..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Kişilər üçün 10 ideal qadın tipi

Aşağa gitmek

Kişilər üçün 10 ideal qadın tipi Empty Kişilər üçün 10 ideal qadın tipi

Yeni mövzu tarafından Le Taon C.a. 16 İyul 2009 - 11:42

Bu tip qadınları kişilər ideal sayırlar:

1. Sevimli və əyləncəli olanlar: Həyatı əyləncəli, özünəməxsus bir tərzdə yaşayan qadınlardır. Hüceyrələrində narahatedici heç bir gen olmadığı üçün kişilər onlarla birgə əylənməyi çox sevir. Qədrinizi bilin.

2. Şəxsi münasibətlərdə bərabərlik istəyənlər: Feminizm qədər olmasa da, yaxın münasibətlərdə bərabərliyə üstünlük verən qadınlardır. Məsələn, bir yerdə əyləşib yemək yedikdən sonra hesabı ödəmək istəyən qadınlar. Belə bir vəziyyətdə özlərinin xüsusiliyini kişilərə göstərən qadınlara kişilərin vurulması qaçınıılmazdır.

3. Həyatın ləzzətini anlamağa kömək edən, seksual qadınlar: Bu tip qadınlar seksual olsalar da, bundan sui-istifadə etmirlər. Həyatın həzzini çıxarmaq üçün seksə üstünlük verən qadınlar kişiləri cəzb edir.

4. Ölümünə birgə yaxınlıq: Kişilər üçün əyləncəli tiplərdir. Bir kişinin zövqlərini ortaq bölüşə bilən qadınlar onlarda sanki illərdir tanışlıq hissi yaradır.

5. Dürüst qadınlar: Bu qadınlar yaxın münasibətlərdə siyasət işlətmədikləri üçün kişilərin ağlından nə keçdiyini hiss etmək məcburriyyətində deyillər. Məsələn, birlikdə olub-olmadığını rahatca açıq deyə bilən bu tip qadınlarla birlikdə olmaq kişilər üçün göydəndüşmə olur.

6. "Sənə ehtiyacım yoxdu, səninlə bir yerdə olmağı bundan xoşlandığım üçün qəbul edirəm" deyən qadınlar: Özlərinə də vaxt ayırmaq istəyən kişilər üçün belə qadınlar əvəzolunmazdır. Belə qadınlar üçün onlar çox şeyi qurban verməyə hazırdırlar, çünki bu tip qadınlar kişilərlə birlikdə olmağı onlara ehtiyac olduqları üçün yox, sadəcə bundan xoşlandıqları üçün qəbul edirlər.

7. Kişini təzyiqdən bezdirməyən qadınlar: Onlar evlənməkdən qorxan kişilər üçün bir nömrədirlər. Bu yerin sahibəsi olmaq səbəbləri isə onların kişiyə evlənmək təzyiqinin olmamasından irəli gəlir. Bu tip qadınlar evliliyə bir məqsəd kimi yanaşmır, olursa olsun fikri ilə kişilərlə birlikdə olurlar.

8. Özünü sevən qadınlar: Bu qadınlar öz səhvləri və düzgünlükləri ilə özlərini sevir, özlərini dəyişdirmək üçün heç bir cəhd göstərmirlər. Eyni şəkildə kişiləri də dəyişdirməyə cəhd etməyən bu tip qadınların yanında kişilər çox xoşbəxtdir...

9. Ağıl və zəkası ön planda olanlar: Gözəl olsa da, bunu ikinci planda tutan gözəl xanımlar bura aiddir. Gözəlliklərindən çox ağıl və zəkalarıyla diqqət çəkməyi sevən bu qadınlar kişilər üçün çox cəzbedici olur.

10. Hədiyyə yox, sevgi axtaran qadınlar: Maddi tərəfə heç bir maraq göstərməyən bu qadınlar bahalı hədiyyə deyil, xoşbəxtlik axtarırlar. Bu qadınlar birlikdə olduqları kişilərə özlərini pulla sübut etmə məcburiyyətini hiss etdirmirlər.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.