..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Çanaqqala zəfəri

Aşağa gitmek

Çanaqqala zəfəri Empty Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:33

XX əsrin əvvəllərində Avropanın imperialist dövlətləri yeni müstəmləkələr əldə etmək üçün dünyanın siyasi və coğrafi baxımdan yenidən bölüşdürülməsi planlarını hazırlamışdılar. İqtisadi rəqabət, hərbi güc nümayişləri, millətçilik və sair iddialar Avropanı iki hərbiləşmış qütbə bölürdü. Almaniya-Fransa və Rusiya-Avstriya arasındakı çəkişmələr getdikcə dərinləşirdi. Nəhayət, 28 iyun 1914-cü ildə Avstriya-Macarıstan imperatorluğunun vəliəhdi Arşadik Ferdinandin bir serb milliyyətçisi tərəfindən öldürülməsi bu gərginliklərə son qoydu.Avstriyanın 28 iyul 1914-cü ildə Serbiyaya qarşı müharıbə elan etməsi I Dünya müharıbəsinin başlanğıcı oldu. Almaniya, Avstriya-Macarıstan və İtaliya Üçlər İttifaqı blokunda, İngiltərə, Fransa, Rusiya isə Antanta blokunda birləşdilər. 600 illik tarixi dövründə dünyanın üç qitəsində geniş ərazi sərhədlərinə malik, bir çox millətləri, xalqları və dinləri özündə birləşdirən Osmanlı İmperiyası artıq XX əsrin əvvəllərində zəifləmişdi. Daxildə və xaricdə gedən münaqişələr İmperiyanı süquta sürükləyirdi. Trablus-Qərb və Balkan müharibələri Osmanlı İmperiyasının Şərqi Trakyadakı Avropa torpaqlarının əldən çıxması ilə sonuclandı. Hərbi qüdrətini itirmiş Osmanlı dövlətinin yerüstü və yeraltı sərvətlərlə zəngin əraziləri güclü imperialist dövlətlərin bölgü planına salınmışdır. Rusiya İstanbulu və boğazları ələ keçirib Aralıq dənizinə maneəsiz çıxmaq, İngiltərə Osmanlı ərazisindən keçməklə Fələstini işğal etmək və bununla da Misirə və Süveyş kanalına tam sahiblənmək, Fransa isə Suriya və Klikyanı öz nəzarətinə keçirmək istəyirdı. Bu iddialardan daha təhlükəli olanı isə ermənilərin ərazi iddiası idi. Ermənilər Osmanlının 1877-78-ci il rus-türk müharibəsi zamanı əlindən çıxmış şərq torpaqlarına – Ərzurum, Van, Muş, Bitlis və Qarsa iddialı idilər.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:35

Belə bir vaxtda Osmanlı İmperiyasının itirilmiş torpaqlarının geri qaytarılması və çökmüş nüfuzunun qalxması üçün bir-birinə qarşı duran bloklaşmış hərbi güc mərkəzlərinin birində iştirak etməsi qaçılmaz idi. Osmanlı İmperiyası öncə Antanta blokuna girmək istəyində olduğunu bildirsə də, həmin blokda təmsil olunan Rusiyanın və İngiltərənin məhz Osmanlı ərazilərinə olan iddiaları bu istəyə maneçilik törədirdi. Buna görə də Osmanlı İmperiyası Üçlər İttifaqında təmsil olunmaq üçün Almaniya ilə 2 avqust 1914-cü ildə Alman-Türk ittifaqını bağladı.Osmanlı dövlətinin əlində olan boğazlar Avropa üçün çox böyük önəm daşıyırdı. Tarıx boyu imperatorlar İstanbulun fəth edilməsini dünya ağalığının zirvəsi hesab etmişlər. Bu səbəbdən düşmənlərin əlinə gözəl fürsət düşmüşdür. Antanta dövlətlərinin düşünülmüş planlarına və riyazi hesablamalarına görə, Almaniyadan yetərli yardım ala bilməyən Osmanlı dövləti təkbaşına müttəfiq donanmalarına qarşı davamlı müqavimət göstərə bilməyəcəklər. Müttəfiq ordusu isə Çanaqqaladan sərbəst halda keçib boğazları və İstanbulu zəbt edərək Osmanlıya, Avropaya və Asiyaya tam sahib çıxacaqlarını düşünürdülər. Bununla da tərəfsiz qalan bir çox ölkələr Antanta blokunun bütün şərtlərini qəbul edərək onların tərəfinə keçdiklərini elan edəcəkdilər. Belə vəziyyət isə özlüyündə yeni müstəmləkələrin yaranması demək idi.Bu düşüncə ilə İngiltərə 28 yanvar 1915-ci ildə Osmanlı dövlətinə müharibə elan etdi və bu qərara Fransa da qoşuldu.İngilislər “dənizlərə hakim olan, dünyaya hakim olur” düşüncəsilə hərəkətə keçdilər. İngiltərənin dəniz donanması naziri Uliam Çörçilin bu planlarını Aralıq Dənizi Donanmasının komandanı admiral Karden həyata keçirməli idi. Tarixində heç bir məğlubiyyət görməmiş, dövrünün müasir texnologiyaları ilə təchiz edilmiş, uzaqvuran toplarla silahlanmış zirehli gəmilərdən ibarət ingilis donanması boğazlara girdi. İngilislərin yenilməz donanması fransızların da donanma dəstəyilə dünyanın ən böyük armadasını qurmuşdu. Bu qeyri-adi gücün qarşısında dayana biləcək qüvvəni təsəvvür etmək mümkün deyildi. Parçalanmaq üzrə olan, hərbi cəhətdən zəif silahlanmış Osmanlı qoşunlarının qalibiyyəti isə inandırıcı görünmürdü.Düşmən dövlətlərin ilk dəniz hərəkəti 19 fevral 1915-ci ildə başladı. Öz donanmalarını Çanaqqala boğazında möhkəm yerləşdirdikdən sonra, Türklərin müdafiə mövqelərini artilleriya atəşinə tutmağa başlamışlar. Osmanlı qoşunlarının əllərində olan bütün toplar boğazın ən dar hissəsində qurulan müdafiə səddində yerləşdirilmişdi. 15-35 sm çaplı 78 ədəd topdan yalnız 18-nin maksimal uçuş məsafəsi 14.8-16.9 kilometr aralığında idi. Sursat cəbbəxanasının zəif təchiz olunması dəhşətli savaşın boğazın içərilərində – Kilitbahirdə başlamasını zəruri edirdi. Türk batareyaları həmin gün axşamtərəfi düşmən savaş gəmilərini atəşə tutdular. Ərtuğrul və Orhaniyə mövqelərindəki toplardan açılan atəş qarşısında düşmən qüvvələri olduqca sarsıldılar. Müttəfiq donanması arzuladıqları kimi nə irəliləyə, nə də bu olaydan baş aça bilmirdilər. Bu uğursuzluqların nəticəsi olaraq, düşmən donanmasının komandanı admiral Karden vəzifəsindən uzaqlaşdırılaraq yerinə 17 mart 1915-ci ildə admiral de Robek təyin olunmuşdu. Yeni komandan 18 mart 1915-ci ildə tabeliyindəki donanma ilə boğaza girəcəyini və tez bir zamanda İstanbulda olacağını israrla Çörçilə bildirmişdi.Martın 17-dən 18-nə keçən gecə Çanaqqala İstehkam Mövqe komandanı albay Cevat Çobanlı boğaza mina xəttinin döşənməsi əmrini verdi. Minbaşı Nazimi bəy “Nüsrət” mina gəmisi ilə həmin gecə boğaza 11 xətt üzrə 26 mina döşəyərək bu əmri yerinə yetirmişdi. 18 mart 1915-ci il: İngilis və fransız gəmilərindən ibarət, o vaxtın ən böyük dəniz gücü üç donanma olaraq səhər tezdən Çanaqqala boğazının içərilərinə doğru irəliləməyə başladı. Donanmanın ən nəhəng – “Agamemnon”, “Queen Elizabeth”, “Lord Nelson” zirehli döyüş gəmilərindən və “Inflexbile” müharibə kreyserindən ibarət 1-ci dviziyaya admiral de Robek şəxsən özü komandanlıq edirdi. İkinci qrupda da ingilis komandanlığı altında “Ocean”, “Irresistible” və “Wengeance Majestic” sabaş gəmiləri yer almışdır. Üçüncü donanma isə “Prinse”, “Bouvet” və “Suffren” adlı zirehli fransız gəmilərindən təşkil edilmişdir ki, buna da admiral Quepratte komandanlıq edirdi.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:36

Ümumilikdə Çanaqqala boğazında düşmənlərin irili-xırdalı 20 zirehli döyüş gəmisi olmuşdur. Birinci dviziya saat 10:30-da boğazdan içəri girdi. Eskadranın qarşısında gedən gəmilər əsas hədəflərini bilirdilər. Belə ki, təyin edilmiş yerə çatdıqdan sonra, “Queen Elizabeth” gəmisinin hədəfi Rumeli Məcidiyə istehkamı, “Lord Nelson” gəmisinin hədəfi Namazgah istehkamı, “Inflexbile”nin hədəfi isə Rumeli Həmidiyə istehkamı idi. Müttəfiqlər türklərin boğazda qurulmuş müdafiə xətlərini asan keçə biləcəklərini düşünmüşdülər. Buna görə də Türk müdafiə mövqelərinin Rumeli Məcidiyəsindəki mərkəz batareyalarına qarşı şiddətli artilleriya atəşinə başladılar. Boğazdakı düşmən gəmiləri Həmidiyə istehkamında dayandılar. Belə bir vaxtda Dardanos batareyaları atəşi öz üzərlərinə çəkməyə başladı. Yaranmış vəziyyəti görən admiral de Robek bütün gəmilərin Dardanos batareyalarına atəş açmasını əmr etdi. Qurudan açılan atəşlər zəif görünürdü. Bu arada Məsudiyə istehkam qüvvələri və sahil batareyaları da artilleriya atəşinə başladı. Çaş-baş qalan düşmən gəmiləri qaçmaq istəsə də mərmi yağışından göz aça bilmirdi. Saat 14:00-da Çanaqqalaya mərmilər sanki leysan kimi yağırdı. Dəhşətli və qorxunc bombardman bir saatdan çox çəkmişdir. Düşmənlərin 316 müasir gəmi topuna türklər 93 müxtəlif təyinatlı toplarla qarşılıq verirdilər. Bu atışmada Türk qoşunları böyük zərər görmüşdülər. İstehkamlar arasında bütün əlaqələr kəsilmişdir. Topların bir hissəsi siradan çıxmışdı. Onlarca əsgər şəhid olmuşdu.Türklərin artilleriya atışlarının zəiflədiyini görən admiral de Robek fransız gəmilərini geri çəkərək ingilis döyüş gəmilərini irəli verdi. Fransız gəmilərinin geri çəkildiyi vaxt müdhiş bir partlayış baş verdi. “Bouvet” gəmisi minbaşı Nazimi bəyin boğaza düzdüyü minaya düşərək 600 nəfərlik heyətilə birlikdə suya qərq oldu. Yerlərini dəyişən ingilis gəmilərindən “Irresistible” вя “Ocean” da bir neçə saatdan sonra eyni aqibəti yaşayaraq heyətilə birlikdə dənizin dibinə çökdülər. “Inflexbile” kreyseri və fransızların “Suffren” və “Gaulois” zirehli gəmiləri də yararsız hala düşərək manevretmə qabiliyyətlərini itirmişdilər. Müttəfiq donanmaları ağır itkilər verərək boğazdan biabırçı məğlubiyyətlə geri çəkildi. Bu acı məğlubiyyət düşmənləri çox sarsıtmışdı. İndiyədək məğlubiyyətin nə olduğunu bilməyən ingilis donanması Türklərin əlindən sanki “zəncir çeynəyirdi”. Müttəfiqlər Çanaqqala boğazını dənizdən keçə bilmədilər, bu yolda 2000 nəfərdən çox canlı qüvvə itkisi də verdilər. Ən başlıcası isə Çanaqqala boğazının keçilməzliyini dərk etdilər.Dəniz məğlubiyyətindən sonra müttəfiqlər qurudan desant çıxarılması planını hazırlamışdilar. Dəniz hücumu ilə desant çıxarılmasınln arasının 5 həftə çəkməsi Türklərə vaxt sarıdan çox kömək etdi. Bu vaxt ərzində yeni müdafiə istehkamları quruldu, əsgər toplantıları aparıldı, siradan çıxmış topların bəziləri bərpa edilmişdi.Aralıq dənizindəki müttəfiq qo.unlarının baş komandanı təyin edilən general Hamiltonun tabeliyində 75 min nəfərlik ordunun, general Birdvudun tabeliyindəki Avstraliya və Yeni Zenlandiya Korpusunun (ANZAK), Seddülbahirə çıxarılacaq general Hunter Vestonun tabeliyindəki ingilis və general d’Amadenin fransız qoşunlarının qarşısında 80 min nəfərlik Türk Ordusu – 5-ci ordu dayanmışdır. Bu ordunun komandanlığı 24 martda alman marşal Liman von Sandersə həvalə olunmuşdu. Artıq Çanaqqala quru döyüşlərinə hazırlıq sona çatmışdı. Desant çıxarılmasının hansı istiqamətdən olacağı mübahisəli idi. 19-cu dviziya komandanı albay (polkovnik) Mustafa Kamal quruya çıxarılmanın Kabatəpə yaxud da Seddülbahirdən olacağını, marşal von Sanders isə Bolayır yaxud da Anadolu yaxasından olacağını bildirirdi. Müttəfiq gücləri 25 aprel 1918-ci ildə səhər tezdən istedadlı zabit Mustafa Kamalın düşündüyü yerdən – Seddülbahirdən desant çıxardılar. Morto lomanı sahilinə çıxan fransız qüvvələri ilə, Təkə burnunun hər iki tərəfinə çıxarılan ingilis əsgərləri olduqları yerdən tərpənə bilməmişdilər. Burada Türklərin xarabalıqlar arasında gizlənən, nisbətən yaxşı təchiz edilmiş qüvvələr ilə qarşılaşan ingilislər axşama qədər döyüşdülər. Həmin gün düşmənlər 300 nəfər itki verdiklərinə baxmayaraq bir metr də irəliləyə bilmədilər.Seddülbahirə yenidən ingilis və fransızlardan ibarət 40 min nəfərlik qoşun çıxarıldı.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:37

Türklərin müdafiə istehkamları çox zəif idi. Bu ordunun qarşısında isə 26-cı alayın, sadəcə, 3 taburu (təxminən 3 min nəfər) dayanmışdı. Həmin gün 26-cı alayın komandanı Kadri bəy və onun əsgərləri bir neçə saat döyüşərək düşmənin qarşısını qəhrəmanlıqla kəsə bilmişdilər.Düşmən Seddülbahir cəbhəsində ilk dəfə 26 aprel tarixində hücuma keçdi. Bu döyüşdə düşmənin 35-40 taburluq qüvvəsinə qarşı Türklərin, sadəcə, 9 taburi dayanmışdı. 3-4 may tarixində Türk Ordusu düşməni qovaraq dənizə tökmüşdülər. Gecələr min bir əqiyyətlə qazılan səngərlər gündüzlər donanma atəşi ilə məhv olurdu. Türk əsgəri açıq ərazidə, üç tərəfdən artilleriya atəşi altında misilsiz bir müdafiə və əks-hücum döyüşü apararaq düşməni hədəfinə çatmağa qoymamışdı. Düşmən qoşunları 4 və 5 iyun hücumlarında 65 min nəfərlik ordu ilə 25 min nəfərlik Türklərin üzərinə atıldılar. Bu döyüşlərdə 17 min nəfər (düşmənlərdən 8 min, Türklərdən 9 min) şəhid verildi. Bu hücum da əvvəlkilər kimi nəticəsiz qaldı.19-cu dviziya komandanı Mustafa Kamal Qocaçiməndə, Conkbayırda düşmənlə müdhiş savaş apardı. Mustafa Kamal sursatları qurtarmış əsgərlərə: “Süngünü tax! əmrini verdi. Mən sizə hücumu əmr etmirəm. Ölməyi əmr edirəm. Biz ölənə kimi keçəcək zaman içində yerimizə başqa qüvvələr və başqa komandanlar keçə bilər” dedi. Tarixin ən böyük səngər savaşı başladı. Səngərlər arası məsafə 8-10 metr idi. Səngərdən bir nəfər də olsun ayrılmırdı. Şəhid olanların yerinə başqaları yerləşdirilirdi. Düşmən ildırım sürətilə Conkbayıra doğru irəliləyirdi. Avqustun 8-dən 9-na keçən gecə Mustafa Kamal bəy Anafartalar Qrup komandanlığına təyin olundu. Anafartalar döyüçündə düşmənin atdığı güllə Mustafa Kamalın ürəyinin üstündə dayandı. Döş cibindəki gümüş saat onu ölümün pəncəsindən almışdır. Qısa vaxt ərzində Türk ordusu bütün cəbhə boyu böyük uğurlar qazandı. Düşmən çaş-baş qaldı, ordusu məğlubiyyətə uğradı. Çanaqqala quru döyüşlərinin ən önəmli cəbhələri: Qumqala, Bolayır, Arıburnu, Seddülbahir, Qabatəpə, Conkbayır və Anafartalar olmuşdur. 19-20 dekabr 1915-ci ildə Anafartalar və Arıburnu cəbhəsi, 8-9 yanvar 1916-cı ildə Seddülbahir düşməndən azad edildi.Çanaqqala savaşlarında Türklərin qəhrəman dəniz və quru qüvvətləri kimi, Hərbi Hava qüvvələri də dövrünün müasir silahları ilə silahlanmış düşmən aviasiyasına sarsıdıcı zərbələr endirmişlər. Türk hava qüvvələrinin tarixində ilk dəfə, 30 noyabr 1915-ci ildə Çanaqqalada baş leytenant Alı Rza fransız hərbi təyyarəsi ilə vuruşaraq onu vurub yerə salmışdır. 28 yanvar 1915-ci ildə Osmanlıya müharibə elan edən İngiltərə və Fransa Türk qoşunlarının hərbi gücünün, silah və texnikasının riyazi hesablamasını apararkən böyük yanlışlığa yol vermişdilər. Belə ki, onlar Türk məğlubiyyət düşmənləri çox sarsıtmışdı. İndiyədək məğlubiyyətin nə olduğunu bilməyən ingilis donanması Türklərin əlindən sanki “zəncir çeynəyirdi”. Müttəfiqlər Çanaqqala boğazını dənizdən keçə bilmədilər, bu yolda 2000 nəfərdən çox canlı qüvvə itkisi də verdilər. Ən başlıcası isə Çanaqqala boğazının keçilməzliyini dərk etdilər.Dəniz məğlubiyyətindən sonra müttəfiqlər qurudan desant çıxarılması planını hazırlamışdilar. Dəniz hücumu ilə desant çıxarılmasınln arasının 5 həftə çəkməsi Türklərə vaxt sarıdan çox kömək etdi. Bu vaxt ərzində yeni müdafiə istehkamları quruldu, əsgər toplantıları aparıldı, siradan çıxmış topların bəziləri bərpa edilmişdi.Aralıq dənizindəki müttəfiq qo.unlarının baş komandanı təyin edilən general Hamiltonun tabeliyində 75 min nəfərlik ordunun, general Birdvudun tabeliyindəki Avstraliya və Yeni Zenlandiya Korpusunun (ANZAK), Seddülbahirə çıxarılacaq general Hunter Vestonun tabeliyindəki ingilis və general d’Amadenin fransız qoşunlarının qarşısında 80 min nəfərlik Türk Ordusu – 5-ci ordu dayanmışdır. Bu ordunun komandanlığı 24 martda alman marşal Liman von Sandersə həvalə olunmuşdu. Artıq Çanaqqala quru döyüşlərinə hazırlıq sona çatmışdı. Desant çıxarılmasının hansı istiqamətdən olacağı mübahisəli idi. 19-cu dviziya komandanı albay (polkovnik) Mustafa Kamal quruya çıxarılmanın Kabatəpə yaxud da Seddülbahirdən olacağını, marşal von Sanders isə Bolayır yaxud da Anadolu yaxasından olacağını bildirirdi. Müttəfiq gücləri 25 aprel 1918-ci ildə səhər tezdən istedadlı zabit Mustafa Kamalın düşündüyü yerdən – Seddülbahirdən desant çıxardılar. Morto lomanı sahilinə çıxan fransız qüvvələri ilə, Təkə burnunun hər iki tərəfinə çıxarılan ingilis əsgərləri olduqları yerdən tərpənə bilməmişdilər. Burada Türklərin xarabalıqlar arasında gizlənən, nisbətən yaxşı təchiz edilmiş qüvvələr ilə qarşılaşan ingilislər axşama qədər döyüşdülər. Həmin gün düşmənlər 300 nəfər itki verdiklərinə baxmayaraq bir metr də irəliləyə bilmədilər.Seddülbahirə yenidən ingilis və fransızlardan ibarət 40 min nəfərlik qoşun çıxarıldı. Türklərin müdafiə istehkamları çox zəif idi. Bu ordunun qarşısında isə 26-cı alayın, sadəcə, 3 taburu (təxminən 3 min nəfər) dayanmışdı. Həmin gün 26-cı alayın komandanı Kadri bəy və onun əsgərləri bir neçə saat döyüşərək düşmənin qarşısını qəhrəmanlıqla kəsə bilmişdilər.Düşmən Seddülbahir cəbhəsində ilk dəfə 26 aprel tarixində hücuma keçdi. Bu döyüşdə düşmənin 35-40 taburluq qüvvəsinə qarşı Türklərin, sadəcə, 9 taburi dayanmışdı. 3-4 may tarixində Türk Ordusu düşməni qovaraq dənizə tökmüşdülər. Gecələr min bir əqiyyətlə qazılan səngərlər gündüzlər donanma atəşi ilə məhv olurdu.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:38

Türk əsgəri açıq ərazidə, üç tərəfdən artilleriya atəşi altında misilsiz bir müdafiə və əks-hücum döyüşü apararaq düşməni hədəfinə çatmağa qoymamışdı. Düşmən qoşunları 4 və 5 iyun hücumlarında 65 min nəfərlik ordu ilə 25 min nəfərlik Türklərin üzərinə atıldılar. Bu döyüşlərdə 17 min nəfər (düşmənlərdən 8 min, Türklərdən 9 min) şəhid verildi. Bu hücum da əvvəlkilər kimi nəticəsiz qaldı.19-cu dviziya komandanı Mustafa Kamal Qocaçiməndə, Conkbayırda düşmənlə müdhiş savaş apardı. Mustafa Kamal sursatları qurtarmış əsgərlərə: “Süngünü tax! əmrini verdi. Mən sizə hücumu əmr etmirəm. Ölməyi əmr edirəm. Biz ölənə kimi keçəcək zaman içində yerimizə başqa qüvvələr və başqa komandanlar keçə bilər” dedi. Tarixin ən böyük səngər savaşı başladı. Səngərlər arası məsafə 8-10 metr idi. Səngərdən bir nəfər də olsun ayrılmırdı. Şəhid olanların yerinə başqaları yerləşdirilirdi. Düşmən ildırım sürətilə Conkbayıra doğru irəliləyirdi. Avqustun 8-dən 9-na keçən gecə Mustafa Kamal bəy Anafartalar Qrup komandanlığına təyin olundu. Anafartalar döyüçündə düşmənin atdığı güllə Mustafa Kamalın ürəyinin üstündə dayandı. Döş cibindəki gümüş saat onu ölümün pəncəsindən almışdır. Qısa vaxt ərzində Türk ordusu bütün cəbhə boyu böyük uğurlar qazandı. Düşmən çaş-baş qaldı, ordusu məğlubiyyətə uğradı. Çanaqqala quru döyüşlərinin ən önəmli cəbhələri: Qumqala, Bolayır, Arıburnu, Seddülbahir, Qabatəpə, Conkbayır və Anafartalar olmuşdur. 19-20 dekabr 1915-ci ildə Anafartalar və Arıburnu cəbhəsi, 8-9 yanvar 1916-cı ildə Seddülbahir düşməndən azad edildi.Çanaqqala savaşlarında Türklərin qəhrəman dəniz və quru qüvvətləri kimi, Hərbi Hava qüvvələri də dövrünün müasir silahları ilə silahlanmış düşmən aviasiyasına sarsıdıcı zərbələr endirmişlər. Türk hava qüvvələrinin tarixində ilk dəfə, 30 noyabr 1915-ci ildə Çanaqqalada baş leytenant Alı Rza fransız hərbi təyyarəsi ilə vuruşaraq onu vurub yerə salmışdır. 28 yanvar 1915-ci ildə Osmanlıya müharibə elan edən İngiltərə və Fransa Türk qoşunlarının hərbi gücünün, silah və texnikasının riyazi hesablamasını apararkən böyük yanlışlığa yol vermişdilər. Belə ki, onlar Türk əsgərinin mənəvi gücünü, Vətən sevgisini hesaba almamışdılar. Artıq 1916-cı ilin yanvarında yenilmək bilməyən ingilis ordusu və donanması Türk əsgərinin mənəvi gücünün qarşısında diz çökmüş kimi görünürdü.Türk əsgərlərin qəhrəmanlıqları düşmənlərini də onlar haqqında yüksək fikirlər söyləməyə məcbur etmişdir.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:39

Heç təsadüfi deyil ki, ingilis hərb tarixi kitablarında: “Yorulmadan mücadilə edən və sonda qalib gələn düşmənlərimizə heyran qaldıq” sözləri yazılmışdır. İngıltərənin hərbi dəniz donanması naziri Çörçil Türk əsgərləri haqqında: “Türklər, Çanaqqalanı tutmaq istəyən, dövrünün ən qabaqcıl texnikasına malik güclərin qarşısında sanki bir sədd kimi tikilmişlər” demişdir. General Hamilton “... Bizi Türklərin maddi gücü deyil, mənəvi gücü məğlub etmişdir. Çünki onların atacaq barıtları belə qalmamışdı...” deyərək Türk əsgərinin mənəvi gücü qarşısında baş əymişdir. 1938-ci ilin noyabr ayında böyük Türk oğlu Mustafa Kamal Paşa Atatürkün cənazə-vida mərasiminə İngiltərə hökumətinin baş təmsilçisi olaraq qatılan feldmarşal Birdvud Riddel (Çanaqqala döyüşlərində Avstraliya və Yeni Zenlandiya Korpusu komandanı) yerdən əyilərək bir az torpaq götürüb Atatürkün nəşinin üzərinə qoyaraq, Türk torpağı üzərindən böyük öndəri salamlamış və beləcə Çanaqqalada qarşılaşmış olduğu bir qəhrəmana son hörmətini ifadə etmişdi. Müttəfiq dövlətləri Çanaqqalaya əvvəlcə nisbətən az qüvvə göndərsələr də, sonradan bu qoşunların sayını 500 min nəfərə (400 min ingilis, 100 min fransız) yaxın artırmışdır. Çanaqqala döyüşlərində ingilislərin itkisi 205 min nəfər, fransızların itkisi 47 min nəfər olmuşdur. Türklər isə bu qeyri-bərabər mücadilədə 250 mindən çox şəhid verdilər.
Çanaqqala savaşlarında TÜRK ƏSGƏRLƏRİ tökülən qanları ilə Vətən torpağı üzərinə “qırmızı örtük” çəkdilər ki, düşmən ayağı onun müqəddəs torpağına dəyməsin. Bugünki Türkiyə bayrağının qırçızı rəngi Çanaqqala şəhidlərinin və Azadlıq Mücahidlərinin tökülən qanlarının simvoludur.Görəsən, dünya hərb tarixində misli görünməyən Çanaqqala savaşını qalibiyyətlə sonuclayan nə idi? Bu savaşda inam, ruh, Vətən sevgisi, bir millət kimi boyunduruqda yaşamamaq, şəhidlik və ölməzlik vəhdət təşkil edərək bu mücadilənin kluminasiya nöqtəsində dururdu. Böyük Türk oğlu Mustafa Kamal Paşa Atatürkün dediyi kimi: “Çanaqqala zəfəri, Türk əsgərinin ruh qüdrətini göstərən layiqli heyrət və bir təbrik nümunəsidir. Əmin ola bilərsiniz ki, Çanaqqala müharıbəsini qazandıran bu ruhdur”.Onbaşı Seyidin göstərdiyi qəhrəmanlıq Türkün mənəvi gücünün fiziki gücünə qalib gəldiyi şərəfli bir səhnədir. Onbaşı Seyid heyəti həlak olmuş topun, 250 kq çəkisi olan mərmisini təkbaşına qaldırıb topun xəzinəsinə salmış və sərrast mexaniki nişanlama ilə (optik nişangah tamamən sıradan çıxıbmış) düşmən gəmisinin külünü göyə sovurmuşdur. Belə ki, onun atdığı mərmi zirehli gəminin şüşə pəncərəsindən içəri keçərək cəbbəxanaya düşmüşdür. Çanaqqala savaşında şəhid olmuş Hasan adlı əsgərin anasına yazdığı məktubu oxuyan hər bir Türk, sadəcə, qürür duyur:“...Camaat ilə namaz qıldım. O gözəl yaşıl çayırların üzərində diz çökdüm. Dünyanın bütün dəbdəbələrini unutdum. Əllərimi qaldırdım, gözlərimi yuxarı dikdim, ağzımı açdım və dedim:- Ey Türklərin Ulu Tanrısı! Ey bu oxuyan quşun, bu gəzən və mələyən qoyunun, bu səcdə edən yaşıl tarla və otların, bu heybətli dağların Yaradanı! Sən bütün bunları Türklərə verdin. Yenə də Türklərə ver. Çünki belə gözəl yerlər, Sənə sığınan, Səni Ulu tanıyan Türklərə məxsusdur...”
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından REBEL B. 9 Avq. 2009 - 14:40

Çanaqqala savaşları dünya xalqlarına bir daha sübut etdi ki, Türkün torpağı basılmaz, Türkün savaşı Haqq savaşıdır.Çanaqqala savaşlarına könüllü olaraq yüzlərcə azərı Türkü qanı bir, kökü bir olan Anadolu Türk qardaşlarının köməyinə yollanmışlar. Bu savaşlarda onlarca azəri Türkü də şəhid olmuşdur. Osmanlı İmperiyasının ağır bir vaxtında – 1918-ci ilin yayında Azərbaycan Türklərinin istiqlal savaşına köməyə gələn Türk-Qafqaz İslam Ordusu da öz QARDAŞLIQ borcunu şərəflə yerinə yetirərək Bakını düşmən işğalından azad etmişdilər. Baş vermiş hadisələr onu təsdiq etdi ki, Türkün Türkdən başqa dostu yoxdur, Türk Türkə güvənər.Çanaqqala savaşları, gələcək Türkiyə dövlətinin qurulması yolunda Mustafa Kamal Paşanın aparacağı mücadilənin ruh mənbəyi, and yeri olacaqdır!
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Çanaqqala zəfəri Empty Geri: Çanaqqala zəfəri

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.