..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Şəbnəm

4 posters

Aşağa gitmek

Şəbnəm Empty Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 10:43

2010-cu ilin ilk mövzunu mən forumun keçmiş üzvü Moderatoru AQLAYA-nın xatirəsinə həsr edirəm. Ona bildirmək istəyirəm ki, o getsə də biz onun yoxluğunu hiss edir və onun yerini daim görürük.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 10:44

Şəhid məzarı önündə

Ey məzar, görmədəsən yenə üzüqarə məni.
Sualların çevirib sənə - lal məzarə məni.
****
Hələ də torpağımın bir hissəsi məndə deyil,
Hələ də beş-üç dığa edibdir avarə məni.
****
Bu günü bilsə idin, köçməzdin o dünyaya,
Qoymaz idin keşikçi sən bizim diyarə məni.
****
Bilirəm, hərb yoludur bu dərdlərin tək çarəsi,
Nə edim, gəl, qorxudur nədənsə, bu çarə məni.
****
Haqlısan qeyrətimə rişxənd edib gülməyinlə,
Belə qeyrətlə çox azdır çəkələr darə məni.
****
Ey məzar, çox danlama, gəl, sülh yoluynan danışaq,
Keçən illər öyrədib bax, belə rəftarə məni.
****
Bu axan göz yaşı yox, qərənfilin şəbnəmidir,
Quruyubdur göz yaşım, zənn etmə fəvvarə məni.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 10:48

Qələbə - Məğlubiyyət

Qırx beşin doqquz mayı... Aləm gülüb, sevindi...
Yalnız şadlıq danışdı, yalnız qələbə dindi.
Hər kəs təbrik edildi sevinclə, hərarətlə,
Şəhidlər də anıldı qürurla, fəxarətlə.
Bu sevincli bayramda itki düşmədi yada,
Kim nəyi itiribsə, dedi:” Vermədim bada.”
Həmin gün təqvimlərə qırmızı rəngdə düşdü.
Günlər beləcə keçib, qırx yeddi il ötüşdü...
Doxsan ikinci ilin yenə də doqquz mayı.
Şadlıq yox, əvəzində xalqın dərdli harayı.
Bu dövrdə itkilər çox, ən böyük itki- Şuşa.
Nə deyim, nə söyləyim, deməklə gəlmir başa.
“Şuşam gedib!”- sözdəki naləyə, əfqana bax,
Qırx yeddi il öncəyə, indiki zamana bax.
“Qələbə”- “məğlubiyyət”, bu sözlər gəlmir uyğun.
Böyük təntənə ilə heç düz gəlməyir qırğın.
Şuşa! Bütün Qafqazın mədəniyyət ocağı.
Neçə dahi yetirmiş onun doğma qucağı.
Ürəkləri oxşayan Bülbülün səsi hara,
Həyatlara son qoyan düşmən gülləsi hara?
Azərbaycanın tacı, Qarabağın göz dağı!
Heç təsəvvür etməzdik onu zəbt edər yağı.
Şuşa əllərdən getdi, qorunub saxlanmadı.
İndi Şuşa necədir, sorulub, yoxlanmadı.
Orada nə baş verdi, nələr oldu, bilmirik.
Elə həmin zamandan heç ürəkdən gülmürük.
Fəxarətli şuşalı oldu çarəsiz qaçqın,
Evsiz-eşiksiz qaldı, dərdi-qəmi bir yığın.
Şuşa! Şuşa! Ölkəmin qara bəxtli şəhəri.
Sənsən Azərbaycanın böyük dərdi, kədəri.
Amma mənim qəlbimdə bir inam, ümid vardır.
Çünki xalqın içində hələ çox igid vardır.
İnanıram xalqımın gücünə, qüdrətinə,
İnanıram ordumun hünər, rəşadətinə
“Doqquz May” istəyirəm, qələbəli “Doqquz May”
“Qırx beş”in uğurundan bu günümə kiçik pay.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından When ? C. 1 Yan. 2010 - 11:13

SEhf etmiremse bu serleri Şəbnəm yazıb ,hə? Amma doğurdan çox gözəldi, çox bəyənirəm. Həqiqətən də Ujin dediyi kimi elə mən də öz adımdan deyirəm bu forumda onun olmağını çox istyirəm. Mən başa düşmədim nə baş verdi o getdi amma yəni o qədər həll olunmaz problemiş ki özünün də çox istədiyi bu forumda olmaqdan imtina etdirsiin? Məncə insan nə qədər hər şeyi türkiyəlilər demişkən altdan alsa o qədər faydalı xeyirli həyat keçirər.Xırda şeyləri problem etməyək bu qədər böyük problemlərimiz var ikən...
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Mixaylo C. 1 Yan. 2010 - 15:15

gelin inanaq ki, o qayidacaq..

Mixaylo
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Odlar yurdu AZERBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Mixaylo C. 1 Yan. 2010 - 15:16

o yoxdusa men de yoxam...
elim gelmez bu forumda nese yazam..

Mixaylo
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Odlar yurdu AZERBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:43

Mixaylo, mən onun qayıdacağına inanıram. Amma gəlin bir-birimizi başa düşək. Ona zamana verək. Öz daxili psixoloji mübarizəsinə qalib gəlsin. Biz onu məcbur gətirsək, o, ürəyi istəyən kimi yaza bilməz. Ona görə də ona zaman tanımalıyıq. O, qayıdacaq. O, qayıtmalıdır!
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:51

Onun ən çox sevdiyim qəzəli.

Gedir Baba Pünhan

Zəmanənin Sabiri bu gün həyatdan gedir,
Hər vaxt pünhan qalan kəs, düşünmə pünhan gedir.

Onun ölüm xəbəri xalq üçün ağır dərddir,
Çünki xalqın dərdini çəkən bir insan gedir.

Qoyduğu “Qulp”lar ilə yazdıqları qalacaq...
Gedən bircə Babadır, bir də ki, zaman gedir.

“Xalq şairi” olmadı, Xalqın Şairi oldu,
Xalqın dərdini bilən, halına yanan gedir.

Hələ, gör bir nə qədər qulplanmamış iş qaldı,
Nə edəsən, bu əcəl verməyir aman gedir.

Baş əymədi heç zaman heç bir kəsin önündə.
Axı niyə ölümə baş əyib qurban gedir?

Şəbnəm, sən də özünü qəzəlxanmı sanırsan?
Məgər bilmirsən bu gün əsl qəzəlxan gedir?
18 aprel 2004
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:51

OLUR
(şeirləşmə)

KNYAZ ASLAN:
Bəzən mənə adi gül,
Adi çiçək dürr olur.
Saçları sarı sünbül
Açılmamış sirr olur...

Bir sevginin gəlişi,
Bir gözəlin yerişi,
Bir körpənin gülüşü
Ürəyimdə nur olur!

Ömür bir çaydır - axır,
Di ha səslə, ha çagır...
Uzanan qoşa cığır
Yola çıxıb bir olur...

Sevib əzizlədiyim,
Yolunu gözlədiyim,
Hamıdan gizlədiyim
Duyğum dönüb şeir olur!

Dünya heç, baxtım talan,
Kimdir məndən söz alan?!
Bu dərdli Knyaz Aslan
Söz qoşub şair olur...

ŞƏBNƏM XEYRULLAYEVA:
Bu həyatın anlamı
Çoxlarına sirr olur.
Bəzən onu duyan da
Nadanla əlbir olur.

Alimi yalan deyir,
Məmuru kalan yeyir,
Kasıbı palan geyir,
Müəllimi cibgir olur.

Biri yeyir xəlvəti,
Görür əsl ləzzəti.
Başqasının zəhməti
Boşalan xəlbir olur.

Var-dövlətə olan qul,
Görünür sanki yoxsul.
Deyir: “Əl çirkidir pul.”
Əli dolu “kir” olur.

Nə gördüm dərddə, qəmdə?
Sevinc var axı həm də.
Bundan sonra Şəbnəm də
Sizlə həmfikir olur.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:53

OXŞAR AQİBƏTLƏR

İnsan saat yaratdı. Saat daim hərəkətdə idi. Onun içində olan rəqəmlər və başqa
detallar saatın Əqrəbini daim hərəkətdə olduğundan qeyri-adi , yaradıcı hesab
edir, İnsan faktorunu unudur və ya qəbul etmək istəmirdilər. Səbəb Əqrəbin
onlara daha yaxın və İnsanla müqayisədə anlaşılan olması idi.
Amma bu rəqəmlər bəzən Əqrəbin nə səbəbdən geri qalmasını və ya irəliləməsini,
birdən-birə bir saat önə və ya geriyə çəkilməsini anlaya bilmirdilər. Bunu
Əqrəbin öz daxili xüsusiyyətləri ilə izah etməyə çalışır, insanın bu Əqrəbə və
ümumilikdə saata müdaxiləsini dərk edə bilmirdilər.
Bəzən isə bu Əqrəb tamamilə dayanır və ya dayanmaq üzrə olurdu. İnsan belə
vaxtlarda saatı yenidən qururdu. Bundan sonra saat əvvəlki rejiminə qayıdırdı.
İnsan sonuncu dəfə saatı qurarkən bunun sonuncu olduğunu xəbərdar edib saatın
mütləq baş verəcək son aqibətini bütün detallara anlatdı.
Saat köhnəlmişdi. Yenə də işləmir, gerililəyirdi. Görünən o idi ki, bu dəfə hər
şey həqiqətən də sona doğru gedir. Detallar bilmirdi ki, bu geriləmədə hər
birinin günahı var. Bilmirdilər ki...
Bir gün gələcək, İnsan bu köhnəlmiş saatı ya harasa vurub sındıracaq, ya da
sadəcə atacaq. Həmişəlik! Kim bilir, ona yeni saat gərək olacaqmı?

* * * * *

Allah Kainat yaratdı. Kainat daim hərəkətdə idi. Kainatın sakinləri olan
insanlar və digər canlılar Yer kürəsini daim hərəkətdə olduğu üçün qeyri-adi,
yaradıcı hesab edir, Allah faktorunu unudur və ya qəbul etmək istəmirdilər.
Səbəb Yer kürəsinin onlara daha yaxın və Allahla müqayisədə anlaşılan olması
idi.
Amma bu insanlar bəzən Yer kürəsində baş verən zəlzələlərin, vulkanların,
tufanların, sunamilərin səbəbini anlaya bilmirdilər. Bunu Yer kürəsinin öz
daxili xüsusiyyətləri ilə izah etməyə çalışır, Allahın Yer kürəsinə və
ümumilikdə kainata müdaxiləsini dərk edə bilmirdilər.
Bəzən isə Yer kürəsində elə çaxnaşmalar, fəlakətlər olurdu ki, dünyanın sonu
olduğunu zənn edirdin. Allah belə vaxtlarda Yer kürəsinə peyğəmbərlər
göndərirdi. Bundan sonra dünyada sabitlik bərqərar olurdu.
Allah sonuncu peyğəmbəri Yer üzünə göndərərkən onun sonuncu olduğunu xəbərdar
edib dünyanın sonunu, axirəti hər kəsə anlatdı.
Dünya yaman köhnəlmişdi. Yenə çaxnaşmalar, müharibələr, ədalətsizlik baş alıb
gedirdi. Görünən o idi ki, bu dəfə hər şey həqiqətən də sona doğru gedir.
Xilqət bilmirdi ki, bu baş verənlərdə ayrı-ayrılıqda hər birinin günahı var.
Bilmirdilər ki...
Bir gün gələcək, Allah bu dünyanı məhv edəcək. Həmişəlik! Kim bilir, ona yeni
dünya gərək olacaqmı?
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:54

FƏRQLİ DÜŞÜNCƏLƏR

I
İndiki uşaqlar lap dəhşətdir e... Gör, neçə aydır, mühazirə deyirəm, amma hələ
də onlara nə istədiyimi başa sala bilməmişəm. Anlamıram, bu uşaqlar auditoriyaya
hansı planetdən, hansı zamandan düşüblər?
Elə ilk dərsdən çoxdan sınaqdan keçirtdiyim işarələrlə mətləbi anlatmaq
istədim. Ən sadəsindən başladım. Dedim ki, müəlliminizə “hörmət” etmək hamınızın
borcudur. Axı mən nə bilim ki, bu geridəqalmışlar hələ də “hörmət”in çoxmənalı
söz olduğundan xəbərsizdirlər. Amma, ədalətlə danışsam, “hörmət” sözünün ilkin
mənası baxımından uşaqlar sözümdən çıxmır.
Bu işarənin mənasız olduğunu dərk edəndən sonra keçdim ikinci şərti işarəyə.
Dedim ki, uşaqlar, fənnimiz çox çətindir, imtahan vermək sizə elə də asan
görünməsin. Əgər imtahandan uğurla keçmək istəyirsinizsə, əvvəlcədən müəllimə
“yaxınlaşın”, məsləhət istəyin. Amma bu üsul da əl vermədi. Söz ağzımdan
çıxar-çıxmaz, bütün qrup əllərində mühazirə dəftərləri və əlavə materiallar
olmaqla yanıma gəldilər. Gəldilər, böyük bir elmi diskussiya açıb mənə imtahana
nə qədər hazırlaşdıqlarını sübut etməyə çalışdılar. Onlarla razılaşmayıb qrup
nümayəndələri ilə vacib söhbət etməli olduğumu bildirdim. Mən elə bilirdim ki,
qrup nümayəndəsi uzaqgörən olar. Düşünürdüm ki, adi bir him-cimdən mətləbi
anlayar. Amma o heç ağzımı açmağa macal vermədi. Xahiş elədi ki, ona əlavə
ədəbiyyat siyahısı verim, qrup imtahana bir az da yaxşı hazırlaşa bilsin. Bu
dardüşüncəli tələbə məni elə qəzəbləndirdi ki, özümdən asılı olmayaraq çığırdım
ki, bütün qrup “Bazar iqtisadiyyatı şəraitində qiymətin meydana gəlməsi”
kitabını oxusun. Nə edim ki, bunun da faydası olmadı. Qrup nümayəndəsi mənə
xatırlatdı ki, sən demə, bu kitabın mənim tədris etdiyim fənnə heç bir
aidiyyatı yoxdur.
Hər şeyin faydasız olduğunu görüncə sonuncu çıxış yoluna əl atmalı oldum. Dedim
ki, balalarım, əmək haqqım o qədər də yüksək deyil, aldığım pul heç adi
ehtiyaclarımı da ödəmir. Sizin təqaüdünüz isə demək olar ki, hər ay artır...
Daha bundan artıq nə deyəcəkdim ki? Necə təsirli danışdımsa, hətta bəzi
tələbələrin gözündə yaş da gördüm. Bu mənə ümid verdi və mən özüm bu dəfə cib
dəsmalıma müraciət etməli olmadım.
Bu gün məlum oldu ki, bütün qrup yığışıb rəhbərliyə ərizə ilə müraciət ediblər.
Mənim “arif” tələbələrim ərizələrində rəhbərlikdən ağır həyat şəraitimi nəzərə
almaqla əmək haqqıma əlavələr edilməsini xahiş ediblər... Müraciətləri nəzərə
alınsa, buna da şükür!

II
İndiki uşaqlar lap dəhşətdir e... Gör, neçə aydır, mühazirə deyirəm, amma hələ
də məni başa düşmürlər. Nədənsə, sözlərimə müxtəlif cür don geyindirirlər.
Məsələn, o gün tələbələrin intizamsızlığını görüb onlardan tədris etdiyim fənnə
və şəxsən özümə hörmətlə yanaşmalarını tələb etdim. Nəyə görəsə, işlətdiyim
“hörmət” kəlməsi böyük əks-sədaya səbəb oldu. Yerbəyerdən hörmətin miqdarı ilə
maraqlanmağa başladılar. Onlara belə bir ölçü vahidini tanımadığımı bildirdim.
Bu azmış kimi, sonra da “hörmət”in zamanını öyrənmək istədilər. Daha doğrusu,
soruşdular ki, mənə imtahanda yoxsa elə dərsdə hörmət etsinlər. Dedim ki,
əlbəttə, həmişə. Bunu eşidən kimi, tələbələrin bir neçəsi mənə pul uzatdılar.
Yəqin ki, xırdalamaq istəyirdilər. Yoxsa, mənə niyə pul uzatsınlar ki? Onlara
acıqlandım. Dedim ki, dərsdə pul xırdalamaq olmaz, ayıbdır!
Dərs bitən kimi, qrup nümayəndəsi mənə yaxınlaşıb onu uşaqların göndərdiyini
bildirdi. Tələbəyə ağzını açmağa imkan verməyib, onu xeyli təriflədim ki, hətta
dərsdən sonra belə, nə isə öyrənmək istəyir. Daha sonra ona əlavə ədəbiyyat
siyahısı verib imtahana yaxşı-yaxşı hazırlaşmağını tapşırdım. Mənim ağıllı
tələbəm cavab verdi ki, onlar artıq imtahana hazırdırlar və mənə pul uzatdı.
Yazıq uşaqlar, görünür, hələ də xırda pul tapa bilməmişdilər. Heç mənim də o
qədər pulumun olmamasını deyib, tələbəmə yaxınlıqdakı mağazaya müraciət
etməsini məsləhət gördüm. Deyəsən, bu məsləhətim onu o qədər də qane etmədi.
Çünki, bir xeyli narazı baxışlarla mənə baxdı...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:56

Onun şah əsəri: "TUT"

TUT

Onu heç kəs birmənalı qəbul etmirdi. Ateistlər onu "xurafatçı", dindarlar "bütpərəst", "kafir", nə ateist, nə də dindar olanlar isə sadəcə "dəli" adlandırırdılar. Hansı mövqeyin haqlı olmasını deyə bilməyəcəyəm. Axı heç onun özü üçün də bu mövqelərin elə bir əhəmiyyəti yox idi. Hətta bu soyuqqanlılıq "mövqe sahibləri"nə toxunurdu da. Amma onlar bilmirdilər ki, gec də olsa, o bütün bu ittihamlara cavab verəcək...
Onu başqalarından ayıran inamı, əqidəsi idi. Əslində o bu sözlər altında heç də başqalarının düşündüyü kimi öz totemini - tut ağacını nəzərdə tutmurdu. Buna baxmayaraq çoxları məhz belə fikirləşirdi. Çünki tut ağacı onun üçün həqiqətən müqəddəs idi. Müqəddəs idi, amma Allah, Yaradıcı deyildi. Müqəddəs idi, çünki bağlarının ən nəhəng ağacı olan bu ağac ona özünün görmədiyi, yaşamadığı uzaq illərdən, ulu babalarından, nənələrindən soraq verirdi. Müqəddəs idi, axı bu ağac öz qapqara və şipşirin tutları ilə nə qədər insanın, hətta bu bağa heç bir aidiyyatı olmayan yolçuların, qohum-qonşuların aclığını, susuzluğunu yatırtmış, sıx yarpaqlı çətir budaqları ilə onlara sərinlik, dinclik bəxş etmişdi. Müqəddəs idi, çünki ağlı kəsəndən bəri bu tut ağacının "pir" adlandırıldığını, niyyətləri, arzuları gerçəkləşdirdiyini eşitmişdi. Müqəddəs idi, həm də ona görə ki, valideynləri onun özünün də həyata gəlişini bu tut ağacıilə bağlayardılar. Bildiyinə görə, altı bacıdan sonra dünyaya gəlmiş özü - evin yeganə oğlu ata-anasının bu tut ağacına olan yalvarışlarından, "nəzirindən" sonra dünyaya gəlmişdi. Bir sözlə, bu ağacın müqəddəs olmadığına onu heç kəs inandıra bilməzdi. Ən azı ona görə ki, onun ulu baba-nənələri bu ağacı müqəddəs hesab etmişdilər və özü - artıq yaşı altmışı keçmiş bu qoca da bütün həyatı boyu ağacın "pir" olduğunu təsdiqləmişdi.
O, "pir"i ilə fəxr edirdi. Deyirdi ki, başqalarının nəzirinin haraya, kimin cibinə getdiyi məlum deyil. Tut ağacına edilən nəzir isə yalnız onun qulluğunda durmaq, onu alaqlardan təmizləmək, qurd-quşdan qorumaq idi. Bu sahədə "pir"in də "bəxti gətirmişdi", heç vaxt nəziri gecikməzdi. Yalnız bir dəfə...
Bircə dəfə o, "pir"inin qarşısında özünü çox günahkar hiss etmişdi. Həmin yay Abşeronun bütün tut ağacları üçün dəhşətli olmuşdu. Amerika Birləşmiş Ştatlarından gəldiyi deyilən qəribə və çox qorxunc ağ kəpənəklər, xüsusilə onların yaşıl, tüklü tırtılları tut ağaclarına olmazın zərbə vurdular. O dəhşətli yay demək olar ki, çox qocaman tut ağaclarının ömrünə son qoydu, çox ağacları məhv olmaq dərəcəsinə çatdırdı. Yarımcan olmuş ağaclardan biri də onun "pir"i oldu. Qoca "pir"inin məhv olmaması üçün əlindən gələn hər şeyi etdi. "Pir" "ölüm"dən qurtuldu. Bu qurtuluşa onun nə qədər sevindiyini dillə izhar etmək çətindir. Fəxr edirdi ki, ağac vətəni ölkələrə meydan oxuyan bir kəpənəyin əlindən qurtula bilib. "Pir"inin bu dözümü ona da yaşamağa stimul verirdi. Hiss edirdi ki, mübarizə etməyi bacarsa, onun da qarşısında heç kəs davam gətirə bilməz. Heç kəs, nə Amerika, nə kəpənək, nə qohum-qonşunun tənəsi, nə də puluna arxalananlar... O zaman bilmirdi ki, saydıqlarının axırıncısında səhv edib...
Həmin yaydan səkkiz il keçmişdi. Ağac da əvvəlki gücünü bərpa etmək üzrə idi. Abşeronun əvvəlki gözəlliyindən əsər-əlamət qalmasa da, qoca öz bağında köhnə abu-havanı qorumağa çalışırdı. Onun bu səyinə gülənlər də var idi, acıyanlar da. Köhnə, yöndəmsiz və eyni zamanda onun üçün əziz olan daxmasının yerində villa ucaltmamışdı. Başqaları kimi, göz bəbəyi kimi qoruduğu bostanını– üzümlüyünü də yaraşıqlı hovuza dəyişməmişdi. Bağının ətrafına digərləri kimi "qala divarları" çəkməmişdi. Onun bu hərəkətlərinin səbəbini nostalji hisslərin əsiri olmasında görənlər çox az idi. Əksəriyyət isə belə düşünürdü: "Pişiyin əli ətə çatmayanda..." Onu isə nə əksəriyyətin, nə də övladlarının sözü yolundan döndərə bilərdi.
Son zamanlar qonşular arasında qəribə bir şayiə yayılmışdı. Deyirdilər ki, güya bu ətrafda bağı olanlara pul verib köçürəcəklər. Səbəb kimi onu deyirdilər ki, bu ərazini hansısa vəzifəli şəxs alıb və aldığı torpaqlarda öz biznesini quracaq. Bu biznes haqqında da cürbəcür söz-söhbətlər gəzirdi. Nə bilim, biri burada sanotoriyanın, digəri restoranın, başqa birisi əyləncə mərkəzinin tikiləcəyini deyirdi. Hətta bəziləri sahibkarının biznes üçün deyil, sadəcə öz yaşayışı üçün imarət tikdiyini deyirdi. O bu şayiələrə əvvəllər o qədər əhəmiyyət verməsə də, son zamanlar yaşadıqları əraziyə gediş-gəlişin artması, gələnlərin ətraf torpaqları ölçüb-biçməsi, nələri isə qeyd etmələri onun da şübhələnməsinə əsas verirdi.
"Od olmayan yerdən tüstü çıxmaz" sözü düz imiş. Əli kağız-kuğuzla dolu olan qalstuklular onun da qapısını döydülər. Əvvəlcə ədəb-ərkanla işin nə yerdə olduğunu anlatdılar. O, bağını gələnlərə satmalı idi. Əvəzində böyük məbləğdə pul alacaqdı. O, bağını satmağı ağlına da gətirmədiyindən etiraz etdi.
Kağız-kuğuzlu qalstuklular bir neçə dəfə də gəldilər. Amma bu dəfə danışıqlarında ədəb-ərkandan əsər-əlamət qalmamışdı. Onlar qocanın bağına açıq-aydın istehza ilə gülürdülər də. Hətta sonuncu dəfə sərt bir şəkildə - "Ay dayı, yadında saxla, bu pulu sənə nə bu sınıq-salxaq daxmana, nə də ki, bu 10-15 ağacına görə vermirik. Bunların heç biri bizə lazım deyil. Biz torpağa pul veririk ki, o da əslində heç sənin də deyil. Sən Allahına şükür et ki, hələ sənə bu qədər pul veririk. Biz başqa cür də hərəkət edə bilərik. Yaxşı-yaxşı fikirləş," - dedilər.
Onu ən çox üzən də elə onların "10-15 ağac" deyib, lüzumsuz saydığı ağacların, üzümlüyün və əlbəttə ki, canından çox sevdiyi tut ağacının gələcək aqibəti idi ki, onun da necə olacağını təxmin edirdi.
O, gələnləri hər vasitə ilə qorxutmağa çalışırdı: adını eşidib üzünü görmədiyi məhkəmə ilə, gücünü eşidib hiss etmədiyi polislə, varlığını eşidib hələ anlamadığı bələdiyyə ilə... Sonda anladı ki, gələnlərin əlindəki qüdrət bu eşidilənlərdən daha realdır. Ona görə "eşidiləndən" "görünənə" keçdi. Kağız-kuğuzlu qalstukluları ölümlə hədələdi. Onları öldürməklə yox, öz ölümü ilə:Ancaq meyidimin üstündən keçib bu bağa sahib ola bilərsiniz.
-Ay dayı, cəmi üç aylıq vaxtımız var. Əgər belə bir işin varsa, elə bu üç ayda həll et. Gələn dəfə bura traktorla gələcəyik.
Bu soyuqqanlı cavabı gözləmirdi. Gözləməyin yeri də deyildi...
...Onun gözlərindən qətilik yağırdı. Nə edəcəyini artıq dünəndən planlaşdırmışdı. Su quyusuna yaxınlaşdı.İllərdir, su çəkmək üçün istifadə etdiyi kəndiri bəndindən ayırmağa başladı. Əlləri əsirdi. Səbəbini bilmirdi. Hər halda bunun qorxu olmadığınıbaşa düşürdü. Kəndiri ayırmaq üçün xeyli tər tökməli oldu. Hətta bezib özünü quyuya atmaq da istədi. "Ölüm ölümdür də - ya özünü ağacdan asasan, ya quyuya atasan..." Sonra fikrinini dəyişdi. Kəndir hazır idi. Neçə illər ona həyat mənbəyi olan su bəxş edib yaşadan kəndir bu gün ona ölümün varlığını göstərmək missiyasını öz üzərinə götürmüşdü...
Kəndir tut ağacından asılı halda gözləyirdi. O indi ayağının altına qoymağa dayaq axtarırdı. Çox özünü yormadı. Gəncliyində öz əlləri ilə düzəltdiyi kətili ağacın altına çəkdi. Həmişə işdən yorulanda bu kətildə əyləşib yorğunluğunu çıxarardı. İndi də yorulmuşdu. Mübarizədən, yaşamaqdan yorulmuşdu və dincəlmək üçün kətilə bərk ehtiyacıvar idi...
Boynuna kəndir keçirib kətilin üstünə çıxdı. Boynu kəndirə keçirilmiş insan yəqin ki, sıxılmalı, özünü narahat hiss etməlidir. Amma o çox azad və xoşbəxt görünürdü. Artıq ağac üçün də narahat deyildi. Hiss edirdi ki, öz ölümü ilə ağacı yaşadacaq. Necə? Bunu bilmirdi.
Başını sonuncu dəfə yuxarıqaldırıb, ağacın budaqlarına və onların arasından kəsik-kəsik görünən mavi səmaya dikdi. Bir müddət baxıb sonuncu xahişini dilə gətirdi: "Məni Sən yaratdın. Sən də öldür!"
Bilmək olmadı bu sözü kimə dedi – Allahamı, Tut ağacınamı? Bilinən o oldu ki, xahişi yerdə qalmadı. Elə ayaqlarıda...

***

Traktor artıq bostanın altını üstünə çevirib düz bir əraziyə çevirmişdi. Traktorçu indi ağacların qatili olmalı idi. Traktoru tut ağacına doğru sürmək istədi. Amma gözünə düşən parıltıbuna mane oldu. Parıltının haradan gəldiyini anlaya bilmədi. Traktordan düşüb ağaca tərəf getdi. Gözlərinə inana bilmədi. Bu parıltı ağacda olan yeganə bəhərdən gəlirdi. Noyabr ayında tut yetişdiyini, hələ belə böyük ölçüdə və belə işıl-işıl yanan tutun ola biləcəyini ağlına sığışdıra bilmirdi. İştahası işindən üstün oldu. Tutu yemək istədi. Tut hündür bir budaqda idi. Amma bəxtindən bu budağın altına kətil qoymuşdu. Traktorçu aşmış kətili dikəldib üstünə çıxdı. Əlini uzadıb tutu dərməyə çalışdı. Amma alınmadı. Görünür saplağı möhkəm imiş. Hər iki əli ilə tutu dartdı. Tut yenə üzülmədi. Traktorçu bu hadisəyə lap məəttəl qalmışdı. Tutun saplağından yapışdı. Bu nə işdir? Belə də saplaq olar? Bu ki... Bu ki kəndirdir...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon C. 1 Yan. 2010 - 15:57

Və hələ ki son əsəri...

SEÇKİQABAĞI

Onu hər kəs yerişindən tanıyırdı. Sol tərəfə əyilərək gəzməyi vəzifəyə keçəndən sonra vərdiş etmişdi. Bu yerişin səbəbini heç kim başa düşmürdü. Elə bilirdilər ki, vəzifə adamının belə yerişi nəyi isə ifadə edir. Düzü elə özü də anlamırdı ki, son vaxtlar sol çiynində hiss etdiyi ağırlıq hansı dərdin nəticəsidir və niyə bu ağırlıq onu bu qədər incidib belə qəribə şəkildə yeriməyə məcbur edir. Bütün bu ağrılarla bərabər özünü tox tutur, həyatda istədiyi məqsədə çatmaq üçün dəridən-qabıqdan çıxırdı.
Özünün, ətrafının, həkimlərin bilmədiyi çiynindəki gün-gündən artan ağrıların səbəbini bilənlərin sayı dörd idi. Əlbəttə, birinci, hər şeydən xəbərdar olan o uca Allah, ikincisi, Allahın qulu olan bəndəniz ki, bu sirri haradan örəndiyini heç özü də bilmir, üçüncü və dördüncüsü isə Mələklər. Hansı mələklər? - O mələklər ki, bizim vəzifə sahibi olan tanışımızın çiyinlərinə doğulan gündən qonub ömrünün son gününə qədər onunla olacaq, onun bu həyatda etdiyi bütün yaxşı və pis əməlləri qeyd edəcəklər.
Bu Mələklərin iş bölgüsü də digərlərində olduğu kimi idi. Sağ çiyindəki Mələk bizim qəhrəmanın gördüyü yaxşı, xeyirxah əməlləri, sol çiyində oturmuş Mələk isə pis əməlləri, günahları Əməl dəftərinə qeyd etməli idi. (Bundan sonra oxucularımıza aydın olması üçün bizim Mələkləri yerləşdikləri çiyinlərə müvafiq olaraq Sağ Mələk və Sol Mələk adlandıracağıq.) Amma vəzifə adamımızın əlli ilə yaxın olan ömrü müddətində Sağ Mələk hələ bircə dəfə də əlini qaldırıb nə isə yazmamışdı. Yox, bu yerdə yanlış yazıb günaha batdım. Əziz oxucu, gərək məni bağışlayasan, axı bu çox uzaq bir keçmişdə baş verib. Hə, bir dəfə Sağ Mələyin də “cızmaqarası” olmuşdu. Bizim qəhrəmanımızın 15 yaşı olanda bir sərçə balasını pişiyin ağzından alıb xilas edəndə Sağ Mələk necə sevinib bu ilk savab əməli böyük-böyük hərflərlə qeyd etmişdisə, sonra həmin sərçənin onun əlində boğularaq öldürüldüyünü görəndə elə həmin şövqlə də yazdığını silmişdi.
Amma Sol Mələyin bəxti heç də gətirməmişdi. Gün ərzində yazmağı bir yana, hətta gecələr belə əlinə rahatlıq vermirdi. Yazıq Sol Mələk illər ərzində müddətsiz olaraq istirahət edən Sağ Mələyə açıq-aşkar paxıllıq edirdi. Xüsusilə də, qəhrəmanımız vəzifə adamı olandan sonra Sol Mələyin işi daha da çətinləşmişdi. Əməl dəftərinin səhifələri yazıldıqca qalınlaşır, ağırlaşırdı. Elə bu ağırlıq idi ki, onu fiziki cəhətdən incidib yerişinə də təsir göstərirdi. Sol çiyin gün-gündən elə əyilirdi ki, hətta yazıq Mələk belə yerində rahat otura bilmir, ixtiyarsız olaraq sürüşməyə başlayırdı.
Amma bir gün hər şey dəyişdi. Nə oldusa birdən-birə Sol Mələk qələmi Sağ Mələyə ötürməli oldu. Sağ Mələk qələm tutmağa yadırğamış barmaqlarını işə salıb 15 yaşından belə qatı açılmamış sağ çiyindəki Əməl dəftərinin toz basmış vərəqlərinə qeydlər etməyə başladı. Qeydlər də nə qeydlər... Bu əlli yaşlı dostumuz qəflətən dəyişib əsl xeyirxah insana çevrilmişdi: yoxsulun əlindən tutur, ac insanı doyurur, çılpağı geyindirir, başsız ailəyə ata qayğısı göstərir, elm, təhsil, mədəniyyət yolunda pul sərf etməklə ad çıxarırdı. Son zamanlar məscidləri, ibadətgahları ziyarət etməsi isə Mələklərin ikisini də heyrət salmışdı. İki ay ərzində Sağ Mələk o qədər yaxşı əməl - savab qeyd etmişdi ki, az qala onun çiyinləri tarazlaşacaqdı. Elə onun özü də daha sol çiynində elə bir ağırlıq hiss etmirdi. Amma sol tərəfə əyilib gəzməyə necə alışmışdısa, yerişini heç cür düzəldə bilmirdi.
Sol Mələyin istirahət, Sağ Mələyin isə yorğun günləri cəmi iki ay çəkdi. İki aydan sonra hər şey öz əvvəlki yerini aldı. O, qapısına gələn yoxsulu döydürüb qovdu, əlinə çörək verdiyi acı çörək, çılpağı geyim üzünə həsrət qoydu. Alınan rüşvətlərin sayı isə birə-yüz artdı. Bu arada onu da qeyd edək ki, nədənsə ibadətgahlara olan nümayişkaranə ziyarətlərə son qoyulmadı. Vəziyyət elə bir həddə çatdı ki, Sol Mələk hətta əvvəlki günlərinə şükür etməyə başladı.
Mələklər bu qəfil dəyişikliyin səbəbini başa düşə bilmirdilər. Başları yazı-pozuya qarışmış bu məxluqlar qəhrəmanımızın yaşadığı ölkənin həyatında baş verən siyasi proseslərdən xəbərsiz idilər. Bu yazıqlar bilmirdilər ki, ölkədə Parlament seçkiləridir və çiyinlərində məskunlaşdıqları bu əlli yaşlı adam da millət vəkilliyinə namizədlərdən biri imiş. Onu da bilmirdilər ki, cənnəti xatırladan həmin iki ay “seçkiqabağı təbliğat-təşviqat prosesi”, sonrakı dövr isə “deputat həyatı” adlanır.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Le Taon B.e. 4 Yan. 2010 - 16:55

Bu yazını heç kim oxumasın və ya Çingiz 48 yaşın mübarək!

Avqustun 29-u Çingiz Mustafayevin 48 yaşı tamam oldu. İllər ötür, Onun ölümü bizdən uzaqlaşdıqca özü böyüyür. Sözün bütün mənalarında böyüyür. Biz isə... Yox, bu yazıda mən Çingiz haqqında nə "Odlar yurdunun od nəfəsli oğlu", nə "Həqiqət carçısı", nə də, nə bilim, "Vətənpərvər igid" kimi pafoslu ifadələr yazmaq niyyətində deyiləm. Bu sözlər çoxdan öz qüdrətini itirib. O dərəcədə itirib ki, belə başlıqlı yazı görən kimi, nəinki bu yazını oxumurlar, hətta bu yazıya ürəkdən gülürlər də. Əminəm ki, imzamı tanıyan olsa, deyəcək: " Ola bilməz! Nəhayət ki, bu qız da böyüdü." Böyümüşəm ya əksinə kiçilmişəm, onu deyə bilmərəm... Özümü ildən-ilə kiçikdən-kiçik, acizdən-aciz hiss etdiyim Şəhidlər Xiyabanına getdim avqustun 29-u. Çingizin məzarına bir cüt qərənfil qoymağa... (Əlimdən bundan artıq nə gəlir ki?) Hələ saat səhər 10 idi. Xiyabanda tək-tük ziyarətçi insan, bir də yüzlərlə nəzarətçi məzar (16-18 il gözü yollarda qalana daha nə deyəsən) var idi. Çingiz də tək deyildi. Əslində o heç vaxt tək olmur. Gör, nə qədər məzardaşı var. Amma bu gün- ad günündə ürəyində azca da olsa, adını bilmədiyim bir hiss olan (vətənpərvərlik deyə bilmirəm) insanlar məzar daşını da boş qoymamışdılar. Məzarı önündə bir neçə nəfər var idi. Amma heç onlar da şəhid düşünən fikirdə deyildilər. Biri digərindən Çingizin oğlu, digəri qardaşları haqqında soruşur, təzə qeybət mövzusu yaradırdılar. Burada çox dayana bilmədim. Məzardan təzəcə uzaqlaşırdım ki, gözümə tanış bir sima dəydi. Nədənsə, bu qız əvvəl məndən gizlənməyə çalışdı. Amma bacarmadı. Mən onu tanımışdım. Bu, ANS-in əməkdaşlarından biri idi. Onun məndən - öz iş yoldaşından gizlənməyini heç cür başa düşə bilmədim. Yaxınlaşıb salamlaşdım. Sanki burada qəribə bir şey var imiş kimi üzümə təəccüblə baxıb: "Sən də buradasan?" - soruşdu. Onunla bərabər yenidən məzara yaxınlaşdıq. Əlindəki qızılgülləri - Çingizin ad günü hədiyyəsini məzarın üzərinə qoydu. O an üzümdəki ifadənin necə olduğunu bilmirəm, amma o, üzümdən nə isə hiss etmişdisə - "Ağlamısan?" - soruşdu. Yox, bu dəfə ağlamamışdım, o belə hiss etmişdi. Cavabımı gözləmədən əlavə etdi: “Mən də əvvəllər ağlayardım, daha ağlaya bilmirəm.” Ürəyimdən xəbər verdi. Niyə ağlayaq ki? Halına ağlanılası elə biz bədbəxtlər deyilikmi? Qoy Çingiz ağlasın halımıza. Bəlkə də ağlayır. Biz başa düşmürük, duymuruq sadəcə. Onu nə vaxt başa düşdük ki? ...Xocalıdamı, Laçındamı, Naxçivanikdəmi, Şəhidlər Xiyabanındamı?... İş yoldaşım da burada çox qalmaq istəmirdi. Yox, işə gecikməkdən qorxmurdu. Yoxsa ANS-ə piyada qalxmağı təklif etməzdi. Ondan “Bura hər il gəlirsən?” -soruşdum. “15 İyun və 29 avqust tarixlərini hər il burada oluram. Belə də ki, hər həftə gəlirəm. Çingiz mənim üçün xüsusi bir insandır.” - dedi. Bu an özümü nə qədər xoşbəxt hiss etdim. Sevindim ki, tək deyiləm, mənim kimi düşünən var. Sevincim çox çəkmədi. Daha doğrusu, iş yoldaşımın növbəti sözlərindən sonra qırıldı: “Mənə söz ver ki, məni burada gördüyünü işdə heç kimə deməyəcəksən.” Əvvəl onun nə demək istədiyini başa düşmədim. Sözlərinə aydınlıq gətirdi: ”Bilirsən, bizim iş yoldaşlarımızın heç də hamısı sənin və mənim kimi düşünmür. Onlar məni düzgün başa düşməyəcəklər. Elə biləcəklər ki...” Sözünün ardını deyə bilmirdi. Mən yalnız bu zaman onun nə demək istədiyini anladım:“Yəni, sənin rəhbərliyə yaltaqlıq etdiyini düşünə bilərlər. Hə?” Təsdiq işarəsi olaraq başını tərpətdi və mənim bu sirri qoruyacağıma inanmaq üçün bir də and içdirdi. Bağışla, bacım, andını qoruya bilmirəm. Düzdür, adını yazmıram və yazmayacağam da. Bu əhvalatı isə olduğu kimi yazdım. Amma yalnız indi hiss edirəm ki, bu yazıda nə demək istədiyimi məndən və səndən başqa heç kim başa düşməyəcək. Bəlkə, elə sən özün də anlamayacaqsan ki, mən niyə bütün bunları belə ətraflı şəkildə yazdım. Elə isə, oxuma bu yazını. Şəhid ziyarətini yaltaqlıq obyekti kimi düşünənlər, siz də oxumayın. “Bu da özünü Mir Şahin hesab edir?” deyən tanışlar da oxumasın. Məni başa düşəcəyinə ümid etdiyim, bax, elə indi dodaqları qaçan şəxs, əgər belədirsə, heç olmasa, son iki cümləni oxuma! Ümumiyyətlə heç kim oxumasın bu yazını, mümkünsə. Mümkünsə... Çingizdən başqa...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından When ? Ç.a. 5 Yan. 2010 - 16:28

Hə doğurdan da gözəl yazılardır.Ən çox da Seçkiqabağı yazısını bəyəndim. Şerləri də oxumağa dəyər.
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından REBEL Çər. 6 Yan. 2010 - 22:32

Mixaylo yazıb:o yoxdusa men de yoxam...
elim gelmez bu forumda nese yazam..
Paradoks
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından REBEL Çər. 6 Yan. 2010 - 22:38

Sebnemin vekillerinden ve ya yaxinlarindan kimse mene izah ede biler???
Tutaq ki hekim meslehet bilib nete gelmesin ve ya ozu nete ve ya foruma filan gelmek istemir bes nikinin niye silinmeyini isteyib??? Muveqqeti gele bilmeyecekse ve ya umumiyyetle nete gelmek istemirse bu hereket niye lazim idi ki??? Qeribedir
Onun yaradiciligini cox beyenirem.Cox yuksek potensiali var.Gel ki kompleksi imkan vermir ki daha da ciddi yanassin bu meseleye ve ya sadece ozunun bir o qeder de isteyi yoxdur
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Şəbnəm Empty Geri: Şəbnəm

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.