..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Təhsilsiz gələcək rüşvətlə gələcək!

3 posters

Aşağa gitmek

Təhsilsiz gələcək rüşvətlə gələcək! Empty Təhsilsiz gələcək rüşvətlə gələcək!

Yeni mövzu tarafından Le Taon Çər. 19 Avq. 2009 - 10:25

"Təhsil millətin gələcəyidir". Bu sözlər mərhum prezident Heydər Əliyevə məxsusdur.
Onun bu sözləri ilə razıyam. Düşünürəm ki, nəinki mən, hətta Azərbaycan xalqı bu
üçcə sözdən ibarət ibrətamiz cümlənin dərin məna daşıdığını anlayır. Təhsili olmayan
millətin gələcəyi yoxdur.
Azərbaycan bir sıra sahələrdə inkişaf yoluna qədəm qoyur. Ağır da olsa bu inkişafın
təhsil sahəsindən yan keçdiyini deməliyəm. Sovet dövründən fərqli olaraq, müstəqillik
dövründəki Azərbaycanın təhsil sistemində, təbiidir ki, irəliləyiş oldu: tarix və digər dərs
vəsaitlərinin ölçüsü böyüyüb qalınlaşdı. Amma keyfiyyət necə, dəyişdimi? İnkişaf oldumu?..
Rüşvət birxərçəng xəstəliyi kimi bütün sahələrə şaxələndi, yayıldı. Və qarşısıalınmaz həddə
çatdı. Məktəblərdə açıq-aşkar rüşvət almalar və təklifetmələr artıq adi hal alıb. Heç olmasa,
əvvəllər abır-həya edib gizləncə alırdılar. İndi hər kəsin rahatlıqla "hörmət", "çaypulu",
"zəhmət haqqı" və sairə adlarla bəzədiyi rüşvət, doğudan da, gələcəyimizi məhv etmək üzrədir.
Son 2-3 ildə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, fənlərə aid dəftərləri orta məktəblərdə
şagirdlərə məcburi satışı davam edir. Həmin dəftərləri almaqdansa, mağazada satılan adi
dəftərləri almaq daha sərfəlidir. Nazirliyin tərtib etdiyi 30-32 səhifəlik dəftərlər (hələ nəzərə
alsaq ki, bu dəftərlərin ən az 2-3 səhifəsini nazirlik özü yazır, yerdə lap az səhifə qalır) mağaza
dəftərlərindən qat-qat bahadır. Maraqlıdır, görəsən, şagirdlərə sərf etməyən bu dəftərləri
məcburi də olsa satmaqda məqsəd nədir?..
Mən ali məktəblərdə qiymətin pulla yazıldığını lap uşaqlığımdan eşitdiyimdən bu artıq mənimçün qeyri-adi bir hal deyil. Amma zama-zaman bu rüşvətin, doğurdan da,
bir xərçəng kimi ali məktəbdən orta məktəbə keçdiyini görəndə heyrətimi gizlədə bilmədim.
Mənə müəllimin rüşvət alması yox, şagirdin müəllimi buna sövq etməsidir. Bu da bizim ən
az 50 il sonrakı gələcəyimiz...
Sözarası onu da deyim ki, 2008-ci ildə İslam ölkələrinin 500 ən yaxşı universitetləri siyahısında Azərbaycanın heç bir universiteti yox idi. Əgər bu dünya üzrə olsaydı necə?! Yaxşı ki, olmayıb.
Çünki Oksford, Harvord, Sidney, Lomonosov kimi universitetlərin olduğu siyahıda heç 1500-lərin arasında da olmayacaqdı.
İndi mən bu sual üzərində baş sındırıram: Günah kimdədir? rüşvət verən şagird və valideyndə, rüşvəti alan müəllimdə, yoxsa nöqsanları aşıb-daşan təhsil sistemində?

Babazadə Nurlan.
Sumqayıt.
29 may 2009, 23:00
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Təhsilsiz gələcək rüşvətlə gələcək! Empty Geri: Təhsilsiz gələcək rüşvətlə gələcək!

Yeni mövzu tarafından When ? Çər. 19 Avq. 2009 - 14:10

Drongo yazıb:"Təhsil millətin gələcəyidir". Bu sözlər mərhum prezident Heydər Əliyevə məxsusdur.

Bilmək olar bu Babazadə Nurlan sənsəən??Əgər sənsənsə onda halaldı sənə.çox xoşum gəldi 15 yaşında birinin yazısının 15 yaşında potensialı budursa böyüyəndə sən lap lazımlı biri olacaqsan Azərbaycana.Bu potensialı gördüm səndə.
Qaldı ki verdiyin sualın cavabı---çoox ətraflı yazmaq olar bu ağrıyan,sızıldayan yerimizdən amma mən qısaca bunu deyəcəm ki günah rüşvətxorları sevindirənlərdə yəni bizim bu "tələbə" adını daşıyanlarımızdadı.Rüşvəti istəyənin üzünün suyu tökülüb bəs bu rüşvəti sevə sevə verənin vicdanına nə gəlib? Verməsin.Günahkar rüşvətxorları şirnikləndirənlərdir.
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Təhsilsiz gələcək rüşvətlə gələcək! Empty Geri: Təhsilsiz gələcək rüşvətlə gələcək!

Yeni mövzu tarafından REBEL Çər. 19 Avq. 2009 - 23:26

Səbəb-Sistemdir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Təhsilsiz gələcək rüşvətlə gələcək! Empty Geri: Təhsilsiz gələcək rüşvətlə gələcək!

Yeni mövzu tarafından Le Taon C. 21 Avq. 2009 - 11:00

When ? yazıb:
Bilmək olar bu Babazadə Nurlan sənsəən??Əgər sənsənsə onda halaldı sənə.çox xoşum gəldi 15 yaşında birinin yazısının 15 yaşında potensialı budursa böyüyəndə sən lap lazımlı biri olacaqsan Azərbaycana.Bu potensialı gördüm səndə.
Qaldı ki verdiyin sualın cavabı---çoox ətraflı yazmaq olar bu ağrıyan,sızıldayan yerimizdən amma mən qısaca bunu deyəcəm ki günah rüşvətxorları sevindirənlərdə yəni bizim bu "tələbə" adını daşıyanlarımızdadı.Rüşvəti istəyənin üzünün suyu tökülüb bəs bu rüşvəti sevə sevə verənin vicdanına nə gəlib? Verməsin.Günahkar rüşvətxorları şirnikləndirənlərdir.
Bəli, bu mənim qeyd olunan tarixdə yazdığım yazıdır. Xoş sözlərinizə görə təşəkkür edirəm.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Təhsilsiz gələcək rüşvətlə gələcək! Empty Geri: Təhsilsiz gələcək rüşvətlə gələcək!

Yeni mövzu tarafından Sponsored content

Sponsored content

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.