..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Ramil Səfərov

5 posters

Aşağa gitmek

Ramil Səfərov Empty Ramil Səfərov

Yeni mövzu tarafından REBEL B. 2 Avq. 2009 - 23:56

Ramil Sahib oğlu Səfərov 1977-ci ildə Cəbrayıl rayonunun Şəybəy kəndində doğulub. Ermənistan ordusunun Cəbrayıl rayonunu işğal etməsi nəticəsində ailəsi məcburi köçkün düşüb. Ermənistan ordusunun təcavüzü nəticəsində Ramilin xalası oğlu şəhid olub, əmisi oğlu həyat yoldaşı ilə birlikdə itkin düşüb. Sözsüz ki, bu faktlar onun psixikasında izsiz qalmayıb.

R.Səfərovun 6 nəfərdən ibarət ailəsi (atası, anası, 75 yaşlı nənəsi və üç qardaşı - onlardan biri əlildir) hazırda Bakının Dərnəgül qəsəbəsindəki İqtisad Universitetinin yataqxanasında yaşayır. Anası Nübar xanımın bildirdiyinə görə, Ramil hələ 7-ci sinifdə oxuyanda hərbçi olmaq arzusunda olub və 1991-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi litseyə daxil olub, 1992-ci ildə onu hərbi təhsilini davam etdirmək üçün Türkiyəyə göndəriblər. 1992-1996-da Türkiyənin İzmir şəhərində Maltepe Əsgəri Liseyində təhsil alıb.

Cəbrayılın işğal olunması (1993) xəbərini də orada eşidib. 1996-2000-ci illərdə Ankarada Quru Qoşunları Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2000-2001-ci illərdə isə İzmirdəki Tuzla Piyada Məktəbində ixtisasalma kursunu bitirib.

2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə qayıdıb.

2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstan respublikasının Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 dün qalmış isə - ferval ayının 19-da həmin tədbirdə iştirak edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirib. Elə Həmin tarixdə Budapeştin hüquq-mühavizə orqanları tərəfindən həbs olunub, ömürlük həbs cəzası alıb.
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Le Taon B.e. 3 Avq. 2009 - 9:41

Ramil Səfərovun ömürlük həbs cəzası alması onu göstərir ki, Azərbaycan lobbisi erməni lobbisindən zəifdir. Və məncə bu lobbi məsələsi üzərində dərindən düşünüb, gözəl hərəkət etməyin vaxtıdır. Yoxsa çox Ramilləri həbs edəcəklər.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Le Taon Ç.a. 4 Avq. 2009 - 14:44

"XOCALI BAYRAMINIZ MÜBARƏK"

İlk gündən etibarən Markaryan tədbirdə iştirak edən azərbaycanlılarla maraqlanmağa başlamışdı. Məqsədi həmin zabitlərin ermənilər tərəfindən işğal olunmuş ərazilərdən olduğunu öyrənmək olub. Ramilin Cəbrayıldan olduğunu biləndə onu qıcıqlandırmağa başlayıb.
Hadisə fevralın 19-da Xocalı faciəsinin ildönümünə bir neçə gün qalmış baş verib. Belə ki, Markaryan Ramilin olduğu yerlərdə nümayişkəranə şəkildə deyirmiş ki, azərbaycanlılar bir neçə gündən sonra ən sevimli bayramları olan “Xocalı bayramını” qeyd edəcəklər. Hətta Ramilin özünü bu münasibətlə “təbrik” də edib. Bütün bunlar da təbii ki, bir azərbaycanlı oğlu kimi Ramilin heysiyyatına toxunub.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Le Taon Ç.a. 4 Avq. 2009 - 14:49

Ramil Səfərov 1c64c13db12c

Ramil Səfərov F674a754a827

Ramil Səfərov C699a8a70936
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından psixoloq_08 C.a. 6 Avq. 2009 - 17:36

Ramil kimi ogullar hec vaxt unudulmur

psixoloq_08
Baş Əsgər
Baş Əsgər

Məkan : Azerbaycan

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından psixoloq_08 C.a. 6 Avq. 2009 - 17:41

2004-cu il fevral ayının 19-da Macarıstanın paytaxtı Budapeşt şeherinde Azerbaycan Ordusunun zabiti Ramil Səfərov ermeni zabit Qurgen Marqaryan arasında qanlı olay baş verib, neticede ermeni zabiti oldurulub. Her iki zabit oraya NATO cercivesinde teşkil olunmuş ingilis dili kurslarında iştirak etmek ucun gelmişdi. Ermenistanın resmi hakimiyyeti, ermeni diaspor teşkilatları baş vermiş hadisenin mahiyyetini, sebeblerini araşdırmadan ondan Azerbaycana qarşı cirkin tebliğat kampaniyası ucun, Azerbaycanın beynelxalq imicine zerbe vurmaq meqsedile istifade etmeye, baş vermiş hadise haqqında dunya ictimaiyyetinin, beynelxalq teşkilatların nezerinde yanlış tesevvur yaratmağa, Macarıstanda qeyri-obyektiv ictimai rey formalaşdırmağa, Macarıstanın istintaq ve mehkeme orqanlarına yalan informasiyalarla tezyiqler gostermeye calışır ve son gonlerde, novbeti mehkeme prosesi erefesinde daha da feallaşıblar. Ermenistanın resmi hakimiyyeti, ermeni diasporu neyin bahasına olursa-olsun Ramil Səfərovun mehv edilmesine calışırlar. Bunun ucun onlar konkret addımlar atırlar. Ermenistanın resmi hakimiyyeti derhal ATƏT ve NATO-ya daxil olan olkelerin, butun beynelxalq teşkilatların Ermenistanda olan numayendelerine qerezli beyanatlarla muraciet edib. Ermenistan hakimiyyetinin, Mudafie ve Xarici İşler nazirliyinin numayendeleri Budapeşte gederek orada muxtelif seviyyelerde goruşler keciribler. Ermenistanın Mudafie Nazirliyinin numayendeleri muxtelif olkelere seferler edir, orada Macarıstan sefirliklerinde, xususile de sefirliklerin herbi attaşeleri ile goruşler kecirirler. Ermenistanın mekteblerinde Ramil Səfərovla bağlı "xususi" dersler kecirilir, muxtelif yazılı materiallar paylanır. İnternet sehifelerinde Ramile qarşı tehqir ve tehriflerden ibaret geniş bohtan kampaniyası aparılır. Ermeni diaspor teşkilatları da muxtelif olkelerde Macarıstanın sefirleri ile goruşler kecirirler. Rusiyadakı ermeni diasporunun rehberi Ara Abramyan bu istiqametde xususi feallıq gosterir. Ermeni diaspor teşkilatları hemcinin muxtelif olkelerden oz numayendelerini Budapeşte gonderirler. Ermeni diaspor teşkilatları internet sehifelerinde Azerbaycana, Ramil Səfərova qarşı yalan ve bohtan kampaniyası aparır, saxta senedlerle beynelxalq teşkilatlara, dunya dovletlerine, insan haqlarının qorunması ile meşğul olan en muxtelif qurumlara muracietler gonderirler. Ermeniler baş vermiş hadise etrafında şou duzeltmeye calışırlar. Meselen, ABŞ-ın Kaliforniya ştatında bir gunluk matem elan etmişler. Butun bu işleri gormekle Ermenistanın resmi hakimiyyeti, ermeni diasporu Ramil Səfərovun mehv edilmesine nail olmağa calışır. Ermeniler oz niyyetlerini hec gizletmek de istemirler. ABŞ-dakı ermeni diasporudan her il --- mebleğde "iane" alan senator Con Allen "Budapeşte ermeni zabitinin vehşicesine qetle yetirilmesini pislemekden --- qacıran" resmi Bakını sert tenqid etmişdir. Macarıstandakı ermeni icmasının rehberlerinden biri Vahan Siradeqyan bildirmişdir ki, ermeniler Ramil --- cezalandırılması ucun ellerinden geleni edecek ve bunun ucun istenilen mebleği xercleyecekler. Daşnaksutyun teşkilatının buro uzvu Armenak Ter-Hakopyan bildirib ki, "daşnaklar Marqaryanın qanını yerde qoymayacaqlar". Bir sıra ermeni terror teşkilatları Ramil Səfərova qiyabi olaraq olum hokmleri cıxarıblar. Bunlar ermenilerin etdiklerinin yalnız bir hissesidir. Lakin bu faktlar da ermenilerin mekrli niyyetlerini başa duşmek ucun kifayet edir. Baş vermiş hadiseye ermenilerin bu cur don geyindirmeyinin hec bir esası yoxdur. Ramil Səfərovun bu addımı atmasının konkret sebebleri var. Ramil Səfərov Ermenistanın Azerbaycana qarşı 16 il erzinde apardığı işğalcı muharibenin, azerbaycanlılara qarşı ermeni vehşiliklerinin, ermeni terrorunun, beynelxalq teşkilatların Azerbaycan xalqının taleyine biganeliyinin, Budapeştde onunla birge kurslarda olan ermeni zabitlerin, o cumleden olen zabitin meqsedyonlu provakasiyalarının qurbanıdır. Baş vermiş hadisenin mahiyyetini anlamaq ucun Ermenistanın Azerbaycana qarşı toretdiyi vehşiliklerin tarixine nezer salmaq lazımdır. Ermenistan 16 ildir Azerbaycana qarşı tecavuzkar muharibe aparır. Bu muharibenin gedişinde 200 mine qeder azerbaycanlı Ermenistandan zorla cıxarılıb ve bu zaman 216 nefer azerbaycanlı vehşilikle qetle yetirilib. Bu gun Ermenistan Azerbaycanın erazilerinin 20 faizini, yeni 14 min kv. kilometrlik erazisini, 835 yaşayış menteqesini işğal altında saxlayır. Ermeni işğalı neticesinde 20 minden artıq azerbaycanlı oldurulmuş, 50 minden artıq adam şikest edilmişdir. Bu gun 4959 azerbaycanlı, o cumleden 335 qadın, 71 uşaq ermeni esirliyinde saxlanılır. Ermenistanın işğalcı ordusu, terrorcu teşkilatları dunyada gorunmemiş vehşilikler toredibler. Ermenistan metbuatının etirafına gore Azerbaycanın Ağdam bolgesi işğal olunarken Ermenistanın indiki prezidenti R.Koceryanın birbaşa iştirakı ile esir alınan 300-e yaxın dinc sakin, yuzlerle esger xususi vehşilikle işgencelere meruz qoyularaq, dehşetli şekilde qetle yetirilib. 1992-ci ilde Azerbaycanın Xocalı şeheri ermeniler terefinden darmadağın edilib, 613 nefer vehşilikle qetle yetirilib, 1000-den artıq adam şikest edilib, 1275 nefer esir goturulub, onlardan 151 nefer haqqında bu gune qeder hec bir melumat yoxdur. 1992-ci ilde ermeniler Azerbaycanın Kelbecer bolgesinin Ağdaban kendinde 70 neferi, o cumlden 6 nefer 100 yaşlı qocanı, 2 nefer uşağı xususi qeddarlıqla qetle yetirib, 7 qadını diri-diri yandırıb. Ermeniler 1992-ci ilde Azerbaycanın Qaradağlı kendinde girov goturdukleri 117 nefer dinc ehaliden 76 neferini, Fuzuli rayonundan tutduqları 40 neferin 29 neferini, Gorazilli kendinden olan 40 neferi, Kelbecer bolgesinin Başlıbel kendinden 29 neferi yerindece oldurmuş, meyitlere qarşı vehşilikler edibler. Şuşa şeherinin işğalı zamanı Nubar Zeynalovanın oğlu Niyaz Zeynalov anasının gozleri qarşısında diri-diri yandırılıb. Xocalının işğalı zamanı Servinaz ehmedova oğlu Mehemmed ehmedovla birlikde oz evlerinde diri-diri yandırılıb. 10 yaşlı Xezengul emirovanın gozleri qarşısında atasını diri-diri yandırıblar. Xankendinde 16 yaşında olan gencin evvelce qolunu kesibler, sonra ise tedricen bıcaq zerbeleri ile oldurubler. Hemin gencle birlikde bir qadının qarnını kesib oraya pişik salıblar. Dağlıq Qarabağın esgeran şeherinde 40-a qeder azerbaycanlının kesilmiş başlarını polis idaresinin qarşısına atıblar. Ermeniler esirlerle xususi qeddarlıqla davranırlar. 412 azerbaycanlı esirin işgencelerle oldurulmesi haqqında resmi melumatlar vardır. Ermeni vehşiliklerine dair yuzlerle diger faktlar da melumdur. Ermenistan işğal zamanı terrordan da geniş istifade edib. Ermenistan Azerbaycana qarşı 32 --- terror aktı toredib, 2 minden artıq dinc ehali bu terror aktlarının qurbanlarına cevrilib. 1991-ci ilde ermeni terrorcuları beynelxalq vasitecilerin, Azerbaycanın dovlet resmilerinin ucduğu vertolyotu vurub,neticede 22 nefer helak olub. Bakıda metro qatarları partladılmış, yuzlerle insan helak olub. Azerbaycana qarşı ermeni vehşiliyi 1994-cu ilden başlayan ateşkes dovrunde de davam edib. Bu dovr erzinde minlerle azerbaycanlı, o cumleden dinc sakinler ermeni snayperlerinin qurbanına cevrilib. Ateşkes dovrunde 2 minden artıq adam, o cumleden 198 uşaq ermenilerin qoyduqları minalara duşmuş, olmuş, yaxud şikest olub. Ramil --- doğulub --- Cebrayıl bolgesi de işğala meruz qalıb. Burada 351 nefer vehşicesine qetle yetirilib, 177 nefer şikest edilib, 91 nefer esir goturulub. Cebrayılın 78 yaşayış menteqesi, 132 tarixi abidesi, o cumleden VII, XIII esrlere aid qiymetli abideleri, 149 medeniyyet ocağı, gozel tebieti, yuzlerle dinc sakini genc Ramil Səfərovun gozleri qarşısında ermeni silahlı desteleri terefinden mehv edilib. Ramilin ailesi ermeni işğalının qurbanıdır. Onun ozu, valideynleri, qardaşları, qohumları ermeni işğalı neticesinde didergin salınmış ve bu gun qacqın veziyyetinde yaşamağa mecbur edilib. Onun yaxın qohumlarından Ramiz Ağayev, İldırım Xuduyev, Şirin Şirinov, Kazım Şirinov, Tahir Şirinov, Arif Alekseyev ve digerleri ermeni silahlıları terefinden qetle yetirilib. Ramiz Ağayev xususi qeddarlıqla oldurulub. O, 9 nefer diger dinc sakinle birlikde işgencelere meruz qalıb, oldurulub, sonra ise onların her birinin ureyini cıxarıb ovuclarına qoyub. Ermenilerin toretdikleri bu dehşetler Ramil Səfərovun yaddaşına qanla yazılıb. Ramil Budapeştde NATO kurslarında olarken olen ve diger ermeni zabiti terefinden daim tehqirlere meruz qalıb. Ermeni zabitleri Azerbaycan xalqına, esgerlerine, onun ozune qarşı tehqiramiz ifadeler işledibler, Azerbaycan bayrağı ile cekmelerini silmeye cehd gosteribler. Onlar Ramili, Azerbaycan xalqını tehqir eden audiokasetler, kitablar teqdim edibler. Onlar defelerle Ramil Səfərovun şexsiyyetini alcaltmağa cehdler gosteribler. Butun deyilenler gosterir ki, Ramil ermeni vəhşiliyinin, ermeni terrorculuğunun, ermeni təcavuzunun, Budapeştdeki ermeni zabitlerinin provakasiya xarakterli hereketlerinin qurbanına cevrilib. Ona gore de Ramil Səfərov haqqında edaletli hokm cıxarılmalı, onun oz Vetenine qaytarılması ucun şerait yaradılmalıdır.

psixoloq_08
Baş Əsgər
Baş Əsgər

Məkan : Azerbaycan

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından REBEL C.a. 6 Avq. 2009 - 17:48

psixoloq_08 yazıb:Ramil kimi ogullar hec vaxt unudulmur
Ümumiikdə götürdükdə artiq unudulub.O bir dəb halini almişdi.Hami ondan danişiq maşinlarda şəkilləri KİV-də onun barədə məlumatlar və s.
Yaıniz bizimkimilər onu unutmayib və heç vaxt da unutmayacaq
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından REBEL C.a. 20 Avq. 2009 - 11:01

Ramilə halal olsun.


Hansı əl erməni vurub o ələ halal olsun,
Qəhrəman, igid Səfərov Ramilə halal olsun.

Kim ki, bu hərəkətə səhv yanaşır səhv eləyir,
Ramilə duzgün qiymət verən dilə halal olsun.

Ramilə lağ eləmə Ey kişiciklər kişisi,
Sən də Ramil kimi hərəkət elə halal olsun.

Bu işi fərdi deyil, cəm eləyəriksə əgər,
O zaman söylənilər bizim elə halal olsun.

Erməni Azəri, Türkü öldürür azad olur,
Fəxr et Avropa ədaləti ilə halal olsun.

Aşotun xarici siyasəti çox güclü imiş,
Bizdə həm xaricə, həm də daxilə halal olsun.

Dahi siyasətçinin dahi balası hardadır?
Edə bilmir bu işə mudaxilə halal olsun.

Müntəzir atəşkəs elan eləmə düşmən ilə,
Bağlama şeytan ilə müqavilə halal olsun!
H.Müntəzir
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Jurnalist_89 Ç.a. 8 Dek. 2009 - 11:31

Niyəsə elə bil unudulub e Ramil. Vaxt var idi metroda, avtobuslarda yalnız onun haqqında danışırdılar. tv-də onun haqqda verlişlər hazırlanırdı. ama elə bil heç elə adam yox imiş. Olmalıymış olub qurtarıb. Allah onun valideynlərinə və onun özünə səbr versin.
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Le Taon Ç.a. 8 Dek. 2009 - 14:53

Jurnalist_89 yazıb:Niyəsə elə bil unudulub e Ramil. Vaxt var idi metroda, avtobuslarda yalnız onun haqqında danışırdılar. tv-də onun haqqda verlişlər hazırlanırdı. ama elə bil heç elə adam yox imiş. Olmalıymış olub qurtarıb. Allah onun valideynlərinə və onun özünə səbr versin.
Əvvəla (hansısa) xəritənin köməyi ilə gəlib bura çıxdığına görə Allaha həmd və şükürlər olsun! Ramil Səfərov 814977
İkincisi də, indi biz nəyi yadımızda saxlamışıq ki, Ramili də yadımızda saxlayaq?!
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından REBEL Ç.a. 8 Dek. 2009 - 17:01

Jurnalist_89 yazıb:Niyəsə elə bil unudulub e Ramil. Vaxt var idi metroda, avtobuslarda yalnız onun haqqında danışırdılar. tv-də onun haqqda verlişlər hazırlanırdı. ama elə bil heç elə adam yox imiş. Olmalıymış olub qurtarıb. Allah onun valideynlərinə və onun özünə səbr versin.
Jurnalist onu da nezerine catdirim ki onun anasi rehmete gedib (valideynler yazmisan ona gore xatirlatdim sene) Bu bir daha subut edir ki biz millet deyilik sadece topluyuq.Eger millet olsaydiq...
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Jurnalist_89 B. 13 Dek. 2009 - 18:53

REBEL yazıb:
Jurnalist_89 yazıb:Niyəsə elə bil unudulub e Ramil. Vaxt var idi metroda, avtobuslarda yalnız onun haqqında danışırdılar. tv-də onun haqqda verlişlər hazırlanırdı. ama elə bil heç elə adam yox imiş. Olmalıymış olub qurtarıb. Allah onun valideynlərinə və onun özünə səbr versin.
Jurnalist onu da nezerine catdirim ki onun anasi rehmete gedib (valideynler yazmisan ona gore xatirlatdim sene) Bu bir daha subut edir ki biz millet deyilik sadece topluyuq.Eger millet olsaydiq...

Allah rəhmət eləsin))))))
Bunu eşitmişdim ama bəzi adamlar bunu təkzib etdilər ki,yalan söhbətdir. Məndə o qədər dərindən maraqlanmadım sonra. Topli yox sadəcə və sadəcə kütləyik!
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından When ? B.e. 14 Dek. 2009 - 16:37

Dünən girmişdim dükanların birinə və marağıma səbəb olan bir şeylə rastlaşdım.Dükan sahibi R.Səfərovun şəklini böyük bir çərçivəyə salıb qoymuşdu stolun üstünə.R.Səfərovun ŞƏklini divara vuranları və toz torpaq basmış olanları görmüşdüm amma böyük çərçivədə və tər təmiz şəkildə birinci dəfə idi görürdüm...Yaxınlaşdım və soruşdum ki( bu cür soruşdum çünki bizdəki sahib olduğumuz dəyərlərə olan biganəliyə nəzər salanda buna təəccüblənməmək əldə deyil) `Ramil sizin yaxınınız və ya tanışınızdır?`Aldığım cavab çox xoşuma gəldi və bu tip düçüncələrə sahib insanlarımız var deyə sevindim . `Yox .Sadəcə Azərbaycanın qəhrəmanıdir də . borcumuzdur ` dedi...
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Jurnalist_89 Ç.a. 15 Dek. 2009 - 15:22

When ? yazıb:Dünən girmişdim dükanların birinə və marağıma səbəb olan bir şeylə rastlaşdım.Dükan sahibi R.Səfərovun şəklini böyük bir çərçivəyə salıb qoymuşdu stolun üstünə.R.Səfərovun ŞƏklini divara vuranları və toz torpaq basmış olanları görmüşdüm amma böyük çərçivədə və tər təmiz şəkildə birinci dəfə idi görürdüm...Yaxınlaşdım və soruşdum ki( bu cür soruşdum çünki bizdəki sahib olduğumuz dəyərlərə olan biganəliyə nəzər salanda buna təəccüblənməmək əldə deyil) `Ramil sizin yaxınınız və ya tanışınızdır?`Aldığım cavab çox xoşuma gəldi və bu tip düçüncələrə sahib insanlarımız var deyə sevindim . `Yox .Sadəcə Azərbaycanın qəhrəmanıdir də . borcumuzdur ` dedi...

Çox Şükür ki, azda olsa belə insanlar var
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

Ramil Səfərov Empty Geri: Ramil Səfərov

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.