..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Bermud Üçbucaği

Aşağa gitmek

Bermud Üçbucaği Empty Bermud Üçbucaği

Yeni mövzu tarafından REBEL Çər. 4 Noy. 2009 - 17:36

Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazi var. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli, müdhiş ərazisi hesab olunur. Buraya «Atlantik qəbiristanlığı», «ölüm və ya şeytan üçbucağı» da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Kristofor Kolumbun donanması olub.
Sirli müammalardan biri - «Meri Selist» gəmisi
Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan ingi¬lis gəmisi təsadüfən «Meri Selist» gə¬misinə rast gəlir. Bu hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da, buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə ilə yerində qalmışdı.
Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyit və digər əlamətlər aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib.
1840-cı il. Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın «Rozali» gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da «Bermud üçbucağı»nın qeyri - adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan «Mariya Çelesta» gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan «Dei Qratia» gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səsgücləndirici vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab gəlmir.
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın «Freya» ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı.
4 mart 1918-ci il. ABŞ-nın 12 min ton su tutumu olan «Siklop» gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqa¬mət götürən «Siklop» təyin olunan yerə gəlib çatmır. Hər hansı bir həyəcən siqnalı da qeydə alınmır.
Amerikalı yazıçı Berlitçin dediklərindən
«5 dekabr 1945-ci il. «Evendjer” («Qisasçılar») bombardmançı təyya¬rəsi havaya qalxaraq şərqə doğru is¬tiqamət götürdü. Sonra onları gö¬rən olmadı… Əvvəlcə faciə səhnəsini bər¬pa etməyə cəhd göstərək. Öncə¬dən xəbərdarlıq edirik ki, təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş pəsmi xronikadan götürülüb.
Saat 14.10-da 15 pilotla havaya qalxan 5 təyyarə hədəfə çataraq saat 15.30 -15.40 radələrində geriyə dönüb cənub-qərbə istiqamət götürür. Lakin bir neçə dəqiqədən sonra saat 15.45 –də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi qəribə bir məlumat alır: «Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük!» Dispetçer onların koordinatları barədə sorğu verir. Lakin cavab bazadakı zabitləri şoka salır: «Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Deyəsən, azmışıq». Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər. «Qərbə doğru istiqamət götürün!» Yenidən qəribə cavab: «Biz bilmirik qərb hardadır. Heç nə alınmır… İstiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür!»
Saat 16.45 –də Teylordan təəccüblü məlumat gəlir: «Biz Meksika körfəzinin üstündəyik». Yerdəki dispetçer Don Ful fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfində idi. Saat 17.00. Pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə efirə qışqırır: «Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik!» Sonra Teylorun səsi gəlir: «Bizim evimiz şimal-qərbdədir…». İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: «Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir…» Lakin hər şey hədər idi. Qaranlıq düşür, itmiş təyyarələrin tapılması üçün havaya qalxan «Bombardmançı»lar əliboş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır…»
Lakin Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: «Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq… Biz tamamilə azmışıq». 1987-ci ildə məhz orada – Meksika körfəzinin təkində 40-cı illərin istehsalı olan «Evendjer»lərdən biri tapılır («Pravda» 02.03.1987). İstisna deyil ki, yerdə qalan 4 təyyarə də hardasa yaxındadır. Ancaq bir sual indi də maraqlı olaraq qalır: təyyarələr heç bir yerdə görünmədən 100 kilomet şimala necə gedib çıxıb?
Azərbaycanlı alim «Ölüm üçbucağında»…
«Bermud üçbucağı»nda tədqiqat işi aparan dünya alimləri arasında geologiya-minerologiya elmləri doktoru Rüstəm Babayev də olub. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, dünya okeanoloqları ilə birgə «Bermud üçbucağı»nda ekspedisiyada iştirak edən Geologiya İnstitutunun alimi Rüstəm Babayev belə bir nəticəyə gəlib ki, bu möcüzəli yerin sirri ərazidən keçən Qolfstrim cərəyanının daim həmin yeri lilləndirməsidir. Dibdə lil çox qalın olur. Bu lil ən nəhəng gəmini belə gizlədə bilər. Bundan əlavə, dibdə dərin yarıqlar da var ki, ora gəmilər yerləşməsə də, qayıqlar, kiçik təyya¬rələr, insanlar düşə bilər. Orada həm də çox güclü burulğan olur. O burulğan hətta havada nə varsa sovurub uda bilər. Bu cür təhlükədən heç təyyarələr belə qurtula bilməz.
Fantaziya, yoxsa sərt və şıltaq məkan?
Hamı düşünür: görəsən, «Bermud üçbucağı» doğrudanmı mövcuddur? Əgər belədirsə, onda niyə bu möcüzəli məkanın sirri hələ də tam olaraq açılmayıb?» Baxmayaraq ki, bu barədə nəinki adi insanlar, hətta alimlər də çox fərziyyələr yürüdüb, araşdırmalar aparıblar, elm və texnikanın inkişaf etdiyi indiki dövrdə belə «Bermud üçbucağı» möcüzə olaraq qalır.
Sizcə burda hansisa mistik qüvvə var yoxsa təbii qanunauyğunluqlardir hamisi???
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Bermud Üçbucaği Empty Geri: Bermud Üçbucaği

Yeni mövzu tarafından REBEL B. 29 Noy. 2009 - 23:03

Bizim savadli bir cografiya muellimiz vardi(indi bilmirem yasayir ya yox) O deyirdi ki burda hec bir fovqeltebbi bir zad yoxdur.Burda bas verenleri sadece cereyenalarla elaqelendirirdi.Xususile de Qolfstrim cereyeni ile.Guclu cereyanlarin bir-biri ile qarsimasi neticesinde yaranir bas verenler.
Bes sizin muellimleriniz ne dusunurdu bu barede-))
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Bermud Üçbucaği Empty Geri: Bermud Üçbucaği

Yeni mövzu tarafından Qonaq B.e. 30 Noy. 2009 - 21:00

Bizim Coğrafiya müəlliməmiz savadsız idi. Mən onun dərsində oturub şeir yazırdım. Qəbul imtahanında da ən pis nəticəm coğrafiyadan olmuşdu: cəmi 9 sual. Biabırstvo... Bermud Üçbucaği 814977
O ki qaldı, Bermud üçbucağı haqqında nə düşündüyümə, bu barədə bir sənədli filmə baxmışdım. Orada yekdil fikir olmasa da, əsas variant kimi bu fikir yürüdülürdü: Mübaliğə, Piar, Mətbuat nağılı.
Belə ki, araşdırmalar aparan film müəllifi sübut edirdi ki, son 2-3 əsrdə batan gəmilərin statistikasından belə məlum olur ki, Bermud üçbucağı heç də ən çox qəzalar törədən ərazi deyil. Hətta dünya okeanında elə ərazilər var ki, orada baş vermiş qəza və fəlakətlərin sayı Bermud üçbucağı ərazisində baş verən qəzalardan daha artıqdır. Amma nədənsə onları dəhşət içində yad edən yoxdur. Bu söhbətlər isə hansısa ajiotaj nəticəsində yaranmış, hər şeydə bir mistika axtaran insanlar da bu söhbətin əsaslı olduğunu sübut etmək üçün əlindən gələni etmişlər.
Bizim REBEL də mövzusu ilə bu dəyirmana bir az da su qatdı. Bermud Üçbucaği 735609 İşin-gücün yoxdur, REBEL??? Bermud Üçbucaği 814977

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Bermud Üçbucaği Empty Geri: Bermud Üçbucaği

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.