Ağa Məhəmməd şah Qacar
1 səhifə (Cəmi 1 səhifə)
Ağa Məhəmməd şah Qacar
Şanlı böyüklərimizi öz gözümüzdə kiçiltməkçün düşmən nələrə əl atmayıb?! El yolunda, torpaq, Vətən yolunda canlarını qurban vermiş neçə-neçə qəhrəmanımızı indiyə qədər də söyməkdə, onların müqəddəs ruhunu incitməkdəyik. Bu ləyaqətli ulularımızdan biri də XVIII yüzildəki qürur qaynaqlarımızdan olan Ağaməhəmməd şah Qacardır. Nə yazıqlar ki, “Qacar” dedikdə soydaşlarımız, hər şeydən öncə, Stalinin sevimlisi Səməd Vurğunun “Vaqif” dramındakı “qatır cinsisiniz doğub-törəməz”, “mayan turş ayrandır, zatın qırıqdır” kimi tükürpədən təhqirləri yada salır, həmin şairin Qacarın dilindən söylədiyi:
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin –
beytini xatırlayır və bu böyük Qacar imperatoruna məhz S.Vurğunun sözləriylə qiymət verir!
Təəssüf ki, Əbdürrəhim bəy Haqverdiyevdən (1870-1933) başqa, demək olar ki, heç bir Azərbaycan alim və yazıçısı, düşüncə və söz adamı ölümündən keçən 200 ildə Ağaməhəmməd şahın üzərinə ən müxtəlif düşmənlərimizin yaxdığı ləkələri təmizləməyə azca da varsa çalışmayıb. Məhz Əbdürrəhim bəy ilk dəfə olaraq “Ağaməhəmməd şah Qacar” (1907) adlı faciəsində böyük imperatorumuzu xalqının sevgisini qazanmağa can atan, düşməni silahdan çox tədbirlə məğlub etməyə üstünlük verən, özünü heç bir çətin durumda itirməyən ağıllı, təmkinli və tədbirli hökmdar, ölkəsini işğalçılardan təmizləyən, bacarıqlı sərkərdə, beynəlxalq siyasi şəraiti yaxşı bilən və müharibə qanunlarına dərindən bələd olan mahir diplomat kimi səciyyələndirib, onun şəxsi faciələrinin və bəzən onu amansız olmağa sövq edən amillərin mahiyyətini açmağa çalışıb.
Təəssüf ki, Əbdürrəhim bəyin açdığı gərəkli cığır nəinki yola çevrilmədi, əksinə, tezliklə onu kol-kos basdı. Azərbaycanda xüsusən sovet dövründə – Stalin çağlarında çıxmış elmi və bədii əsərlərdə Ağaməhəmməd şahın həyatı, işləri və düşüncələri başdan-başa qərəzli təhrif edilib; həmin əsərlər saysız yanlışlıqlarla, təhqirlərlə doludur. Təəssüf ki, bütün yazarlarımız tarixi qaynaqlara üz tutaraq gerçəklikləri öyrənmək əvəzinə, rus alimi P.Butkovun, rus mütləqiyyətinin təəssübkeşi olan çeşidli “Qarabağnamə” müəlliflərinin XIX yüzildə söylədiyi ağ yalanları bugünədək tutuquşu kimi təkrarlamaqdadır.
Nə qədər ürəkağrıdan olsa da deməliyik ki, 1995-ədək – Qacarlar nəslinin ləyaqətli oğlu, akademik Çingiz Qacarın Qacar sülaləsindən çıxmış böyük şəxsiyyətlərə, o sıradan Ağaməhəmməd şaha da həsr etdiyi yazıların yer aldığı dəyərli “Qədim və orta əsrlər Azərbaycanının görkəmli şəxsiyyətləri” kitabının ilk nəşrinədək (rusca) bu böyük Azərbaycan imperatorunun bütün ömür yolunu işıqlandıran heç bir Azərbaycan müəllifinin ayrıca yazısına rast gəlmirik.
Akademik Çingiz Qacarın elmi və poliqrafik baxımdan yüksək səviyyədə nəşr olunmuş (təəssüf ki, yalnız rusca) “Qacarlar” (2001) kitabısa Azərbaycan oxucusuna çox dəyərli hədiyyədir. Bütün Qacar nəslinin soyağacını ən dəqiqliklə incələyərək bərpa etmiş görkəmli alimin bu yazılarının elmi ictimaiyyətimizdə və ümumən xalqımızda Qacarlar, o sıradan imperator Ağaməhəmməd şah haqqında yanlış düşüncələrin aradan qalxmasında mühüm rol oynayağına əminik.
Təbii ki, Çingiz Qacarın əsərlərini bu mövzudakı yazıların sonu yox, yalnız uğurlu başlanğıcı kimi dəyərləndirməli, başqalarıyla yanaşı, bu azman türk xanədanı haqqında da araşdırmaları gündən-günə genişləndirməli, çoxlu elmi, bədii və publisist əsərlər ortaya qoymalıyıq – bunu Azərbaycanın milli mənafeyi tələb edir.
Özülünü yenicə qoyduğumuz “Azərbaycan imperatorları” silsiləsindən olan bu ikinci yazını – görkəmli türk xaqanı Ağaməhəmməd şah Qacar haqqındakı bu kitabçanı biz Ağaməhəmməd şahın işlərindən zövq ala-ala, onu sevə-sevə hazırlamışıq və bu zaman bircə istəyimiz olub – soydaşlarımız da özünün bu ulu imperatorunu bizim kimi sevsin!
Universitet auditoriyalarında Azərbaycan ziyalılarının milli ruhlu bir neçə nəslini yetişdirmiş, öz ölməz əsərləriylə milyonlarca soydaşımıza yurdsevərlik və elsevərlik dərsi keçmiş görkəmli xalq şairimiz, akademik Bəxtiyar Vahabzadə lütfkarlıq göstərərək bu əsərə “Ön söz” yazdı. Sözsüz ki, Bəxtiyar müəllimi bu işə sövq edən, hər şeydən öncə, onun Ağaməhəmməd şah Qacar şəxsiyyətinə hörmətidir. Vaxtilə tələbəsi olmağımdan qürur duyduğum sevimli müəllimimə, yazdığı dəyərli “Ön söz”ə görə dərin minnətdarlığımı bildirirəm.

Geri: Ağa Məhəmməd şah Qacar
Azərbaycan Qacar imperiyasının qurucusu və ilk hökmdarı Ağaməhəmməd şah Məhəmmədhəsən xan oğlu Qacarın özü və yaratdığı dövlət millətimizin çoxminillik tarixində şərəfli yer tutur. XVIII yüzildəki dünya hökmdarları içərisində xüsusi mövqeyi olan, 1779-dan 1925-ədək 146 il ağalıq etmiş möhtəşəm bir xanədanın bu böyük yaradıcısı 14 mart 1742-də (bəzi qaynaqlarda: 20 oktyabr 1741-də) Xəzər dənizinin cənub-şərqində yerləşən Əstərabad vilayətinin (Mazandarandadır) dənizdən 36 km aralıdakı mərkəzi Əstərabad şəhərində doğulub.
Böyük Əmir Teymurun (1370-1405) Suriyadan gətirərək Qarabağ, Gəncə və İrəvanda məskunlaşdırdığı, Ağqoyunlu Sultan Həsən bəyin (1453-1478) də Diyarbəkirdən Azərbaycana köçürdüyü və Səfəvi dövlətini qurmuş 7 türk oymağından biri olan qacarların nümayəndəsi – görkəmli sərkərdə Qarapiri bəy Qacar (Tozqoparan) da I Şah İsmayıl Səfəvinin (1501-1524) Təbrizə ilk girdiyində onunla çiyin-çiyinəydi.
Tezliklə qacarlar Azərbaycanda hakim mövqelərə ucaldılar. Məsələn, Səfəvi xanədanının Şəkidə ilk hakimi Toyğun bəy Qacardı (XVI yüzil). I Şah İsmayılın vaxtında qacarların bir bölümü Xızır bəy Qacarın da başçılığı altında Azərbaycanda – Gəncə (Cavad xanın da mənsub olduğu Ziyadoğulları tayfası qacarlardandır) və İrəvanda məskunlaşdı.
I Şah Təhmasib (1524-1576) Xızır bəyin oğlu Kəmaləddin Şahverdi xan Ziyadoğlu Qacarı sultan rütbəsi verməklə Qarabağ vilayətinə və Gəncəyə (“bütün qacar el və oymaqlarına”) bəylərbəyi təyin etdi (1547). İrəvan vilayətinin (Çuxursəd) hakimləri Əmir Günə xan Qacar (1604) və Qulu xan Qacar, İrəvan xanlarısa Rusiya bu torpağımızı XIX yüzildə işğal edib ermənilərə verənədək başdan-başa “Ziyadoğulları” soylu qacarlardı. Qacarlar Səfəvilər çağında Azərbaycan, Kaxetiya, Gilan, Damğan və Bistam, Qəndəhar, Xorasan və b. yerlərdə hakimlik edirdilər.
Şahverdi sultanın oğlu Xəlil xan bir müddət sonra Mazandaranın başlıca şəhəri Əstərabadın hakimi oldu və bu şəhərdə qacarlar onun zamanında yurdlaşdılar. Qacarların getdikcə artan nüfuzundan çəkinən, eyni zamanda imperiyanın ucqar sınırlarını möhkəmlətmək istəyən I Şah Abbas (1587-1628) 1597-də Hüseyn xan Ziyadoğlu Qacarı Əstərabad vilayətinə hakim təyin edəndə də qacarların böyük bir hissəsi Azərbaycandan Əstərabada köçmüşdü (ancaq qacarların özəyi Azərbaycanda qalmışdı və Gəncə qacarların paytaxtı, Qarabağsa yaylağıydı; onlar ruslar Gəncəni 1804-də tutanadək burada ağalıq etdilər).
Əstərabaddakı qacarlar iki yerə bölünmüşdü – Aşağıbaş (Qoyunlu/Qovanlı) və Yuxarıbaş (Dəvəli) qacarları. Ağaməhəmməd şahın atası Məhəmmədhəsən xan Aşağıbaşdan, anası – Məhəmməd xan Qacar Dəvəlinin bacısı Ceyran xanımsa Yuxarıbaşdandı.
Əstərabad qacarları Səfəvi dövlətinə son günədək arxa durdular. Aşağıbaşlı Mehdi xanın oğlu Şahqulu xanın oğlu Fətəli xan Qacar (1685/6-1726) öz atlı qüvvələriylə I Sultan Hüseyn Səfəvinin (1694-1722) yardımına getmiş, onun oğlu II Təhmasibin (1722-1732) sərəsgəri (ordu komandanı) və bəylərbəyi olmuşdu. Onun xidmətlərinin qarşılığında I Sultan Hüseyn minnətdarlıq əlaməti olaraq Fətəli xan Qacara öz çoxsaylı arvadlarından birini – hamilə Əminə xanımı hədiyyə etdi (deyilənə görə, belə hədiyyə yalnız ən hörmətli şəxslərə göndərilir və çox dəyərli sayılırdı). Əminəni hörmətlə qəbul edən Fətəli xan onun şahdan olan oğlu Məhəmmədhəsən xanı sonralar özünün varisi təyin etdi. Əslində I Sultan Hüseynin oğlu olan həmin Məhəmmədhəsən xan Qacar Ağaməhəmməd şah Qacarın atasıdır...

Fətəli xanın çağında qacarlarla Nadir xan (sonrakı Nadir şah Əfşar) (1736-1747) arasında qanlı savaşlar başlandı. 1726-da Nadir xan Fətəli xanı öldürtdü və bu, qacarlarla əfşarlar arasında uzun sürən düşmənçilik yaratdı. (Sonralar Fətəli şah Qacar hakimiyyətə gələrkən Heratdakı rəqibi – Nadir şahın nəvəsi Şahrux Mirzənin oğlu Nadir Mirzəni məğlub edib öldürərkən elə bu hadisəni nəzərdə tutaraq demişdi: “Nadir Fətəlini öldürdü, Fətəli də Nadiri”). Qacarlara Fətəli xanın (Sultan Hüseynin) oğlu Məhəmmədhəsən xan başçılıq etdi; o, Nadirin əlindən qaçıb Əstərabadı tutdu. Nadir şah taxta oturunca Əstərabadda, Mərvdə və başqa yerlərdə olan qacarları qılıncdan keçirdi. Məhəmmədhəsən xan türkmənlərin yanına qaçmalı oldu.
Nadir şahdan sonra Əfşar taxtında oturan Adil şah (1747-1748) Məhəmmədhəsən xan Qacarı özünün Məşhəddəki sarayında eşikağasıbaşı təyin etdi. Ancaq o, şahla dalaşaraq yenidən türkmənlərin yanına qaçdı. Məhəmmədhəsən xan Adil şahdan sonra Nadir şahın nəvəsi Şahrux Mirzənin (1748-1796) Xorasanda şahlıq taxtında əyləşməsinə (1748) yardım etdi və əvəzində Əstərabadın hakimliyini aldı. Tədricən Gilan, Qəzvin və İsfahanı, şimali və cənubi Azərbaycanı da əlinə keçirən xan qeyri-rəsmi “İran” şahı sayıldı. O, bir sıra döyüşlərdə igidlik və bacarığıyla fərqlənmiş böyük oğlu Ağaməhəmməd xanı Azərbaycana vali və bəylərbəyi, Əstərabada hakim qoydu (1755). Məhəmmədhəsən xan Kərim xan Zəndlə (1750-1779) şahlıq uğrunda savaşaraq Şirazda öldürüldükdə (1759) yerinə ikinci oğlu Hüseynqulu xan (1770-1777) keçdi.
Atasının ölümündən sonra türkmən çöllərinə qaçan Ağaməhəmməd xan qacarlardan və türkmənlərdən qoşun toplayaraq zəndlərlə savaşa başladı.
1762-də Kərim xan Zənd 4 minlik qoşunla Ağaməhəmməd xanı mühasirəyə aldı. Bütün günü sürən döyüşdə Qacar xanı 9 ağır yara alsa da xilas ola bildi, ancaq Nəcəf şəhəri yaxınlığında Mazandaran hakimi Məhəmməd xan Savadkuhinin qoşunu onu yaxaladı. İngilis polkovniki Qold Smitin Vəkilül-mülkdən eşidərək yazdığına görə, xan bu döyüşdə yaralanaraq xacə (xədim) oldu. (Bir çox qaynaqlardakı onu guya Adil şahın, yaxud Zəki xan Zəndin axtalatması haqqında bilgilər özünü doğrultmur, çünki onun üzü məhz Nəcəf yaxınlığındakı döyüşdən sonra dəyişməyə başlayıb). Zəifləyib atdan yıxılan xanı tutaraq Tehrana apardılar (3.1762). O, Kərim xan Zəndin sarayında 16 il girov saxlanıldı. Kərim xan onun artıq xədim olduğunu öyrəndikdə öldürməkdən vaz keçdi və Qacarların könlünü almaqçün Məhəmmədhəsən xanın bacısı – Ağaməhəmməd xanın bibisi Xədicə bəyimlə evləndi.
Ağaməhəmməd xan ilk təhsilini anası Ceyran xanımdan almışdı. Ancaq Tehranda Kərim xan Zəndin əsiri olduğu zaman Şeyx Əli Təcrimidən yüksək səvviyyədə elm, ilk növbədə fəlsəfə və din tarixini öyrəndi. Onun ən çox sevdiyi əsərlərdən biri İbn Tüfeylin (XII yüzil) “Həyy ibn Yəqzan” fəlsəfi romanıydı. İslamın əsaslarının o dərəcədə mükəmməl öyrənmişdi ki, hətta sonralar Bəndpeydə ev dustağı olarkən Qur‘ana təfsir yazmağa da başlamışdı (təəssüf ki, işi başa vurmayıb, yazdığı hissələrsə günümüzədək gəlib çatmayıb). Savad və məntiqinə heyran olmuş Kərim xan Zənd çox keçmədən onu özünə müşavir etdi və bir sıra dövlət işlərini onun məsləhətləri əsasında gördü.
Kərim xan Fars əyalətinin mərkəzi Şirazı özünə paytaxt edəndən sonra Qacar xanını da özüylə apardı və o, burada da elmlə məşğul olaraq tezliklə son dərəcə istedadlı bir alim kimi məşhurlaşdı, alimlər və yerli əhali içində dərin hörmət qazandı. Bundan təlaşlanan Kərim xan Zənd onun qohumlarını pərt etməkçün (xədim olduqdan sonra Ağaməhəmməd xanın sifəti bütünlüklə dəyişib qırışmışdı və belə bir adamın öz atasının yerini tutması mümkünsüzdü; Kərim xan da bu düşüncəni onlara təlqin etmək istəyirdi) Ağaməhəmməd xanı Əstərabada göndərdi.
Qohum-qardaşın sonra onu tanımayaraq qəbul etməyəcəyindən ehtiyatlanan xan doğma yurduna gedərək anası Ceyran xanımın dəfnində iştirak etdi və qardaşlarıyla Şiraza qayıtdı.

Əstərabadı ələ keçirmək sonra asan olsun deyə onun hakimi Məhəmməd xan Qacar Dəvəlini aradan götürməkçün Ağaməhəmməd xan öz qardaşı, gələcək Fətəli şahın atası Hüseynqulu xanın öncə Damğan hakimi qoyulmasına, sonra onun qoşun təşkil edərək Məhəmməd xan Qacarın üstünə göndərilməsinə nail oldu və qardaşına qabaqcadan bərk-bərk tapşırdı ki, Əstərabadı hökmən ələ keçir, mən məktub yazıb səni itaətə çağırsam da qulaq asma və sonra hətta Kərim xan məni öldürtsə belə o torpağı heç kimə vermə. Onun nəsihətlərinə əməl edən qardaşı tezliklə Əstərabadı aldı və Qacar qəbiləsinin uzun illər düşmənçilik edən Aşağıbaş və Yuxarıbaş tayfalarını barışdırıb orada gücləndi. Çox keçmədən o, özünü “Cahansuz şah” adlandıraraq Əstərabadın bağımsızlığını elan etdi, 1772-də Kərim xan Zəndin göndərdiyi qoşunu əzdi.
Hüseynqulu xanın yaratdığı kiçik dəniz donanması Dərbənddən Qaraboğazadək olan torpaqları nəzarətdə saxlayırdı. Nəhayət, Kərim xan Zənd onu sui-qəsdlə öldürtdü (1777).
Ağaməhəmməd xan Kərim xan Zəndin öldüyünü eşidərək Şirazdan qaçdı (13.3.1779) və 5 gün gecə-gündüz dayanmadan 900 kilometrdən artıq yol gedərək Əstərabada yetişdi, özünü oranın şahı elan etdi. 8 gün sonra Tehranı (əski adı: Rey) tutdu, ancaq tezliklə Zəndlər bu şəhəri geri aldılar.
Əstərabad hakimliyinin başlanğıcında onun qoşun başçılarından olan kiçik qardaşı Rzaqulu xan kürd xanlarının fitnəsiylə onu devirmək fikrinə düşdü və gözlənilməz hücumla ələ keçirərək Mazandaranın öncə Barfruş, sonra Bəndpey qəsəbələrində ev dustağı etdirdi, qardaşının səltənətinə yiyələndi. Ancaq o biri qardaşları: Cəfərqulu xan, Mustafaqulu xan və Murtuzaqulu xan Ağaməhəmməd xanın tərəfini saxladılar və Mazandaranda hər tərəfdən hücum edərək Rzaqulu xanı mühasirəyə saldılar, o da əlacsız qalaraq Bəndpeyə qaçıb böyük qardaşından imdad dilədi, yenidən hakimiyyətə yiyələnən Ağaməhəmməd xan onu öldürmədi, yalnız ölkədən sürgün etdi.
Bəndpeydən Barfruşa, oradan Sari şəhərinə gedən Ağaməhəmməd xan Novruz bayramı günü – 21 mart 1782-də burada Sari zərgərlərinin hazırladığı şahlıq tacını başına qoydu. Həmin ilin mayında o, Hərza çayının qırağındakı qədim Amol şəhərinə köçdü. Burada özünün təlim keçdiyi qoşunla Tarom mahalının hakimi Əmir Günə xanla və Larican məlikləriylə vuruşaraq onlara qalib gəldi, Laricanı işğal etdi və oranı abadlaşdırdı.
Kərim xan Zənddən sonra ölkədə yaranmış qarışıqlıqlardan öz xeyrinə yararlanmağa çalışan Rusiya 1781-in iyununda qraf Voynoviçin başçılığı altında Həştərxandan Əstərabada bir eskadra göndərdi. Xəzəryanı torpaqların nümayəndələrindən birinin hakimiyyət başına keçməsini istəyən Rusiyanın Voynoviçin səfərindən başlıca məqsədi də əslində bu istəyi gerçəkləşdirmək, şah olacaq həmin şəxsin yardımıyla bölgəni öz nüfuzu altına almaqdı.
Rusların Xəzərin Əstərabad sahillərində hərbi dəniz qüvvələrindən ibarət baza yaratmaq təklifini qətiyyətlə rədd edən Ağaməhəmməd xan getdikcə Mazandaranda möhkəmləndi, 1781-də Gilanı da tutdu. Ancaq oraya hakim təyin etdiyi Hidayətulla xan xeyli varlandıqdan sonra öz ağasına asi oldu, ona gücü yetməyəcəyini görən Ağaməhəmməd xan yardımçün ruslara ağız açdı. Hidayətulla xan onun üstünə qoşun çəkmiş Ağaməhəmməd xanın onu məhv edəcəyini yəqin edərək qurtulmaqçün gəmilərlə dənizə çıxdı, ancaq bir qədər sonra onun bütün gəmiləri məhv oldu və dalğalar asi xanın cəsədini sahilə tulladı…
Hakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-in yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla 1785-in martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785).
İsfahanı tutaraq (2.1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə o gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci yol taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə düz 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu.
Şah 1786-da özünü “İran şahı” adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. (Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü). Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu...

Bu vaxt Rusiya çoxbaşlı oyun oynayırdı – o, Ağaməhəmməd xanın qardaşı Murtuzaqulu xanla əlaqə saxlayır, onu hakimiyyətə ruhlandırırdı. Qardaşına xəyanət etmiş, Qacarların düşməni Şeyx Veys xan Zəndə itaət edərək mənsəb almış Murtuzaqulu xan bu Zənd xanının məğlubiyyətindən sonra qardaşının qorxusundan didərgin düşdü – öncə Talışa getdi, orada onu himayəyə alması üçün II Yekaterinaya müraciət etdi. Bir il sonra rus donanmasının dəstəyiylə Gilana yürüş etsə də Ağaməhəmməd şahın böyük qoşunla gəldiyini eşidən Murtuzaqulu xan yenə Rusiyaya qaçdı və 1798-də ömrünü Sankt-Peterburqda başa vurdu. (Murtuzaqulu xanı himayə etdiklərinə görə Ağaməhəmməd şah Qafqaza 1795-dəki yürüşündə talışlıları cəzalandırdı).
Azərbaycanın güneyində – Xoy, Təbriz, Meşkin, Ərdəbil, Marağa, Urmiyə və b. iri məntəqələrdə XVIII yüzilin 80-inci illərində güclü xanlar yetişmişdi və onlar öz aralarında daimi savaşlardaydı. Ağaməhəmməd şah onları Qacar mərkəzi hakimiyyəti altında birləşdirməkçün Tehrandan Azərbaycan üzərinə yeridi. Ona ən şiddətli müqavimət göstərən Sadıq xan Şəqaqi oldu, ancaq bu xanın dayağı Sərab darmadağın edildikdən sonra Qaradağ, Xoy, Urmiyə və ardınca başqa yerlər Ağaməhəmməd şaha tabe oldu və 1790-da o, Azərbaycanın güneyini bütünlüklə öz əlinə keçirə bildi. Azərbaycanın paytaxtı Təbriz Qacar vəliəhdlərinin oturduğu “darüssəltənə” oldu.
Təbrizdə olarkən Ağaməhəmməd şaha sui-qəsd hazırlandı, ancaq iştirakçılardan birinin xəbərdarlığı sayəsində şahı öldürmək istəyən 15 nəfər 6 dekabr 1790-da tutularaq zərərsizləşdirildi.
1790-ıncı illərin başlanğıcında, demək olar ki, artıq bütün “İran”ı öz hakimiyyəti altına almış Ağaməhəmməd şah 12 fevral 1790-da qardaşı Hüseynqulu Cahansuz şahın oğlu Baba xanı (Xanbaba Cahanbani; sonrakı Fətəli şah) özünə vəliəhd (naibüssəltənə) etdi.
Fars hakimi Lütfəli xan Zənd Ağaməhəmməd şahın hakimiyyətini tanımayan yeganə qüvvəydi. Şah öz vəliəhdi Xanbaba Cahanbanini onunla vuruşmağa göndərdi və Xanbaba xan 1791-in yanvarında Semiromda Lütfəli xanın ordusunu tədbirlə darmadağın etdi, özünüsə qaçmağa məcbur etdi. Bu çox mühüm qələbə Şirazla birgə Fars əyalətinin mühüm hissəsini Qacarların nüfuzu altına keirdi.
Şah partizan müharibəsi aparan Lütfəli xan Zəndlə birdəfəlik üzülüşməkçün 1792-nin yazında Farsa hücum etdi və Əbrəc çəmənində onu məğlub etdi. Lütfəli xan bu dəfə də qaçıb aradan çıxa bildi. Şah Şirazın hasarlarını uçurtdu.
Tarixçilər Ağaməhəmməd şahla Lütfəli xan Zəndin Kirmandakı müharibəsinə daha çox diqqət yetirir, şahı gözdən salmaqçün bu hadisədən geniş yararlanırlar.
Vəliəhd Xanbaba Cahanbanini Lütfəli xan Zəndlə savaşmaqçün göndərdikdən sonra Ağaməhəmməd şahın özü də 17 mart 1794-də Tehrandan yola düşdü və Kirman şəhərinə çataraq onu hər tərəfdən mühasirəyə aldı. Dünya hərb tarixində ilk dəfə olaraq Ağaməhəmməd şah, əsgərlərinin qışın soyuğundan əziyyət çəkməməsindən ötrü Kirmanın ətrafında yaşayış evləri tikdirərək hərbi şəhərcik saldırdı. İngilis yazıçısı Robert Uotson sonralar göstərirdi ki, Napoleon da Ağaməhəmməd şahın üsulundan yararlansaydı onun ordusu Rusiyanın soyuğunda məhv olmazdı.
Şahın əmriylə hazırlanmış gəzəri bürclər şəhər hasarına yaxınlaşdırıldı və bürcün içindəki qəhrəman qacar tüfəngçiləri bürclə hasar arasına körpü qoyaraq şəhərə girməyə başladılar. Şah göstəriş verdi ki, Lütfəli xanı yalnız diri tutun, bu üzdən də onu heç kəs öldürmədi və Zənd xanı yenidən qaçıb aradan çıxdı.

Kirmanın fars əhalisi bütün mühasirə günlərində Ağaməhəmməd şahın ünvanına aramsız təhqirlər yağdırdığına, xüsusən onun xədimliyinə sataşdığına görə (bu cismani şikəstliyi şahın ən ağrılı yeri olduğuyçün o, bu təhqiri heç vaxt heç kimə bağışlamayıb) hökmdar şəhəri ələ keçirəndən sonra özünün şahlığı çağında ilk dəfə olaraq əhalinin malının qarət edilməsinə, can və namusunun təcavüzə uğradılmasına icazə verdi, sonrasa şəhərin bütün kişilərinin gözünü çıxartdırdı. Ruslara satılmış gürcüləri “ağıllandırmaq”çün bir neçə il sonra Tiflislə çox sərt davranması da həm Şərqdə olan (xüsusən farslar, ruslar və gürcülər), həm də Qərbdə olan (xüsusən ingilislər və fransızlar) düşmənlərinin bu şahı rəhmsiz, amansız, qaniçən şəxs kimi tanıtmasına bəhanə qazandırdı. Onun “İran” adlandırılan ölkəni Nadir şahdan sonra vahid dövlətdə birləşdirməyi bacarmış yeganə şah olduğunu etiraf etmək əvəzinə, bədxahlar buna göz yumur, “Kirman!” və “Tiflis!” hayqırmağa üstünlük verərək bu ədalətli və vətənpərvər dövlət başçısını bütün dünyaya vampir kimi təqdim etməkçün əllərindən gələni əsirgəmirdilər, indi də əsirgəmirlər; təəssüf ki, onların arasında, gürcü Stalinə xoş gəlməkçün tarixi baş-ayaq yazan rus alimləriylə yanaşı, Səməd Vurğun kimi yerli qələm yiyələri də var.
Lütfəli xan Zəndi 1794-də Kirmanda ağır məğlubiyyətə uğradan Ağaməhəmməd şah, nəhayət, 8 illik çarpışmadan sonra onu ələ keçirdi. Nadir şahın Hindistandan gətirdiyi, onun ölümündən sonra Kərim xan Zəndə qismət olmuş “İşıq dənizi” (“Dəryayi-nur”) almazı və başqa cəvahiratlar Lütfəli xandan tapıldı. Bu Zənd xanını işgəncələrlə öldürdən Ağaməhəmməd şah zəndlərin ağalığına biryolluq son qoydu və imperatorluğun tək ağasına çevrildi. Tehrana qayıdan kimi qəhrəman vəliəhdi Xanbaba Cahanbanini bütün Fars əyalətinin (Kirman, Şiraz və Yəzd) hakimi təyin etdi.
Tarixi gözəl bilən Ağaməhəmməd şah Qacar Səfəvilər və Nadir şah dövründəki torpaqları yenə bir hakimiyət altında, qüdrətli bir Qacar imperiyasında birləşdirmək istəyirdi və inadcıl çarpışmasıyla bu məqsədini gerçəkləşdirdi. Bunlan ötrü ö, sərbəstliyə can atan bir çox xan(lıq)ları hədsiz sərtliklə cəzalandırmaqdan da çəkinmirdi.
Nadir şah öldürüldükdən sonra Əfşar imperiyasını parçalayaraq hakimiyyəti onun fərsiz davamçılarından qəsb etmiş Zənd kürdlərinin səltənətinə biryolluq son qoyan Ağaməhəmməd şah 1795-də yomud türkmənlərinə qarşı da uğurlu yürüş edərək yeni qurduğu imperiyanın şimal-şərqində də asayiş yaratdı. Ancaq o, bütün ölkəsində birlik və asayiş yaratmağa macal tapmamışdı ki, şimaldan gələn rus təhlükəsiylə baş-başa qaldı.
Rusiya hələ Mazandaranda olan Ağaməhəmməd xandan Əstərabad sahillərində rus donanmasından ötrü baza yaradılmasına icazə verməsini istəmiş, ancaq rədd cavabı almışdı. Bu zaman Rusiya Gürcüstanda problem yaratmışdı, belə ki, Nadir şahın vaxtında ondan qorxaraq Gürcüstanı Əfşarlara qaytaran ruslar Gürcüstan üzərindəki hakimiyyətdən birdəfəlik əl çəksələr də sürəkli Qacar-Zənd savaşlarından yararlanaraq Gürcüstanı himayəyə götürməkçün 1783-də II İrakliylə müqavilə bağladılar.
Doğrudur, Osmanlılarla apardığı 1787-1791 müharibəsində Rusiya Qacarlarla ehtiyatlı davranmağa üstünlük verirdi, ancaq Yassı sülhu bağlandıqdan sonra o, özünü xeyli sərbəst duydu və artıq bütün Qafqazı işğal etməyi qərarlaşdırdı. Rus qoşunlarının Qafqazdakı komandanı general Qudoviçə 8 may 1792-də Rusiyaya xeyirxahlıqla yanaşan bütün xanları onun hakimiyyətinə qəbul olunacağına arxayın etmək tapşırığı verilmişdi. Dəli Petronun (I Pyotrun) vəsiyyətiylə İsti dənizə (Kəngər/Fars körfəzinə) can atan Rusiya Qacarları qabaqlayaraq Qafqazı tutmağa çalışırdı.
Rusiya Dövlət Şurası 1795-də Qudoviçə bunları tapşırdı: “1) …Rusiya tərəfdarı olan yerli hakimlərin yekdilliyinə çalışmalı; 2) …ilk növbədə heç olmasa Talış xanının əlahəzrət imperatriçənin əbədi təbəəliyinə keçmək arzusuna əməl etməli; 3) həmin xanı və yuxarıda göstərilən xanları da ümumi işçün birləşdirməyə çalışmalı, onlara lazımi məsləhətlər verməli, əlahəzrət imperatriçənin himayəsi və mərhəməti barədə vəd verməli, lazım gəldikdə onları top və başqa sursatla təmin etməli, yaxud çar İraklinin və başqa xanların qüvvələrini möhkəmləndirməli, bu məqsədlə sərəncamındakı qoşunlardan istifadə etməli”.
II Yekaterinanın (1729-1796) onun torpaqlarına soxulmağa bəhanə axtardığını, bu üzdən də Rusiyayla müharibənin qaçılmazlığını Ağaməhəmməd şah gözəl bilirdi. Doğrudur, II Yekaterinanın güclü müasir artilleriyalı nizami ordusu vardı, o, 1791-də Osmanlı ordusunu məğlub edərək Krım yarımadasını öz torpaqlarına qatmışdı, ancaq Ağaməhəmməd şah bundan çəkinmir, sadəcə, məsələnin yoğunlaşmasına imkan verməməyə, Gürcüstan problemini Rusiyayla savaşadək çözməyə çalışırdı. Rusların Qafqazda işğalçılıq siyasətinin qarşısını almaq, Nadir şahın ölümündən sonra sərbəstləşmiş quzey torpaqlarının Rusiyaya meylli başçılarını, xüsusən Qacarlara vergi ödəməkdən boyun qaçırmış Gürcüstan hökmdarı II İraklini və rusların əlaltısına çevrilmiş Molla Pənah Vaqifin də təsiri altında rusiyapərəst siyasət yürüdən Qarabağ xanı İbrahimxəlil xanı cəzalandırmaq məqsədiylə hərbi yürüşə hazırlaşan Ağaməhəmməd şah diplomatik fəaliyyəti genişləndirdi.
Rusiya və Gürcüstan Qacar hakimiyyətinə düşmən olsalar da Osmanlı səltənəti ona dost münasibətdəydi və Ağaməhəmməd şah da günbatan qonşusuyla yaxınlığa üstünlük verirdi. O, İstanbula elçilər göndərərək Rusiyaya qarşı danışıqlar aparırdı. Gürcüstanı ruslardan geri alacağı halda sultan onu şah kimi tanıyacağını bildirmişdi...

Avropa dövlətləriylə, hamıdan öncə İngiltərə və Fransayla Rusiyaya qarşı anlaşmağa çalışan Ağaməhəmməd şah başlıca düşməninə qarşı onların köməyindən yararlanmağa səy göstərirdi. Doğrudur, şah çox gözəl anlayırdı ki, bu iki Avropa ölkəsi Rusiyanın güclənməsindən təşviş keçirir, onun daim Osmanlı və Qacar dövlətləriylə savaşda olmasını istəyir, bu məqsədlə hətta birləşmiş Osmanlı-Qacar qüvvəsini Rusiyaya yönəltmək cəhdində bulunur (hətta Fransa həmin birgə qüvvənin işə düşəcəyi halda İsveç və Danimarkayla birlikdə öz köməyini əsirgəməyəcəyini bildirmişdi), ancaq şah da siyasi və diplomatik manevrlərlə öz dövlətinin mənafeyini önə çəkirdi. 1795-də Fransanın nümayəndələri Olivye və Brüger Tehrana gələrək Fransa-Qacar ticarət müqaviləsinin bağlanması, eləcə də Qacarlara hərbi-diplomatik dəstək vermək haqqında məsələləri müzakirəyə çıxardılar.
Qacar imperatoru Qafqaz səfərindən öncə geniş təbliğat işi də apardı, xanları dinc yolla itaətə gəlməyə çağırdı. O hətta İbrahimxəlil xana xələt, qılınc, qızıl yəhərli at da göndərdi. İbrahimxəlil xan da Mirzə Vəli Baharlı və əmisi oğlu Əbdüssəməd bəyi onun sarayına girov yolladı. (Sonra şahla İbrahimxəlil xanın arası dəydi, Əbdüssəməd bəy öldürüldü, xan onun yerinə başqa girov göndərməkdən boyun qaçırdı).
Şah itaətsizlik göstərənləri sərt cəzayla da hədələyirdi. Məsələn, gürcü çarı II İrakliyə bu məzmunda bir ultimatum yazıb göndərmişdi: “Bizdən məhəbbət uman hökmdara bəlli olsun ki, 70 il bundan əvvəl gürcülərin Qəndəharda törətdiyi əməllər və İranı nüfuzdan salmaq cəhdləri indi artıq hamıya məlumdur. […] Son yüz il ərzində siz İranın itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki, siz ruslara yaxınlaşıb onlara qoşulmusunuz…
Sən yaşı doxsanı haqlamış adamsan, ancaq bağışlanmaz səhvlərə yol verirsən – kafirləri (rusları – Ə.T.) torpağına buraxmısan, onlarla birləşmisən və onlara istədikləri kimi davranmağa şərait yaradırsan.
Sizin və bizim dinlərimiz müxtəlif olsa da siz həmişə İranla yaxın və əlaqədə olmusunuz. İranda, sənə bəlli olduğu kimi, xeyli türk, gürcü, erməni və başqa dinlərə mənsub olanlar yaşayır. Ona görə də siz utanıb xəcalət çəkmirsiniz ki, bu cür işlərə və əməllərə yol verirsiniz? Bu əməllərdən birdəfəlik əl çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə məcbur etdin, ancaq biz öz təbəəliyimizdə olanları öz əlimizlə öldürməyin tərəfdarı deyilik.
İndi Allahın köməyi ilə biz böyük uğurlar əldə etmişik, nəhəng və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz böyük ixtiyar sahibi olduğumuza görə, ağıllı adamsınızsa, hazırkı niyyət və əməllərinizdən büsbütün əl çəkməlisiniz. Bu, yəqin ki, sənin ölkənin əhalisinin də ürəyincə olar. Bu göstərişə əməl etməsən onda çox qısa bir müddətdə Gürcüstanın üzərinə yürüş edəcək, ruslarla bərabər gürcüləri də qılıncdan keçirəcək, qanınızdan Kür çayına bənzər bir qan çayı axıdacağıq.
Bütün bunları sənə çatdırmaq və xəbərdarlıq etmək məqsədilə bu fərmanı göndəririk. Bu fərmanı yazmışıq ki, bizim dediklərimizi, buyruqlarımızı qulaqardına vurmayasan və özünün vəziyyətini dərk edəsən”. (Təəssüf ki, İrakli bu çağırışı qulaqardına vurdu və Ağaməhəmməd şah da dediyi sözün üstündə durdu).
Qacar imperatoru 1795-in aprelində 60 min nəfərlik süvari və piyada qoşunla, 25 topla Tehrandan Qafqaza yollandı.
Ərdəbili tutan şah öz ordusunu orada üç yerə böldü – birinci hissə Muğan və Şirvandan keçərək Dağıstana girməli, Əliqulu xan Şahsevənlinin sərkərdəlik etdiyi ikinci dəstə İrəvan xanlığını itaətə gətirməli, şahın özünün başçılıq etdiyi üçüncü bölümsə Qarabağı ələ keçirəndən sonra Gürcüstanı almalıydı.

Şahın gəlişini əngəlləmək istəyən İbrahimxəlil xan Xudafərin körpüsünü dağıtdı. Qacar ordusu üzən körpülərlə çayı keçərək sürətlə Şuşa qalasına doğru irəlilədi. Dağıstana gedəcək birinci və İrəvanı almış ikinci dəstə də şahın qüvvəsinə qoşuldu və beləliklə, bütün ordu Şuşaya yönəldi.
1795-in iyununun sonlarında şəhəri mühasirəyə alan Ağaməhəmməd şah Qarabağı təcili özünə tabe etdirərək tezliklə Gürcüstana yollanmağı qarşısına məqsəd qoymuşdu, çünki Şuşanı uzun müddət mühasirədə saxlamaq niyyətində deyildi – Gürcüstan hakiminin bu müddətdə Yekaterinadan kömək alaraq güclənməsinə imkan vermək olmazdı. Buna görə də İbrahimxəlil xana məşhur şerin də olduğu bir məktub yazdı ki, təslim olsan və vergi versən səni cəzalandırmayacağam, müharibəni də dayandıracağam. İbrahimxəlil xansa şahın sülh təklifini rədd etdi.
Hücuma öncədən yaxşı hazırlaşmış Şuşanın mühasirəsinin xeyli uzun çəkəcəyini, bununsa yardımçün artıq Rusiyaya müraciət etmiş Gürcüstanla bacarmağa ciddi əngəl törədəcəyini anlayan Ağaməhəmməd şah mühasirəni hökmən yarımçıq qoymaq qərarına gəldi, ancaq işi elə qurdu ki, həm şahın nüfuzuna xələl gəlmədi, həm də İbrahimxəlil xanı şəhər əhli içində pis durumda qoymadı; belə ki, Qarabağ xanının dostu Pirqulu xan şahın əmriylə İbrahimxəlil xanla görüşərək danışıqlar aparandan sonra Qarabağ xanı həm itaət haqqında şaha məktub göndərdi, həm də Şuşa ağsaqqallarının təkidiylə 5 avqust 1795-də ağ kəfən geyərək qala hasarının üstünə çıxdı, Ağaməhəmməd şaha türkcə müraciət edərək onun təbəəsi olduğunu və ömrü boyu şaha itaət edəcəyini bir daha söylədi, ancaq qoca və xəstə olduğuna görə şahın hüzuruna gələ bilmədiyindən üzr istədi, sağalan kimi hökmən şahın yanına gedəcəyini bildirdi; dilmanclar onun sözlərini şahın türkcə anlamayan ordu zabitlərinə də çatdırdılar. Şah bu çıxışdan razı qalaraq xanı və Şuşa camaatını bağışladığını bildirdi, 3 gündən sonra Şuşanın mühasirəsindən əl çəkdi (9.8.1795).
Şuşanı ala bilməsə də artıq Rusiya himayəsində bulunan Gürcüstanın üzərinə yürüyən Ağaməhəmməd şah öncə Ağdama gəldi. Burada Qacarlarla eyni kökdən olan Gəncə Ziyadoğluları (Cavad xan başda olmaqla), şəkili Məhəmmədhəsən xan, İbrahimxəlil xanla düşmən olan erməni məlikləri öz qoşunlarıyla Qacar ordusuna qatıldılar və şahın yürüşünə bələdçilik etdilər.
20 avqustda Ağdamdan çıxan Ağaməhəmməd şah İrəvan dəryaçasına çatıb burada iki gün dincəldi və ağır toplarını orada qoydu. O, Gürcüstan haqqında yetərincə məlumat topladıqdan sonra 80 minlik qoşunla Tiflis üzərinə yeridi.
Avqustun ortalarında Ağaməhəmməd şah Qacar Tiflis yaxınlığındakı Karantin adlı yerdəki iki günlük savaşda gürcülərin 15 minlik qoşununu darmadağın etdi, İrakli və 2 oğlu qoşunu atıb dağlara qaçdılar.
Bir gün sonra – 12 sentyabr 1795-də şah Tiflisə girdi. Ağaməhəmməd şah Gürcüstan üzərinə elə sürətlə hücuma keçmişdi ki, II Yekaterinanın sərkərdəsi Qudoviç II İrakliyə heç bir yardım göstərə bilməmişdi. Məhz Qudoviçə arxayın olan İraklinin onun öncədən göndərdiyi ultimatumdan nəticə çıxarmamasından qəzəblənən Ağaməhəmməd şah öz əsgərlərinin alınmış şəhəri qarət etməsinə Kirmandan sonra ikinci dəfə icazə verdi. 15 min (bəzi qaynaqlarda 20 və 22 min rəqəmləri də göstərilir) gürcüstanlı əsir edilib aparıldı.
Şərq ölkələrindəki müstəmləkəçilik təcrübəsində yüz minlərcə mülki əhalini kütləvi şəkildə qırmağı az qala döyüş ənənəsinə çevirmiş Avropa ölkələrinin Qacar hökmdarını Tiflisə görə bugünün özündə də qınaması xristian təəssübkeşliyindən başqa bir şey deyil. Ancaq Tiflisdə müharibə qanunlarından dışarı iş görülmədiyini anlayan A.S.Puşkin “Ərzuruma səyahət” əsərində bu hadisəyə toxunarkən Qacar imperatorunu tənqid etmək əvəzinə “şanlı Ağaməhəmməd” adlandırır.
Yeri gəlmişkən, Ağaməhəmməd şahı tiflislilərlə sərt davranmağa məcbur edən amillərdən biri də Qacarların ana vətəni Gəncəyə tez-tez hücum edərək onu yağmalayan gürcülərdən qisas alınmasıdır. Qacar imperatoru tiflislilərin cəzalandırılmasına bəraət qazandıran səbəblərdən danışarkən Şuşanın baş ruhanisi Hacı Babəklə 1797-dəki söhbətində bunu da demişdi: “Tiflis camaatı məni qətlə yetirmək istəyirdi, mən onları qabaqladım və öldürdüm”.
Tiflisə divan tutulmasını, onun yandırılaraq yerlə yeksan edilməsini eşidən gürcülər bir daha müqavimət göstərməyə cürət etmədiyinə görə başqa şəhərləri müqavimətsiz tutan şah Gürcüstanı başdan-başa öz itaəti altına aldı və onu Rusiyadan qopardı. Bu qətiyyətli hərəkətiylə o dikbaşlıq edən bir çox quzey xanlarının da gözünü qorxutdu və onlar mərkəzi Qacar hakimiyyətinə tabe olacaqlarını bəyan etdilər.
Tiflisdə 8 gün qalan Qacar imperatoru dədə-baba yurdları Gəncəyə döndü (20.9.1795).
Onun qoşunları noyabrda Muğanda toplaşdı. Bu vaxt şah bütün diqqətini quzey Azərbaycan xanlıqlarını Qacar hakimiyyəti altına keçirməyə yönəltdi. Şaha bir çox xanlıqlar tabe oldu, ancaq alınmaz qalalarına (Gələsən-görəsən, Fit, Şuşa) çəkilmiş Şəki (Səlim xan), Şirvan (Mustafa xan) və Qarabağ (İbrahimxəlil xan) hakimləri itaətdən boyun qaçırdılar.
Ağaməhəmməd şahın Rusiya himayəsindəki Gürcüstanı tutaraq özünə tabe etdirməsi II Yekaterinanın beynəlxalq nüfuzunu möhkəm sarsıtdı. 16 noyabr 1795-də general Qudoviçə qəzəblənmiş imperatriçədən belə göstəriş gəldi: “Ağaməhəmməd Şirvana gəlib Şamaxı və Bakını zəbt etsə, Xəzər dənizinə və bizim sərhədlərimizə yaxınlaşsa ordumuz onun Dağıstana gəlməsinin və Dərbəndi ələ keçirməsinin qarşısını mütləq almalı və bizə pənah gətirən Tarki şamxalını, Qaraqaytaq usmisini, hətta Dərbənd xanını müdafiə edib qorumalıdır, sonrasa Ağaməhəmmədin dəstəsini məğlubiyyətə uğradıb təqib etmək gərəkdir. O, bizim əleyhimizə və iradəmizə qarşı qalxmış olsa onu hakimiyyətdən belə devirməliyik”.
Bu zaman Ağaməhəmməd şah eşitdi ki, Nadir şahın nəvəsi Şahrux Mirzə Xorasanda üsyan bayrağı qaldırıb. İş burasındaydı ki, coğrafi-iqtisadi baxımdan Xorasan çox önəmli məntəqəydi. Buxara, Xivə və Mərv onun ən mərkəzi şəhərləri sayılırdı. Onların hakimlərini Xorasanın sultanı yox, imperatorun özü təyin edirdi və bu ərazi imperiyanın bölünməz hissəsiydi. Xorasanın itaətdən çıxması mərkəzi hakimiyyəti sarsıda bilərdi, buna görə də şah Dərbəndə kömək etmədən və ümumən Azərbaycanın bütün quzey xanlarını itaətə gətirmədən Tehrana dönməyə məcbur oldu.
Az sonra şah İrəvana 20 minlik qoşun göndərdi və 5 həftəlik mühasirədən sonra qalanı alaraq sülh müqaviləsi bağlatdı.
İmperator Tehrana qayıtdıqdan sonra ruslar 1795-in noyabrının ikinci yarısında Gürcüstana 42 minlik hərbi dəstə, 9 dekabrda Dərbəndi almağa Savelyevin qüvvələrini göndərdilər (Şeyxəli xan Dərbəndi qətiyyətlə müdafiə etməyə başladı). 1796-nın başlanğıcında ruslarla gürcülərin birləşmiş qüvvəsi Gəncəni mühasirəyə aldı, Cavad xan bac verməklə şəhəri dağılmaqdan qurtardı.
Tacqoymanın ölkə torpaqlarını işğaldan qurtaranadək qəsdən gecikdirmiş Ağaməhəmməd şah bu mərasimi Novruz bayramı günü – 21 mart 1796-da Tehranda keçirdi (tacqoymanın Muğan düzündə keçirildiyini göstərən qaynaqlar da var), özünü rəsmən Qacar imperiyasının hökmdarı kimi tanıtdı. Qızıl və ləl-cəvahiratla işlənən, təxminən 4,5 kiloqram ağırlığında dairəvi tac şahın şəxsi layihəsi üzrə hazırlanmışdı. Seyid imperatorun belinə Ərdəbildə Şeyx Səfinin məqbərəsində qutsallıq qazanmış şahlıq qılıncı bağlandı.
Tacqoymadan sonra müəyyən hazırlıq işləri görən Ağaməhəmməd şah 1796-nın mayında Xorasana yola düşdü. O, yolunun üstündəki Əstərabad türkmənlərini itaətsizliklərinə görə sərt cəzalandırdı (kəllələrdən qala qurduğu söylənilir).
Böyük qoşunla Məşhədə gedən şahın qarşısına çıxaraq itaət bildirməkdən başqa çıxış yolu görməyən Şahrux Mirzə ona verilən işgəncələrdən sonra bütün xəzinəsini (babasının Hindistandan gətirdiyi almazları da) Qacar hökmdarına təslim etməli oldu. Kabil və Əfqanıstan xanı Məhəmmədhəsən xan Qaragözlü də şaha tabe oldu. Beləliklə, Xorasan Qacar mülkündə qaldı (1796).
Qafqaz qoşunlarının yeni komandanı təyin edilmiş qraf V.Zubovsa bu vaxt şəhərdəki ermənilərin satqınlığı nəticəsində 1796-nın 10 mayında Dərbəndi, 6 iyunda Qubanı, 13 iyunda Bakını tutdu. (Şah bunları Buxara və Mərvi də ram etməyə hazırlaşdığı vaxt eşitmişdi). 21 oktyabrda Gəncəyə hücum edən ruslar bu şəhəri də tutdular. Oktyabrın sonunda Zubov rus qoşunlarının qərargahını Yeni Şamaxıya (Ağsuya) köçürdü. O, Azərbaycanın quzeyində qışlayaraq 1797-nin yazında Azərbaycanın güneyində Ağaməhəmməd şaha zərbə endirmək niyyətindəydi...

Ağaməhəmməd şah Xorasan və Türküstan məsələləriylə məşğul olmağa xüsusi önəm verirdi, çünki o, rusların Nadir şahın hökmü altında bulunmuş Türküstana da tamah saldıqlarını bilir və onların istəklərinin qarşısını vaxtında almaqçün bu torpaqlarda imperiya nüfuzunu bərpa etmək istəyirdi. Həyat şahın nə qədər uzaqgörən olduğunu təsdiqlədi.
Ağaməhəmməd şah öncə 200 min tümən pul verib Bəlx şəhərini qan tökmədən Şah Zamandan geri aldı. Sonra da özünü müstəqil sayan Şah Səid xanı cəzalandırmaqçün Buxara səfərinə hazırlaşdı. Ancaq bu zaman Qarabağda İbrahimxəlil xanın yenidən ruslarla əlaqələr yaratdığını və asiliyə başladığını, eyni zamanda rusların Türküstana ordu göndərdiyini eşitdi. Şah düşündü ki, Buxaraya hücumu Şah Səidi ruslara sığınmağa vadar edə bilər və bu, daha ağır nəticə verər, buna görə də Qarabağ səfərini qabağa keçirdi.
Xorasanı ram edərək Məşhəddən Tehrana gələn və Rusiyayla müharibəyə hazırlığı tam sürətlə aparan şah bir qədər sonra məlumat aldı ki, II Yekaterina ölüb və onun yerində əyləşən oğlu I Pavelin əmriylə rus qoşunları Qafqazdan geri çağrılıb, çünki anasından fərqli düşünən I Pavel Qafqaza yox, Türküstanın alınmasına daha çox önəm verirdi (o, tezliklə Türküstana böyük bir ordu göndərdi və xoşbəxtlikdən, bu ordu Qaraqum səhrasında məhv oldu). Yeni çarın göstərişiylə rus qoşunları Azərbaycanın quzeyini 1796-nın dekabrından tərk etməyə başladı və 1797-nin yazında quzey torpaqlarımız artıq onlardan təmizlənmişdi.
Qafqazda da imperatorun daxili siyasətində ən önəmli yerlərdən birini tuturdu. Orada Rusiyayla müharibənin qaçılmaz olduğunu görən Ağaməhəmməd şah uzun sürəcək Qafqaz səfərinə hazırlaşdı. Onun əmriylə imperiyanın bütün sənaye və sənət mərkəzlərində tüfəng düzəldilməsinə başlanıldı, iki qurğuşun mədəni yeniləşdirildi, İsfahanda top və top gülləsi istehsalının əsası qoyuldu.
1797-nin yazında öncə Talış xanlığını ələ keçirən Ağaməhəmməd şah 300 min əhalinin yaşadığı Qarabağa ikinci hücuma başladı. O, vəliəhdi Xanbaba Cahanbaninin oğlanları Abbas Mirzə, Məhəmmədqulu Mirzə və Hüseynəli Mirzəni də döyüş meydanına aparmışdı ki, müharibəyə alışsınlar. Turkənd dağının yanında dayandıqları ilk gün şah müharibəni necə aparmaq qaydaları haqqında onlara çoxlu öyüd-nəsihət verdi. Bu nəsihət və təlimatlar xüsusən Abbas Mirzəyə faydalı oldu – sonralar o, Qacar qoşununun baş komandanıykən Turkənd dağının zirvəsini tutaraq rus qoşunlarının oradan keçməsinin qarşısını aldı.
Öncə Pənah xanın tikdirdiyi Əsgəran qalasına yürüş edən şah dörd günlük mühasirədən sonra bu qalanı hücumla aldı. Qacar ordusu 2 minə yaxın əsgər itirsə də Əsgəranın alınmasıyla Şuşaya yol açıldı.
Şuşaya çataraq şəhəri mühasirəyə alan şah qala hasarını topla dağıtmağı əmr etdi. İbrahimxəlil xan gördü ki, toplar susdurulmasa şəhər əldən gedəcək, ona görə də şəhərdən çıxıb şahın Topxanaya yığdığı topları məhv etməkçün hücuma keçdi. Belə hal yarana biləcəyini qabaqcadan nəzərə alan şah işini ehtiyatlı tutmuşdu. Doğrudur, o, İbrahimxəlil xanın şəxsən özünün şəhərdən çıxacağını heç ağlına da gətirmirdi, çünki bu, qoşun başçısı üçün bağışlanılmaz bir səhvdi, ancaq şəhərdən çıxan qüvvənin topları məhv etmək istədiyini görən şah onların şəhərə qayıdış yolunu kəsməyi bacardı və mühasirəyə salaraq qırdı. İbrahimxəlil xan şahın toplarını sıradan çıxarsa da artıq şəhərə qayıda bilmədi və canını ölümdən güclə qurtararaq Balakənə, qohumu Ümmə xanın yanına qaçdı. Ağaməhəmməd şah qaçan xanı izlətmədi, çünki Şuşanın alınmasını onun məhvi saydı. Xanın yersiz igidliyi Şuşanın əldən getməsini sürətləndirdi.
Ağaməhəmməd şah Şuşa əhlinə xəbər yolladı ki, İbrahimxəlil xan sizi ataraq qaçıb; şəhər əhalisi bundan sonra da təslim olmayaraq müqavimət göstərsə onların canına, malına və namusuna Kirman və Tiflisdəki kimi təcavüz ediləcək.
Şuşalılar bu müraciətdən sonra şəhərin baş ruhanisi axund Hacı Babəki şahın hüzuruna danışığa göndərdilər və bu ağıllı ruhaninin müdrikliyi sayəsində Ağaməhəmməd şah Qacar təslim olan Şuşa əhlindən 200 min əşrəfi bac (müharibə xərci) aldı və onlara toxunmadı. Şah yalnız İbrahimxəlil xanın Qarabağdakı bütün mülklərini müsadirə etdi.
Şuşaya hərbi hakim təyin edən şah qoşuna şəhərdən dışarıda dayanmaq göstərişi verdi ki, əsgərlər əhaliyə ziyan yetirə bilməsinlər.
Ağaməhəmməd şahda güclü oynaq ağrıları vardı. Bu ağrılar hər dəfə şiddətlənəndə ən azı on beş gün çəkərdi. Şuşada olarkən də xəstələnmiş imperator öz sərkərdəsi Məhəmmədhəsən xan Qacarı ağır toplarla Şamaxı qalasını alaraq Şirvanı tutmağa, Mustafa xanı itaətə gətirməyə göndərdi. Bir az sonra özü də sağalaraq Şamaxıya getdi.

Mühasirənin 12-ci günü şəhər qalası top atəşlərindən uçub dağıldı, əsgərlər sel kimi şəhərə doldu, ancaq Mustafa xan qaçıb canını qurtara bildi. Bundan sonra şəhəri qoruyanlar müqaviməti dayandıraraq təslim oldu. Ağaməhəmməd şah şəhərə girdi.
Müharibə qanunlarına görə, şah müqavimət göstərən Şamaxı əhalisini cəzalandırmalıydı (kişilər öldürülməli, qadınlar və əmlak əsgərlər arasında bölüşdürülməliydi). Ancaq bir türk imperatoru olduğunu Şuşada öz alicənablığıyla sübut etmiş Ağaməhəmməd şah bu türk şəhərindən də cəzanı götürdü, həm də şah Şamaxıda daha insaflı davrandı – nəinki qarət fərmanı vermədi, nəinki şamaxılılardan bac da almadı, hətta əsgərlərə çatası qənimətin pulunu (bu xərc əhalidən alınmalıydı) öz cibindən ödədi.
Ancaq Qacar imperatoru Mustafa xanın Şirvandakı bütün mülklərini müharibə qanunlarına əsasən müsadirə etdi.
Şah Şamaxıdan yenə Şuşaya döndü.
Ağaməhəmməd şah Qacar gəncəli Cavad xanı və bakılı Hüseynqulu xanı, İbrahimxəlil xanın baş vəziri Molla Pənah Vaqifi və xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşiri (Batmanqılıncı) həbs etdirmişdi və sonuncu iki nəfəri ertəsi gün öldürtməyə söz vermişdi.
İmperator Şuşada öyrəndi ki, saray adamlarından Sadıq Gürcü (Sadıq xan Nəhavəndi) Şamaxıda 2 nəfər fərraşla birgə bir dövlətlinin evinə gedərək şahın adından tələb etməklə 5 min tümən pul və zinət əşyası götürüb. Bunu özləri də təsdiqləyəndən sonra şah onları həbs etdirərək sabah öldürtməyə qərar verdi. Labüd ölüm qarşısında qalan həmin üç şəxs (Sadıq Gürcü, isfahanlı Xodadad və mazandaranlı Abbas) 21 zilhiccə 1211-də (17 iyun 1797) gecə sui-qəsdlə şahı qətlə yetirdi. (Bu sui-qəsdi Fətəli şah Qacarın, Məhəmməd bəy Cavanşirin, Molla Pənah Vaqifin, Sadıq xan Şəqaqinin… təşkil etdiyini bildirən qaynaqlar da var).
Ağaməhəmməd şah çöl şəraitində təhlükəsizliyi xeyli gücləndirsə də şəhərlərdə bir elə ehtiyatlı davranmaz, inzibatçılıqdan qaçardı. Bunun cəzasını o, Şuşada çəkdi – məhz inzibatçılığı zəiflətməsi nəticəsində sui-qəsdçilər çadırına girə bildilər, onu öldürməyi və yanındakı sərvətin çoxunu talamağı bacardılar.
İlk baxışda Ağaməhəmməd şahın öldürülməsi tam təsadüf kimi görünə bilər və təəssüf ki, bütün qaynaqlar bu faktı indiyədək yalnız bu cür də təqdim edir. Ancaq, bizcə, istər Ağaməhəmməd şah Qacarın, istərsə də Nadir şahın qətlə yetirilməsini qətiyyən təsadüf saymaq olmaz. Niyə? Birincisi, hər iki sui-qəsd az qala eyni ssenari üzrə yerinə yetirilib (bu isə onların eyni mərkəzdən hazırlanıb gerçəkləşdirildiyini göstərir). İkincisi, XVIII yüzildə öz qılınclarıyla Şərq dünyasının iki möhtəşəm imperiyasını qurmağı bacarmış iki ən azman, ən ağıllı və ən qətiyyətli imperatorunun terror üçün seçilməsi də heç cür təsadüf ola bilməz. Üçüncüsü, bu iki qəsdin tarixi baxımdan qısa vaxtda – 50 ilin içində (1747-1797) baş verməsi də düşündürücüdür.
Bəs Ağaməhəmməd şahın (Nadir şahın da) qatillərinin arxasında kim dayanıb, əsl sifarişçi kim olub? Bu sorğuya ən doğru cavab yalnız bu sualların qarşılığında alına bilər: onlar ən çox kimə mane olurdular, onları öldürtmək ən çox kim(lər)ə faydalıydı? Əlimizdə bu gün heç bir tarixi sənəd-sübut olmasa da, bizcə, hamıdan çox Rusiya, İngiltərə və Fransadan şübhələnməyə haqqımız var. Axı Rusiya Dəli Petronun vəsiyyətini yerinə yetirərək isti dənizlərə çıxmaq istəyir, ancaq qarşısında nəhəng Nadir şahı və Ağaməhəmməd şahı görürdü – onun işğal etdiyi Qafqaz torpaqlarını yalnız bu iki şah geri qaytarmışdı. (II Yekaterinanın Ağaməhəmməd şahı devirmək planı da boş söz deyildi). İngiltərəninsə yerini Nadir şah həm Hindistanda, həm də Kəngər/Fars körfəzində dar etmişdi. Bundan başqa, hər iki imperator Rusiya, İngiltərə və Fransanın Şərqin strateji baxımdan bu ən mühüm məkanında əl-qol açmasına imkan verməməklə yanaşı, bütövlükdə onların Şərqdə həyata keçirməyə başladıqları işğalçılıq, müstəmləkəçilik siyasətinin gerçəkləşdirilməsində ən ciddi maneəyə çevrilmişdi. Təsadüfi deyil ki, həm Nadir şah, həm də Ağaməhəmməd şah öldürüldükləri gündən indiyədək məhz Rusiya və Avropa qaynaqlarında az qala insan qanı içən yırtıcı kimi qələmə verilməkdədir…
Cinayətin ertəsi günü şahın alay rəisi Sadıq xan Şəqaqi qatilləri yaxaladı. Onları vəliəhdin anası və şahın xalası başda olmaqla Qacar xanımları çarmıxa çəkdirdilər.
Məhəmmədhüseyn xan Qacar şahın öldürülməsi xəbərini vəliəhd Xanbaba Cahanbaninin Şuşadakı kiçik qardaşı Hüseynqulu xana çatdırdı. Hacı İbrahim xan Kələntərdən başqa, şahın bütün adamları cənazəni yerdə qoyub axşamadək Şuşadan qaçdılar, çünki şuşalılardan qorxurdular. Hacı İbrahim xan Kələntər şahın cənazəsini axund Hacı Babəkin yanında əmanət qoydu ki, sonra dəfn etsinlər. O, şahdan qalmış səltənət cavahirlərinin yağmalanmasına da imkan verməyərək onları vəliəhdin oğlanlarıyla Tehrana göndərdi (ancaq şah xəzinəsinin mühüm bir hissəsini Məhəmməd bəy Cavanşir ələ keçirə və Xəzinə qayasında basdıra bilmişdi). Şirazda olan vəliəhd Xanbaba Cahanbani Hacı İbrahim xan Kələntərin göndərdiyi məktubu alaraq şahın ölümündən 27 iyun 1797-də xəbərdar oldu.
Ağaməhəmməd şah Qacarın övladı olmadığına görə onun taxtında vəliəhdi əyləşdi və Xanbaba Cahanbani 1798-in Novruz bayramında özünə Fətəli şah ünvanını götürərək 37 il (1797-1834) hökmdarlıq etdi.
Fətəli şahın göstərişiylə Ağaməhəmməd şahın cənazəsi Şuşadan Tehrana gətirildi və oradan Nəcəf şəhərinə göndərilərək 8 yanvar 1798-də birinci imam həzrət Əlinin məqbərəsi yaxınlığında dəfn edildi...

Ağaməhəmməd şah hədsiz müsbət keyfiyyətləri olan türk imperatoru, görkəmli dövlət başçısıdır. Nə yazıqlar ki, türkün dünyanın dörd cəhətindəki saysız-hesabsız düşmənləri bu böyük şəxsiyyəti bugünədək yalnız ən mənfi yönlərdən tanıtmağa çalışıb və onlar istədiklərinə xeyli dərəcədə çatıblar da.
Hər şeydən qabaq, göstərməliyik ki, Ağaməhəmməd şah Qacarın bir hökmdar olaraq hakimiyyətini sürdürməsi, istər əyanlarına, istərsə də sıravi təbəələrinə öz nüfuzunu qəbul etdirməsi başqa şahlara nisbətən müqayisəolunmaz dərəcədə çətindi, çünki tarixdə Ağaməhəmməd şahadək hələ heç bir xədim nəinki şah, heç ən kiçik bir bölgənin ağası, yaxud qoşun başçısı da ola bilməmişdi, çünki adamlar belə bir şəxsin ağalığını özlərinə həqarət sayırdılar. Ağaməhəmməd şahın nəinki düşmənləri, hətta bir çox qohum və yaxınları da bir xədimin ağalığı altında bulunmaq istəməyərək üsyan edirdi. Ancaq müstəsna ağıl və dərrakəsiylə, sonsuz dözüm və bacarığıyla o, qeyri-mümkün olan bir şeyi gerçəkliyə çevirdi – nəinki adicə şah, hətta böyük bir imperiyanın qurucusu və əzəmətli hökmdarı olmağı bacardı!
Sözsüz ki, istər hakimiyətdə, istərsə də adi həyatda qazandığı möhtəşəm qələbələrini o, xədimliyi üzündən bütün yaşamı boyunca bir an da unuda bilmədiyi şəxsi psixoloji sarsıntılarından yuxarıda dayanmaq bacarığı sayəsində əldə edib. Ancaq özünə də qalib gəlmək bacarığına o, hədsiz ruhi göynərtilər bahasına yiyələnib – bir çox tarixçilərin bildirdiyinə görə, Kirman fəthindən sonrakı bütün şahlığı boyunca onu bir dəfə də gülən görməyiblər. (Hətta Lütfəli xandan qalmış ən məzəli təlxək də şahı güldürməyi bacarmayıb).
Ümumiyyətlə, Ağaməhəmməd şah öz içindəki bütün emosiyalara ağalıq etməyi bacarmışdı. Tarixçilərin yazdığına görə, o, heç vaxt duyğularını üzündə bildirməz, qəzəbdən qızarıb pörtməz, coşub özündən çıxmaz, hirsli vaxtında səsini ucaltmaz, əsəbi halda cəza verməz, hətta məhkumların hökmlərini də sanki xidmətçidən su istər kimi sakitliklə, təmkinlə söylərdi.
Ağaməhəmməd şah da Şah İsmayıl kimi təmiz bir türk (Qacar) varlığına dayanaraq yeni bir türk xanədanı qurdu. O, bütün hakimiyyəti boyunca məhz türk tayfalarını: avşarları, xalacları, bayatları, qaragözlüləri və b. özünün hərbi-siyasi qüvvəsinin dayağına çevirdi. Onun və sonrakı bütün Qacar şahlarının çağında (1925-ədək) sarayın və ordunun dili əsasən doğma türk diliydi. (S.Vurğunun “Vaqif” dramında Ağaməhəmməd şahın türk dilinə nifrət etməsi, onu bəyənməməsi haqqında yazılanlar tarixi gerçəkliyin təhrifindən başqa bir şey deyil).
Ağaməhəmməd şahın özü və ondan sonra gələn bütün Qacar hökmdar və şahzadələri toy, yas, hərbi yürüş və b. mərasimlərinin qədim türk adət-ənənəsinə uyğun keçirilməsinə ciddi diqqət yetirirdilər. Onların hamısının yaylaq və qışlaq sarayları vardı, yürüşlər zamanı çadırda qalırdılar. Türk ənənələrini yaşadan Qacar xanımları başqa müsəlman ölkələrindən fərqli olaraq sarayın siyasi həyatında fəal iştirak edirdilər. Məsələn, Ağaməhəmməd şahın anası Ceyran xanım ərini və oğlunu hakimiyyətə gətirməkçün dəfələrlə at belində qılınc çalmışdı.
Qacarların dövlət emblemi kimi Aslan və Günəş (Şirü Xurşid) təsvirinin götürülməsi də Səlcuqlular və Elxanlılardan gələn qədim türk ənənəsinə sədaqətdən doğur (bu emblem rəsmən Məhəmməd şah Qacarın çağında təsdiqləndi).
Olduqca uzaqgörən olan Ağaməhəmməd şah Qacar imperiyanın özündən sonra da təmiz türklərin əlində qalmasından ötrü qardaşı oğlu və vəliəhdi Baba xana belə vəsiyyət etmişdi: “Bəylərbəyi Mirzəməhəmməd xan Dəvəli Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib Məhəmməd Mirzə çağırarsınız. Bax, o, öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nikahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar”.
Bu vəsiyyəti ilk dəfə Azərbaycan oxucusuna çatdıran akademik Çingiz Qacar yazır: “Buradan belə bir nəticə çıxarmaq mümkündür: Ağaməhəmməd elə bir şahzadə istəyirdi ki, onun atası Qovanlı, anası Dəvəli qacarlarından olsun. Buna görə də sonralar Baba xanın (Fətəli şahın) varisi kimi onun gürcü qızından doğulmuş böyük oğlu yox, Abbas Mirzə seçilmişdi”.
Qacar imperatoru ədalətli adamdı. Allahdan çox qorxduğuna görə heç bir cinayəti cəzasız, heç bir xidməti mükafatsız qoymazdı, səbəbsiz kimsəni incitməzdi. Ömrünün sonlarında əhalini vergilərlə çox yükləməməyə çalışırdı. Təbii fəlakət bölgələrindəki əhalinin vergisini həmin il ya azaldır, ya da bütünlüklə ləğv edirdi. Dövlətlilərdən zorla pul alınmasına razı olmurdu. Onun hakimiyyəti sayəsində varlanmış insanların dövlətinə göz dikməzdi. Adi təbəələri onun dövründə, məsələn, Nadir şahın çağında olduğu kimi maddi məhrumiyyətlərə, hakimiyyət məmurlarının zülmlərinə uğramadılar, ona görə də imperatorun şəxsiyyətinə incəliklə bələd olan vicdanlı tarixçilərin, demək olar ki, hamısı Ağaməhəmməd şahı əhaliylə mülayim davranan hökmdar kimi tanıdıb. Əsl dindar olan, namazını heç vaxt ötürməyən, başqa dinlərdən olan insanları da incitməyə qoymayan şah alimlərə və ruhanilərə (onların içində də seyidlərə) xüsusi hörmətlə yanaşır, onların maddi vəziyyətinin həmişə yaxşı olmasına çalışırdı. Ağaməhəmməd şahdan qabaq yəhudiləri sinaqoqlarında ucadan Tövrat oxumaq üstündə cəzalandırır, atəşpərəslərə əziyyət verirdilər; o, fərmanla bu halların qarşısını aldı.
Ağaməhəmməd şah iradəli və sözübütöv adamdı. Taxta oturduğu gündən dünyaya göz yumduğu anadək dediyi bütün sözləri, verdiyi bütün vədləri yerinə yetirmişdi. O, ürəyində tutduğu niyyətlərinə çatmaqçün son anadək çarpışmışdı. Səltənətdə, həyatda nə qazanmışdısa heç kəsin himayəsi olmadan, heç kəsə arxalanmadan yalnız öz əməyi, öz iradəsi sayəsində əldə etmişdi.
Təbiətcə qənaətcil adamdı, israfçılığın düşməniydi, buna görə bəziləri onu xəsis də adlandırıb. Öz gəlir və çıxarını dəqiq ölçüb-biçər, elə edərdi ki, heç zaman borc almağa ehtiyac duymasın. Bunun nəticəsidir ki, özündən sonra 50 kürur (25 milyon) tümən şəxsi sərvəti qaldı. Saray adamlarının maaşını şah vaxtlı-vaxtında öz cibindən ödəyər, müharibədə həlak olan əsgərlərin ailəsinə təqaüd verərdi.
Hədsiz savadlı olan Ağaməhəmməd şah bir çox elmlərin, o sıradan torpaqşünaslığın da mahir bilicisiydi. Öz şəxsi təcrübələrinə əsaslanan şah bu sahədə çoxlu yeniliklər də etmişdi. Jan Gevr adıyla tanınmış müəllif yazır: “Həmişə deyirdi ki, hər bir əkinçi öz torpağını, əkin yerini tanımalıdır. Bilməlidir ki, bu torpaq hansı bitki üçün yararlıdır. Torpağı nazik və xırda deşikli bir qabın içinə doldurub üzərinə yavaş-yavaş su tökürdü, su torpaqdan keçib bir qabda yığılırdı. Sonra əkinçiyə deyirdi ki, suyu dadsın. Əgər su şorməzə olurdusa deyirdi bu torpaqda yaxşı qovun-qarpız yetişər; əgər suyun dadı turş olurdusa deyirdi bu torpaq arpa-buğda əkmək üçündür. Suyun dadı acı olanda deyirdi bu torpaqda pambıq yaxşı əmələ gələr. Ağaməhəmməd heç bir mədrəsədə torpaqşünaslıq dərsi oxumamışdı, hər nə bilirdisə ancaq öz istedadı və qabiliyyəti sayəsində əldə etmişdi. Bu biliyin nəticəsiydi ki, onun tarlalarından həmişə yaxşı məhsul əldə edilirdi”.
Mütaliəni çox sevən şah səfərə çıxanda kitabxanasını da özüylə aparardı.
Ağaməhəmməd şah Qacarın adı türk dövlətçiliyi tarixində özünə əbədi şərəfli yer tutub. Bu qürur doğuran tarixi öyrənmək hər birimizin borcudur.

Məlumatlara görə təşəkkür!
Amma belə böyük materialları kim axıra qədər oxuyacaq görəsən?
Şəxsən mən axırada qədər oxumamışam hələ.

Qonaq- Qonaq
Geri: Ağa Məhəmməd şah Qacar
Məqsədim hamıya belə uzun məlumatları oxutdurub onları bezdirmək deyil. Bu gün bir ismarıcı oxu, gələn dəfə başqasını... Yəni heç kəsdən tələb olunmur ki, hamısını oxuyub fikir desin. Bir də ki, mən əgər bilsəm ki, bu və ya digər bu kimi faydalı məlumatları oxuyub özünüzdə hər hansısa bir fikir formalaşdırırsınız, onda mən daha rahat yatmış olaram. Çünki bilərəm ki, bu gün kiməsə kiçik bir xeyir verdim.AQLAYA yazıb:Məlumatlara görə təşəkkür!
Amma belə böyük materialları kim axıra qədər oxuyacaq görəsən?
Şəxsən mən axırada qədər oxumamışam hələ.
1 səhifə (Cəmi 1 səhifə)
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.