..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Donuz qripindən qorunun!

Aşağa gitmek

Donuz qripindən qorunun! Empty Donuz qripindən qorunun!

Yeni mövzu tarafından Qonaq C.a. 29 Okt. 2009 - 23:09

“Donuz qripi”dən qorunmaq üçün bu qidaları qəbul edin

Dünyada sürətlə yayılan “donuz qripi” artıq təhlükəli vəziyyət alıb. Artıq dünyada 5 mindən artıq bu xəstəliyin qurbanı olub. Minlərlə insan bu xəstəliyin daşıyıcısıdır. Alimlər qripə qarşı peyvənd olunana kimi qəbul ediləcək qidaya nəzarət etməklə xəstələnmək risqini minumuma endirməyi tövsiyə edirlər.

Aşağıdakı qidalardan istifadə etməklə immuniteti gücləndirmək mümkündür:

Qırmızı bibər
– portağalda olan C vitaminin iki qatı var. Bu vitamin qripin təsirinin 80 faizə qədər azalda bilər.

Qatıq – içində bağırsaqdakı mikroblarla mübarizədə effektiv nəticə verən maddələr var.

Yaşıl çay – gündə ən azı üç stəkan içmək məsləhət görülür.

Badam – xəstəliklərər qarşı təsirli olan E vitamini ilə zəngindir. Qripdən qorunmaq üçün gündə 24 badam yemək tövsiyə edilir.

Təzə kartof – qripə qarşı qoruma özəlliyi var. Vicudda A vitamininə çevrilir və xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayır.

Toyuq suyunda şorba - boğaz ağrısı və öskürəyi azaldır.

Sarımsaq – qripə yoluxma risqini 2,5 faiz azaldır və virusu öldürmə özəlliyi var. Təzə sarımsaq daha təsirlidir.

Soğan - təbii antibiotiklər mənbəyidir.

Zəncəfil – tərkibindəki “gingerol” maddəsi bütün infeksiyanı uzaqlaşdırır. Xüsusilə zəncəfil çayı.

Qoz - bu qida nəinki soyuqdəyməyə və qripə, həmçinin xərçəngə qarşı mübarizədə yaxşı vasitəsidir.

Bal – təbii antibakterial xüsusiyyətə sahibdir. Çaya və ya yoqurta qatılaraq qəbulunun təsiri daha çoxdur.

Yulaf - E və B vitamini var. Bədənin xəstəliklərə qarşı immunitetini gücləndirir.

Alma – alimlər müntəzəm olaraq alma yeyənlərdə qripə yoluxma risqini azaldığını müəyyənləşdiriblər. Günlük C vitamini ehtiyacının 25 faizini təmin edir.

Qırmızı ət – İmmuniteti gücləndirmək üçün bu qidanın qəbulu vacibdir. Yetkin insanlar gün ərzində 40-60 qram ət yeməlidirlər.

Balıq
– omeqa 3 vitaminin artıraraq qrip və buna bənzər infeksiyaları kənarlaşdırır. Həftədə ən azı 2 dəfə qəbulu məsləhətdir.

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.