Oxuduğum və məsləhət gördüyüm kitab
3 posters
1 səhifə (Cəmi 1 səhifə)
Oxuduğum və məsləhət gördüyüm kitab
Oxuduğunuz və başqalarına da məsləhət gördüyünüz sonuncu kitabın adını yazın.
Qonaq- Qonaq
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Oxuduğum sonuncu kitab: Paulo Koelo. "Əlkimyagər".
Bu kitab doğurdan da oxunulası kitabdır. Mən artıq dəqiq bilirəm ki, gələcəkdə bu kitabı bir də oxuyacağam, çünki kitabın hər sətri bir hikmətdir. Amma mənim indiki dünyagörüşüm və təfəkkürüm bunları tam anlamağa yetmədi. Düşünürəm və dua edirəm ki, böyüyəndə Allah mənə ağıl payı versin.
Bu kitab doğurdan da oxunulası kitabdır. Mən artıq dəqiq bilirəm ki, gələcəkdə bu kitabı bir də oxuyacağam, çünki kitabın hər sətri bir hikmətdir. Amma mənim indiki dünyagörüşüm və təfəkkürüm bunları tam anlamağa yetmədi. Düşünürəm və dua edirəm ki, böyüyəndə Allah mənə ağıl payı versin.

Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Camaat böyüklərin kitabını oxuyur. Mənim isə uşaqlıq həvəsim baş qaldırıb. Azərbaycan nağıllarını və Aleksandr Belyayayevin 2 qəşəng uşaq fantastik povestini oxudum: "Professor Douelin başı" və "Amfibiya adam".
Mənim kimi uşaqlıq illərini yada salmaq istəyənlərə məsləhətdir.
Mənim kimi uşaqlıq illərini yada salmaq istəyənlərə məsləhətdir.

Qonaq- Qonaq
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Əlibala Hacızadənin "Dünyanı tanı" romanı.
Hələ ki, 70-80 səhifə oxumağa ancaq macal tapmışam. Amma artıq o qədər dəyərli fikirlərə, ibrətamiz sözlərə rast gəlmişəm ki...
Tapıb oxumaq imkanı olan hər kəsə məsləhət görürəm.
Hələ ki, 70-80 səhifə oxumağa ancaq macal tapmışam. Amma artıq o qədər dəyərli fikirlərə, ibrətamiz sözlərə rast gəlmişəm ki...
Tapıb oxumaq imkanı olan hər kəsə məsləhət görürəm.
Qonaq- Qonaq
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Etel Lilian Voyniç. "Ovod"
Yeni Tarixdəki dərsimizin lap üstünə düşdü. Dərslərin arasında özüm bunu oxuyuram ki, boş vaxtım qalmasın.
Yeni Tarixdəki dərsimizin lap üstünə düşdü. Dərslərin arasında özüm bunu oxuyuram ki, boş vaxtım qalmasın.

Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Çoooooooox əla bir əsərdir. Oxumamış hər kəsə məsləhət görürəm.U-JIN yazıb:Etel Lilian Voyniç. "Ovod"
Yeni Tarixdəki dərsimizin lap üstünə düşdü. Dərslərin arasında özüm bunu oxuyuram ki, boş vaxtım qalmasın.
Bu kitabı 10-cu sinifdə oxuyanda ingilis dili müəlliməm mənə məsləhət görmüşdü. Lakin o vaxt tapıb oxuya bilməmişdim. Nəhayət, bu yay oxudum. Belə gec oxuduğuma həm təəssüfləndim, həm də sevindim ki, bəlkə o vaxt oxusaydım, bu qədər dərk etməzdim.
Başqa dildə - rus dilində oxumağıma baxmayaraq bitirənə qədər göz yaşımı saxlaya bilmirdim də.
Deyilənə görə, Leninin də ən sevdiyi əsər imiş. O dövrün gəncləri bu əsəri gecə oxuyub, səhər inqilabçı kimi meydana atılırmışlar.
Qonaq- Qonaq
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Çingiz Abdullayev "Centelmen sövdələşməsi"
Super! Amma Dronqo bu əsərdə daha zəif göründü. Dostu olmasaydı, bacarmazdı...
Super! Amma Dronqo bu əsərdə daha zəif göründü. Dostu olmasaydı, bacarmazdı...

Qonaq- Qonaq
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
İndi Hüqonun Səfillər əsərini oxuyuram. II cildi qurtarmağa az qalıb. Ama çox maraqlıdır, bu qədər gec oxuduğuma görə heyfslənirəm həqiqətən
Jurnalist_89- Çavuş
- Məkan : Bütün Türk diyarı
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Mən üzr istəyirəmU-JIN yazıb:Ceyms Fennimor Kuper. "Sonuncu mogikan"


Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
Cəmşid Əmirovun "Qara Volqa"sını oxuyub qurtardım.
İndi də İsa Hüseynovun "Məhşər"ini oxuyuram.
İndi də İsa Hüseynovun "Məhşər"ini oxuyuram.
Geri: Oxuduğum və məsləhət gördüyüm kitab
coxdu Varis yolcuyev sonuncu olen umudleridir,sene inanira,bir ovuc torpaq,yetmiw yeddinci gun,ismayil wixli ayrilan yollar,cebhe yollari,Cek londonun martin iden eseri hamisi maraqlidi,men kitablara asiq olmuwame)))))))))0
Lale305- Baş Əsgər
1 səhifə (Cəmi 1 səhifə)
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
|
|