..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Mir Cəfər Bağırov

2 posters

Aşağa gitmek

Mir Cəfər Bağırov Empty Mir Cəfər Bağırov

Yeni mövzu tarafından Le Taon C.a. 22 Okt. 2009 - 13:47

Bağırov Mir Cəfər Abbas oğlu 1895-ci il sentyabr ayının 17-də Bakı quberniyasının Quba şəhərində anadan olmuşdur. Quba şəhərində 4 sinif, Petrovsk şəhərində 2 illik pedaqoji kurs bitirmiş, 1915-ci ildən sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləyir və elə o vaxtdan etibarən inqilabi işə qoşulur. Sonralar Qubaya gəlib ibtidai məktəbdə müdirlik edir.

1917-ci ilə qədərki müddət M.C.Bağırovun fəaliyyətinin ən mürəkkəb dövrüdür. Fevral burjua-demokratik inqilabına qədər, istərsə də sonra hansı partiyalara üzv olduğu barədə məlumat yoxdur.

1918-ci ildə M.C.Bağırov artıq Bakıda fəaliyyət göstərirdi. M.C.Bağırov Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər Qızıl Orduda müxtəlif rəhbər vəzifələrində işləyir, vətəndaş müharibəsi cəbhələrində vuruşur. Və onun ideya-mənəvi xarakterinin formalaşmasında fəaliyyətinin həmin dövrü əsas rol oynayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra M.C.Bağırov Qarabağa vilayət İnqilab Komitəsinin sədr müavini və hərbi İnqilab Şurasının müvəkkili göndərilir.

1918-ci ildən 1921-ci ilədək Qızıl orduda müxtəlif siyasi rəhbər vəzifələrdə - alay komandiri, Azərbaycan diviziyasının hərbi komissarı, Rusiya hərbi dairəsi Qafqaz Korpusunun təlimatçısı, Azərbaycan diviziyası inqilab tribunasının və səyyar sessiyasının sədri işləmişdir.

1921-ci il fevral ayının 21-dən 1927-ci il may ayının 22-nə qədər və 1929-cu il dekabr ayının 7-dən 1930-cu il avqust ayının 6-na qədər Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etmiş, 1927-1929-cu illərdə Zaqafqaziya Su Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

1932-ci ildə Azərbaycan SSR XKS-nin sədri, 1933-cü ildən 1953-cü ilə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.

1953-cü ildə Azərbaycan Kommunist Partiyası MK-nin Bürosu onu Nazirlər Sovetinin sədri vəzifəsinə təsdiq etmiş, qısa müddət müvafiq vəzifədə çalışdıqdan sonra, respublikadan xaricə təsərrüfat xarakterli işə göndərilmişdir.

1954-cü ildə M.C.Bağırov həbs olunmuş və 1956-cı ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən güllələnmə cəzasına məhkum edilmişdir.

1956-cı ildə mühakimə zamanı M.C.Bağırov özü barədə ölüm qərarını özü çıxardı, 17 dəqiqəlik son sözündə dedi ki, məni çarmıxa çəkib balta ilə doğramaq lazımdır... Əfv olunmaq üçün ərizə də vermədi. Amma obyektiv baxımdan qeyd etmək lazımdır ki, onun hakimiyyəti dövründə azərbaycanlı müasir ziyalı ordusu yarandı.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Mir Cəfər Bağırov Empty Maraqlidir, siz hansi ziyalilari nezerde tutursunuz? "Yashasin Stalin!" deyenleri?

Yeni mövzu tarafından Radikal C. 23 Okt. 2009 - 21:33

Maraqlidir, siz hansi ziyalilari deyirsiniz?
O "Yashasin Stalin!" deyenleri?

Radikal
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Mir Cəfər Bağırov Empty Geri: Mir Cəfər Bağırov

Yeni mövzu tarafından Le Taon B. 25 Okt. 2009 - 11:48

Radikal yazıb:Maraqlidir, siz hansi ziyalilari deyirsiniz?
O "Yashasin Stalin!" deyenleri?
Bu məqalə adam.az saytından götürülmüşdür. Yazının dəqiq düzgünlüyü nəzərə alınmamışdır.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Mir Cəfər Bağırov Empty Geri: Mir Cəfər Bağırov

Yeni mövzu tarafından Radikal Ç.a. 27 Okt. 2009 - 15:07

Amma, mence, haradansa copy-paste edilmish melumatlar da bizim mövqeyimizi eks etdirmelidir.
Yoxsa ki, bura neler yazmaq mumkundur.
Meselen, ermeni texribatlari.

Radikal
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

Mir Cəfər Bağırov Empty Geri: Mir Cəfər Bağırov

Yeni mövzu tarafından Le Taon Çər. 28 Okt. 2009 - 11:50

Radikal yazıb:Amma, mence, haradansa copy-paste edilmish melumatlar da bizim mövqeyimizi eks etdirmelidir.
Yoxsa ki, bura neler yazmaq mumkundur.
Meselen, ermeni texribatlari.
Bura yalnız bizim fikirlərimizin eyni olduğu mövzuları açmaq - dsskusiyaya yx deməkdir. Əgər hamı eyni cür mövzu açsa, bir sözlə, hamı eyni cür fikirləşsə, o zaman bir səbəb göstərin ki, biz orda hansısa bir mövzu üzrə müzakirə edək.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Mir Cəfər Bağırov Empty Geri: Mir Cəfər Bağırov

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.