..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Ziya Bünyadov

2 posters

Aşağa gitmek

Ziya Bünyadov Empty Ziya Bünyadov

Yeni mövzu tarafından REBEL B.e. 3 Avq. 2009 - 13:17

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Astarada anadan olub. Orta məktəbi bitrdikdən sonra Bakı piyada qoşunları məktəbinə daxil olub.
1942-ci ildən müharibənin sonuna kimi cəbhədə vuruşub. Vzvod və Cərimələnənlər batalyonunun komandiri olub. 18 yaşından vuruşan Bunyadov iki dəfə yaralanıb və kontuziya alıb. 1945-ci ildə 27 fevral tarixində göstərdiyi şücaətlərə görə ona "Sovet İttifaqı Qəhrəmanı" fəxri adı verilir. Müharibədən sonra Ziya Bünyadov Moskvada şərqşünaslıq fakültəsini bitirir.
1954-cü ildə isə namizədlik dissertasiyasını müdafiə edib. Bundan sonra ona Moskva ya da Sankt-Peterburqda qalıb işləmək təklif olunur o isə "mən Azərbaycanlıyam ancaq Bakıda işləyib yaşayacağam"- deyir. Ziya Bunyadov Bakı Dövlət Universitetində müəllim kimi dərs deməkdən başlayaraq sonda Milli Elmlər Akademiyasının vitse prezidenti və akademiyanın həqiqi üzvü pilləsinə qalxır. Indiki şərqşunaslıq institutu da onun adını daşıyır.
Eyni zamanda 1970-ci ildən "Azərbaycan EA-nın Xəbərləri" jurnalının tarix, fəlsəfə və hüquq seriyasının baş redaktoru olmuşdur. 1958-59-cu illərdə ADU-da dərs demişdir. Bünyadov 250-dən artıq əsər çap etdirmişdir. 1980-ci ildə O, Dövlət mükafatına layiq görülür.
Daha çox şöhrət tapmış monoqrafiyaları - "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti" (1136-1225) "Qafqaz Albaniyası tarixindən", "Xəzər dənizi ərəb məxəzlərində", "Torpaq mülkiyyəti vergilərinin növləri: Vergilər və Xarəzmşahların vergi yığımı" (1097-1203) və s. elmi əsərlərin müəllifidir.
Ziya Bünyadov həm də Şərq dillərinin bilicisi kimi gözəl tərcüməçi idi. Z. Bünyadovun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və dünyanın bir sıra başqa ölkələrində nəşr olunmuşdur. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir. O, professor Vasim Məmmədəliyevlə birgə "Quran"nı Azərbaycan dilinə tərcümə etmişdir. Ziya Musa oğlu Bünyadov bir sıra orden və medallarla təltif olunmuşdur.
1997-ci ildə Ziya Bünyadov yaşadığı evin qarşısında qətlə yetirilmişdir.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından Le Taon B.e. 3 Avq. 2009 - 17:51

Mənim bildiyimə görə Onu bildiklərini dediyinə ağzından gülləliyiblər.
İndi Azərbaycanın Onun kimi kişilərə ehtiyacı var.
Allah Ona qəni-qəni rəhmət etsin!
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından REBEL Ç.a. 4 Avq. 2009 - 12:05

Drongo yazıb:Mənim bildiyimə görə Onu bildiklərini dediyinə ağzından gülləliyiblər.
İndi Azərbaycanın Onun kimi kişilərə ehtiyacı var.
Allah Ona qəni-qəni rəhmət etsin!
Nələri dediyinə görə güllələyiblər ???`Hörmətli` prezidentimizin arxivini araşdirdiğina görə???
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından Le Taon Ç.a. 4 Avq. 2009 - 12:19

REBEL yazıb:
Drongo yazıb:Mənim bildiyimə görə Onu bildiklərini dediyinə ağzından gülləliyiblər.
İndi Azərbaycanın Onun kimi kişilərə ehtiyacı var.
Allah Ona qəni-qəni rəhmət etsin!
Nələri dediyinə görə güllələyiblər ???`Hörmətli` prezidentimizin arxivini araşdirdiğina görə???
Tamimlə doğrudur. Halbuki, 1991-ci ildə "Səs" qəzeti vasitəsi ilə Heydər Əliyevi hakimiyyətə çağıran 91 nəfərdən biri olub. Amma yəqin ki, sonradan peşman olub. Bəlkə də elə həmin 91 nəfər də peşiman olub, təkcə o yox.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından REBEL Ç.a. 4 Avq. 2009 - 12:48

Drongo yazıb:
REBEL yazıb:
Drongo yazıb:Mənim bildiyimə görə Onu bildiklərini dediyinə ağzından gülləliyiblər.
İndi Azərbaycanın Onun kimi kişilərə ehtiyacı var.
Allah Ona qəni-qəni rəhmət etsin!
Nələri dediyinə görə güllələyiblər ???`Hörmətli` prezidentimizin arxivini araşdirdiğina görə???
Tamimlə doğrudur. Halbuki, 1991-ci ildə "Səs" qəzeti vasitəsi ilə Heydər Əliyevi hakimiyyətə çağıran 91 nəfərdən biri olub. Amma yəqin ki, sonradan peşman olub. Bəlkə də elə həmin 91 nəfər də peşiman olub, təkcə o yox.
Onun qetline gore sehv etmiremse Iran vetendasini hebse aliblar he??Guya Iranin isidir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından Le Taon Ç.a. 4 Avq. 2009 - 12:57

REBEL yazıb:
Drongo yazıb:
REBEL yazıb:
Drongo yazıb:Mənim bildiyimə görə Onu bildiklərini dediyinə ağzından gülləliyiblər.
İndi Azərbaycanın Onun kimi kişilərə ehtiyacı var.
Allah Ona qəni-qəni rəhmət etsin!
Nələri dediyinə görə güllələyiblər ???`Hörmətli` prezidentimizin arxivini araşdirdiğina görə???
Tamimlə doğrudur. Halbuki, 1991-ci ildə "Səs" qəzeti vasitəsi ilə Heydər Əliyevi hakimiyyətə çağıran 91 nəfərdən biri olub. Amma yəqin ki, sonradan peşman olub. Bəlkə də elə həmin 91 nəfər də peşiman olub, təkcə o yox.
Onun qetline gore sehv etmiremse Iran vetendasini hebse aliblar he??Guya Iranin isidir
Elədir. Yazıq iranlı (bəlkə də yazıq deyil) həbsə alındı. Amma cinayət sifarişçisi "bilinmədi".
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından Qonaq C.a. 6 Avq. 2009 - 17:03

Mən bu hadisə barədə başqa bir məqalə də oxumuşdum. Guya ki, camaatın yanında düz "baba"nın üzünə baxa-baxa oğlu üçün 1-2 kəlmə deyib. Bu da daha bir səbəb!

Qonaq
Qonaq


Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından Le Taon C. 7 Avq. 2009 - 10:58

Veydemanis yazıb:Mən bu hadisə barədə başqa bir məqalə də oxumuşdum. Guya ki, camaatın yanında düz "baba"nın üzünə baxa-baxa oğlu üçün 1-2 kəlmə deyib. Bu da daha bir səbəb!
Buna bənzər - elə demək olar ki, bunun eynisini mənim üçün etibarlı olan mənbədən eşitmişəm.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ziya Bünyadov Empty Geri: Ziya Bünyadov

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.