Çingiz Abdullayev
5 posters
1 səhifə (Cəmi 1 səhifə)
Çingiz Abdullayev
Abdullayev Çingiz Akif oğlu - nasir, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırmışdır. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə şöhrət ordeni ilə təltif edilib.

Geri: Çingiz Abdullayev
Detektiv janrını çox sevdiyimdən onun çox kitabını oxumuşam, ya da mənim gözümə çox görünür.
"Gedər-gəlməz", "Qatil üçün Qran-Pri", "Mavi mələklər", "Yalnız özümüzünkülər", "Allahın tərəfində", "Bir ümman nifrət", "Unudulmuş röya", "Məhşər ayağında", "Bankirin ölümü", "Bağdadlı əlaqələndirici", "Monte-Mario təpəsində ölüm".
İndi yadılma sala bilmirəm, amma siyahı davam edir.

O Azərbaycan ədəbiyyatini dünyada tanidan nadir ədiblərdəndir.Detektiv janri dünyada ən çox oxunan janrdir hal-hazirda.Cingizin də əsərlərinin süjet xətti çox mükəmməldir.Lakin nədənsə son əsərlərini bir o qədər bəyənmirəm.Sanki artiq keyfiyyətə deyil kəmiyyətə görə işləyir...
Aladdinin Jini onun tərcümə olunmayan çox əsəri var.uruscax da oxumaği məsləhət bilirəm

REBEL- KİLLER
- Məkan : BÜTÖV AZƏRBAYCAN
Geri: Çingiz Abdullayev
Amerikanın nüfuzlu "Krisçen Saudens Monitor" jurnalı onu müsair dövrün siyasi-detektiv janrında yazan ən gözəl müəllif adlandırıb. Amma bizim söz pəhləvanları onu rusca yazdığına görə Azərbaycan yazıçısı adlandırmır.
REBEL, sən gəl əvvəlcə mənə rusca öyrənməyi məsləhət gör
REBEL, sən gəl əvvəlcə mənə rusca öyrənməyi məsləhət gör
Geri: Çingiz Abdullayev
Çingiz Abdullayevin əsərlərindən ikisini oxumuşam, "Bir ümman nifrət" və "Allahın tərəfində".xoşuma gəldi çalışacam tapıb hamısını oxuyum yavaş-yavaş. Yenə yaxşı ki,Çingiz Abdullay var imiş, yoxsa belə getsə bizim ədəbiyyatımız dünya ölkələri arasında tamam itib batacax. Çünki indi bir yazıçı belə yoxdur ki, onu ortaya çıxarıb əsərini oxuyasan. Hara gedir ədəbiyyatımız bilmirım nə isə..........
Jurnalist_89- Çavuş
- Məkan : Bütün Türk diyarı
Geri: Çingiz Abdullayev
mən Cingiz Abdullayevin 8 kitabını oxumuşam. Superdi
Herakl- Pod-Polkovnik
- Məkan : Yupiter
Geri: Çingiz Abdullayev
Çingiz Abdullayevin 30a yaxın eserini oxumusam. Çox maraqlıdı.oxumaga deyer. Ən maraqlıları-Alcagın uslubu,Məhsər ayagında, Mənim gozəl alibim,Üçünşü variant, Əclafın qanunu, Centlemen sovdələsməsi, Məhəbbət və nifrətin zirvəsi, Pəri busəsi, Unudulmuş roya, Məhsər ayagında, Allahın tərəfində, Doyüşçünün yolu, Müqəddəs olmaq istəyi, Qanın üç rəngi, Monto-Mario təpəsində olüm, Bir ümman nifrət, Quba kapriççosu, Mavi mələklər və s...Qanın üç rəngi kitabında Əliyevin basına gəlmiş real hadisədən danışılır..Çox maraqlıdı...BİR SÖZLƏ MÜTLƏQ OXUYUN..mən coxunu Axundov kitabxanasında oxumuşam
nana- Baş Əsgər
Geri: Çingiz Abdullayev
Yazdığınız "Qanın üç rəngi" əsəri diqqətimi cəlb etdi. Yəqin ki, vaxt tapsam oxuyaram.nana yazıb:Çingiz Abdullayevin 30a yaxın eserini oxumusam. Çox maraqlıdı.oxumaga deyer. Ən maraqlıları-Alcagın uslubu,Məhsər ayagında, Mənim gozəl alibim,Üçünşü variant, Əclafın qanunu, Centlemen sovdələsməsi, Məhəbbət və nifrətin zirvəsi, Pəri busəsi, Unudulmuş roya, Məhsər ayagında, Allahın tərəfində, Doyüşçünün yolu, Müqəddəs olmaq istəyi, Qanın üç rəngi, Monto-Mario təpəsində olüm, Bir ümman nifrət, Quba kapriççosu, Mavi mələklər və s...Qanın üç rəngi kitabında Əliyevin basına gəlmiş real hadisədən danışılır..Çox maraqlıdı...BİR SÖZLƏ MÜTLƏQ OXUYUN..mən coxunu Axundov kitabxanasında oxumuşam
1 səhifə (Cəmi 1 səhifə)
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.