlət hakimiyyətləri, sığorta müəssisələri, təhsil müəssisələri, idman cəmiyyətləri kimi) aparılar və ailənin gündəliyində əhəmiyyətini itirər.

Terminologiya

İnsanlarda görülən müxtəlif ailə şəkilləri vardır. Bunlardan atanın sözünün keçdiyi ailələrə pədərşah ailə, ananın sözünün keçdiyi ailələrə də madərşah ailə deyilər.
Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: Dini və gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.
İmam Cavad əleyhissalam buyurur: Hər kəs sizə elçilik etsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.
Bir kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi: Mənim bir qızım var, onu necə adama ərə versəm yaxşı olar?
Həzrət buyurdu: Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir.
Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ailə nədir? Empty Geri: Ailə nədir?

Yeni mövzu tarafından When ? B. 23 Avq. 2009 - 12:48

Mən bu mövzunu çox xoşladım.Doğurdan da çox əhəmiyyətli bir mövzudur xüsusən də bu forumda olanların yaşındakılar üçün çox dəyərli və vacibli hesab edirəm.Gələcəkdə hər birimiz bir ailə sahibi olacağıq, bəlkədə aramızda olanlardan ailəlilər də var və inanıram buradakı keyfiyyətli yazılarımızdan dəyərli fikirlərimizdən bir birimizdən nə isə çox düzgün və vacib olan nüanslar öyrəndik.
Belə də ki ailə nədir sualına çox geniş və fərqli yondən cavablar vermək olar.Hörmətli müəllif bu işə biolojik yonlərindən ,dini nöqteyi nəzərdən yanaşıb , mən isə mənəvi,emosional bir az da reallıq baxımdan öz fikirlərimi bildirmək istərdim.
Ailə ümumiyyətlə hər bir xalq üçün fərqli dəyərlərdə ölçülür.Xristian ailəmilə müqayisədə islam dünyasında ailə insanları çox müqəddəs tellərlə bağlayır.Bİzdə ailə qavramına verilən dəyər sözsüz qərb ailəmindəki kimi deyil.Və elə məncədə bunun bizdəki kimi olmağı insalnıq adına bir müsbət faktordur. İki fərqli ailə tərbiyəsi görmüş ,fərqli alışqanlıqları olan yad insanın ,bir araya gəlməsi eyni evdə birgə yaşamağa başlaması və fərqli dünya görüşləri olan iki insanın birlikdə övlad tərbiyə edib ərsəyə çatdırmağı olduqca məsuliyyət,diqqət,hörmət ,izzət tələb edən bir vəzifədir mən deyərdim.bir birinə alışmağın vermiş olacağı çətinliklərin fərqində olub bu addımı atmamışdan öncə sözün əsl mənasında öhdələrinə götürmüş olduqları məsuliyyətin böyüklüyünü dərk etmək də vacib məsələdir.Ailə qurmağı bizim insanlarımız xüsusən də indiki dövrümüzdə sadəcə ailə qurmaq xətrinə ,çox vaxt mənfəət xatirinə atılmış bir addım hesab edib çox sadə bir şey olduğunu fikirləşirlər və nəticələr çox vaxt ailələrin dağılmasına gətirib çıxarır.ona görə də ailəni qurmaq üçün vacib sayılan faktorların olması lazımdır.Məsələn ilk öncə hansı yaşda ailə qurduğuna ,seçdiyi insanla əqidə baxımdan ,xarakter baxımdan uyğun olub olmamağına ,ailələrin bir birinə layiqli olub olmamağına ,firkirlərin tutmağına çoox fikir verməlidirlər və ailə qurduqdan sonra da qarşılıqlı hörmət ,sevgi,diqqət,qayğı olmalı və bir birlərinin istək və arzularını nəzərə almalıdırlar ki qurulan ailə möhkəm , uzunömürlü və cəmiyyətə və özünə xeyir verə biləcək potensialda olsun.
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.