Tofiq Quliyev
1 səhifə (Cəmi 1 səhifə)
Tofiq Quliyev
Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur.
Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakı şəhərində dünyaya göz açıb.
Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi tə’liminə gec, 12 yaşında başlayır – o, Azərbaycan konservatoriyası nəzdində məktəbin fortepiano sinfinə daxil olur. Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük tə’siri olmuşdur. Müəllimin məsləhətilə T.Quliyev 1931-ci ildə ilk əsərini – Azərbaycan poeziyasının fəxri M.Ə.Sabirin «Dərsə gedən bir uşaq» şe’rinə mahnı yazır.1934-cü ildə T.Quliyev Bakı konservatoriyasının fortepiano və dirijorluq fakültələrinə daxil olur, 1935-ci ildən isə onun Azərbaycan Dövlət dram teatrında dirijorluq fəaliyyəti başlanır.
1938-ci ildən T.Quliyev Azərbaycan xalq musiqi nümunələrinin toplanması və yazılması işində fəallıq göstərir. Onun yazıya aldığı xalq mahnıları, rəqslər, muğamlar Azərbaycan folklorşünaslığını xeyli zənginləşdirmişdir.
Həmin ildə, Ü.Hacıbəyovun təşəbbüsü ilə T.Quliyev bir neçə digər musiqiçi ilə Moskva Dövlət konservatoriyasına oxumağa göndərilir. Moskvada klassik musiqi ilə yanaşı T.Quliyev həmçinin estrada musiqisi və, xüsusən, caz ilə məşğul olur.
1939-cu ildə ona və Niyaziyə Azərbaycan Dövlət estrada orkestrinin yaradılması tapşırılır. Beləliklə, Niyazi, Pərviz Rüstəmbəyov və bir neçə digəri ilə yanaşı T.Quliyev Azərbaycanda caz sənətinin əsasını qoymuşdur.
1948-ci ildə T.Quliyev 2-ci dünya müharibəsi ilə bağlı Moskva konservatoriyasında dayandırılan təhsilini dirijorluq və bəstəkarlıq fakültələrində davam etdirir və 1954-cü ildə konservatoriyanın aspiranturasını dirijorluq sinfi üzrə uğurla bitirir.
Həmin illər T.Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsada, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanmışdır. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ən’ənələri ilə üzvi şəkildə uyuşur.
1954-cü ildə T.Quliyev pedaqoji fəaliyyətə də başlayır – Azərbaycan Dövlət konservatoriyasında opera və orkestr sinifləri aparır. 1958-ci ildə o, Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri, 1961-ci ildə isə direktoru vəzifəsinə dəvət olunur.
Yaradıcılığıyla yanaşı T.Quliyev həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir.
Azərbaycan SSR xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət xadimi(1958). 1957 ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1968 ildən katibi. 1961 – 64 Filarmoniyanın direktoru. 1958 – 59 isə bədii rəhbəri olmuşdur.Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur. 2 Qırmızı Əmək Bayrağı ordeni və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
Tofiq Quliyev Azərbaycan Estrada musiqisinin yaradıcılarındandır. 1941 – 45 müharibə illərində “Öldü bar Döndü Yoxdur” sonrakı dövrlərdə “Neftçilər mahnısı”, “Qızıl sünbül”, “Azərbaycan” lirik mahnılardan isə “Sənə də qalmaz, “ İlk bahar” , “ Sevgilim” , “ Sən mənim, mən sənin” , “ Axşam görüşlərinə” , “ Bəxtəvər oldum” , mahnılarının müəllifidir. Tofiq Quliyevin kino musiqisinin inkişafında da rolu vardır. O, “Sevimli mahnı”, “ Görüş” , “Qızmar günəş altında ” , “Ögey ana ” , “ Telefonçu qız” , “Belə ada da vardır ” , “Nəsimi ” , və s. filmlərə musiqi bəstələmişdir. Tofiq Quliyev “Aktrisa ” (1943) , “Qızıl axtaranlar ”(1963) , “Sənin bircə sözün ” (1967), “ Tahirin süqutu”(1972), “Sabahın xeyir Ella ”(1973) operettalarının müəllifidir.
1969-cu ildən 1979-cu ilə gədər T.Quliyev birinci katib vəzifəsində Azərbaycan bəstəkarlar ittifaqına rəhbərlik edirdi. 1990-cı ildən isə o, ömrünün son günü – 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan bəstəkarlar ittifaqının İdarə heyətinin sədri vəzifəsində çalışırdı.
1 səhifə (Cəmi 1 səhifə)
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.