..:: MİLLƏTÇİLƏRİN MƏKANI ::..
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

QaRaQaN. "A"

5 posters

Aşağa gitmek

QaRaQaN. "A" Empty QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:20

Mən istərdim ki, H.O.S.T_Alliance qrupunun solist reperi QaRaQaN-ın müəllifi olduğu "A" kitabını yerləşdirim.
Məqsədim HOST-u, ya da QaRaQaN-ı təbliğ etmək deyil. Sadəcə kitabı oxuyub onun haqqında müəyyən bir fikir bildirməyinizi istərdim.
[Linkleri görebilmek için üye olun veya giriş yapın.]
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:25

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 10:56, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:29

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 10:59, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:32

- Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili. İnsanlar bir gün uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar onu daha da uca etmək , Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur. Bəs Allah nə edir? Binalarını uçurur, özlərini də cəzalandırır - ayrı –ayrı millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan uca olmaq fikrinə gəlməsinlər. Ya da Misirlilər, adi insanları Allahlaşdırırdılar. Və yaxud inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri cadügər adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi. Bunların hansı doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma fikir ver o dövrdəki insanların hamısı doğru yolda olduqlaını düşünürdülər. Necə ki , biz indi doğru yolda olduğumuzu düşünürük. O zaman da insanlar çoxluğun etdiyini edir, böyük dövlətlərin yolunu gedirdilər. Biz də elə. Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan daha tez inkişaf edir. Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini saxlayan avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır.


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 11:00, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:33

Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir.
(“Zərdüşt belə deyirdi”-Nitşe)


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 11:01, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:35

- Mən istəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki , vicdanınız sizi incitsin. Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq. İnsanlar çox azğınlaşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə. Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük. Biz elə bilirdik ki , filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları.
Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi.


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 11:08, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:44

Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır.


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 11:04, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:51

- Uşaqlar, cəmiyyət içində yaşamaq gündən-günə çətinləşir. Deyirlər ki, bir nəfərin ölümü faciədir, 1000 nəfərin ölümü isə artıq statistikadır. Biz tanıdığımız insanların dərdinə acıyırıq. Tanımadıqlarımız isə rəqəmlərdir. Gündə minlərlə insan acından, xəstəliklərdən ölür. Bir Titanikin batmasına biz göz yaşı ilə baxırdıq. Titanik boyda gəminin faciəvi məhvi ürəyimizi ağrıdırdı. İndi təsəvvür edin ki, hər gün, hər saat bir Titanik batır, dalbadal, dayanmadan. Hər gün 24000 insan aclıqdan və onun törətdiyi xəstəliklərdən ölür. Ölənlərin 60 %-i 5 yaşından kiçik uşaqlardır. Yoxsulluq və kasıblıq hər gün artır. Bu gün gündəlik yemək tapmayan insanların sayı 800 milyona çatıb. 2007-ci il üçün dünya gəlirinin 80 %-i dünya əhalisinin 15 %-inə çatır. Burda bərabərsizliyin nə dərəcədə yüksək olduğunu görürsünüz. Yalnız 15 % əhalinin orta aylıq maaşı 30000 dolar təşkil edir. Qalan 85 % əhalidə isə orta aylıq maaş 30 dollardır.
Bizə bu qəribə gələ bilər. Amma bilin ki, dünyada nə qədər yalan olsa da rəqəmlər heç vaxt aldatmır. Bu aclıqlar bir yana, dünyada 200 milyondan çox narkoman var. Və illik narkotik gəliri 320 milyard dollar hesablanır.
Bu pulların hesabına bütün dünyanı xilas etmək olar. 4 milyard insanı xilas edə biləcək pul narkomanların kefinə gedir. Baxın siz bayaqkı mətni oxuyandan bu vaxta kimi bilirsiniz neçə uşaq acından öldü? İnsanlar azğınlaşıb. Deyəcəksiniz ki, bu həmişə belə olub? Yox, bu qədər ədalətsiz dövr hələ olmayıb. Siz ayda qazandığınız 500 dollarla kifayətlənib ailənizi saxlaya bilərsiniz. Amma biləndə ki, bir ay əzab-əziyyətlə qazandığınız 500 dolları pozğun fahişə bir gecədə qazanır, avtobusda arvadınıza kimsə söz atanda həmin fahişə öz avtomobilini sürür, işdə üstünüzə qışqıran müdiriniz bəlkə həmin gecə fahişənin ayağının altını öpür - bunlara nə deyəcəksiniz?
Bəs İraqın bombalanması? Ya da ki, baş örtüklərinə görə universitetdən qovulan tələbələr. Ya qlobal depressiya? Avropanın 80%-i bu dəqiqə depressiyadadır. Özləri də bilmirlər nəyə görə. Heç bir çıxış yolu yoxdu. Bütün psixoloqların məsləhətləri, Yoqa dərsləri, mənasız meditasiyalar, Tibet fəlsəfəsi, məsciddə yatıb məsciddə oyanan möminlər, komediyalar, Hollivud, MTV, seks, Havay adalarında keçirilən tətillər, Gucci, satanistlərin gecə ritualları, ezoterika, nəsli kəsilməkdə olan kenqurulara yardım fondu, kilsə mahnıları, tanışlıq saytları, astral uçuşlar, ev heyvanları, hippilik, populyarlıq, pul - bunarın heç biri sizi xilas etməyəcək. Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Biz özümüz çox xoşbəxt ola bilərik. Amma əhatəmiz iyrənc olsa buna dözə bilmərik. Bütün sadaladıqlarım depressiyanın dərmanlarıdır. Amma bəzən xəstəlik elə ağır olur ki, cərrahiyyəyə ehtiyac yaranır. “Böyük təmizləmə” başlanmalıdır. Biz insanlığı sağalda bilmədik. Xəstəlik qanqrenlə yavaş-yavaş bütün bədənə yayılır. Deməli çıxış yolu ancaq amputasiyadır. Bu gündən etibarən biz radikallaşırıq. Hər şeyə qarşı. Heç bir güzəşt yoxdu. Heç bir qayda yoxdu. Gördüyümüz hər bir pisliyə qarşı bir mənalı döyüş. Bizə terroçu deyəcəklər. Amma uşaqların həmişə iynədən zəhlələri gedir. O biri otaqda sizin üçün qara köynəklər almışıq. Üzərində qırmızı dairənin içində ulduz işarəsi var. Bu işarə ilə biz bir-birimizi tanıyacağıq. Haqsızlıqlara qarşı mübarizənin planını sabah hər kəs yazıb gətirsin. Biz ən uyğunlarını seçib həyata keçirəcəyik. Artıq A hücuma başlayıb. Kim nədən narazıdır və onun qarşınsını necə almağı təklif edirsə sabah bir kağıza yazıb gətirsin. Mənim özümdə də bir neçə plan var.


Redaktə edən: U-JIN, son redaktə tarixi: C.a. 12 Noy. 2009 - 11:01, cəmi 1 dəfə
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 10:52

CÜCƏNİN NAĞILI


Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ?
İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”.
Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı...
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 12 Noy. 2009 - 11:08

”Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından When ? Ş. 28 Noy. 2009 - 10:06

Əvvala onu deyim ki heç kimə məsləhət bilməzdim,xüsusən 18 yaşdan aşağılara. Ali baş komandanımızın sayəsində yüklədim, sadəcə maraq üçün, oxudum və vaxtımı boş yerə sərf etdiyim üçün təəssüf hissi keçirdim. İradəsi zəif və yaşı az olan gənclər tez təsiri altına düşə bilər. Ona görə də yükləməyə və oxumağa dəyməz... Düzdü ölkəmizin ,dünyamızın problemlərindən danışılır və bunun öz üslubları ilə həlli yollarını axtarırlar,düşünürlər.Amma heç də doğru fikirlər deyil və utopiyadan başqa bi şey deyil . HOST fəlsəfəsiymiş..... Boş, mənasız .. nə isə......
Tərki dünyaymış........pah.....
QaRaQaN. "A" 458666
When ?
When ?
Kiçik Çavuş
Kiçik Çavuş

Məkan : Azərbaycan

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon B. 29 Noy. 2009 - 9:46

When ? yazıb: Əvvala onu deyim ki heç kimə məsləhət bilməzdim,xüsusən 18 yaşdan aşağılara. Ali baş komandanımızın sayəsində yüklədim, sadəcə maraq üçün, oxudum və vaxtımı boş yerə sərf etdiyim üçün təəssüf hissi keçirdim. İradəsi zəif və yaşı az olan gənclər tez təsiri altına düşə bilər. Ona görə də yükləməyə və oxumağa dəyməz... Düzdü ölkəmizin ,dünyamızın problemlərindən danışılır və bunun öz üslubları ilə həlli yollarını axtarırlar,düşünürlər.Amma heç də doğru fikirlər deyil və utopiyadan başqa bi şey deyil . HOST fəlsəfəsiymiş..... Boş, mənasız .. nə isə......
Tərki dünyaymış........pah.....
QaRaQaN. "A" 458666
QaRaQaN. "A" 814977 QaRaQaN. "A" 814977
Gülürəm, amma açığı bilmirəm ki, nəyə gülürəm. Mənim yaşım 18-dən aşağıdır, kitabı da oxuyub qurtarmışam. Və bu kitabdan aldığım təsirə başqa cür don geydirmək istəmirəm. Sadəcə belə izah edirəm: mənim fikirlərimlə tam üst-üstə düşən fikirlərlə dolu bir kitabdır. Əgər mən gələcəkdə kitab yazmağı planlaşdırırdımsa, daha heç vaxt kitab yazmayacağımı qəti şəkildə elan edirəm. Çünki mən yazacaqdımsa belə, bu cür kitab yazacaqım, əgər yazsam heç kəs oxumayacaq çünki hamı plagiat, oğurluq və daha min cür ad verəcək. Nə isə...
Mən əvvəldə də demişdim, HOST ideologiyası, ya da nə bilim nəyini yaymaq fikrim yoxdur. Sadəcə insanları məlumatlandırmaq, və müəyyən bir fikir sahibi olmağa çağırıram.
Bu da Sizin fikrinizdir. Səmimiyyətlə, hörmətlə qəbul edirəm.

P.S. Bir yandan da Allahıma şükür edirəm ki, heç olmasa bir nəfər mənim sayəmdə hansısa kitabı oxudu. QaRaQaN. "A" 652871
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından REBEL Çər. 9 Dek. 2009 - 19:24

Menlik olsaydi hec foruma yerlesdirmezdim bunu.Artiq yazar olmaq xulyasina dusub bu qaraqasdir nedir o.host ne bilim tost bos cefengiyyatdir.Ister repleri isterse de meqaleleri.ve her 2-de plagiatdir replerinin arisi bu kitabda da ogurluqlar yeterincedir bedii baximdan ise umumiyyetle danismaq yersizdir.bir sozle apar tulla.
U-Jin duz deyirsen sen de yazsaydin yeqin bele bir `seviyyeli` eser alinardi.Gelecekde yazarliq xulyasina dusme.Bele tip tesirlerden de ozunu qoru.Umid edirem ki fikirlerin tamamile deyisecek
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 10 Dek. 2009 - 8:58

Bilmirəm nə cavab verim. Düşüncələriə tam yoX, müəyyən qədər kğlgə salmağa nail oldun.
Bir də ki, mən bəyəm "səviyyəli" yazardım, yəni bu qədər qabiliyyətim var?! QaRaQaN. "A" 814977
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Jurnalist_89 C.a. 10 Dek. 2009 - 14:25

Əsəri oxumamışam, ama çoxları tərifləyir ki, yaxşı əsərdir və oxu. Ama hələ vaxtım yoxdur bu kitabı oxumağa, ama nə qədər mənfi fikirlər olsa da bu kitaba qarşı çalışacam tapıb oxuyum. QaRaQaN. "A" 973962
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon C.a. 10 Dek. 2009 - 14:33

Jurnalist_89 yazıb:Əsəri oxumamışam, ama çoxları tərifləyir ki, yaxşı əsərdir və oxu. Ama hələ vaxtım yoxdur bu kitabı oxumağa, ama nə qədər mənfi fikirlər olsa da bu kitaba qarşı çalışacam tapıb oxuyum. QaRaQaN. "A" 973962
Adı çəkilən kitab mövzuda yerləşdirilib. Mouse`un oxunu Yüklə sözünün üstünə gətirib click edin. Yox, əgər kitab kimi alıb oxumaq istəyirsinizsə, bu ayrı məsələ.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Jurnalist_89 C. 11 Dek. 2009 - 14:41

U-JIN yazıb:
Jurnalist_89 yazıb:Əsəri oxumamışam, ama çoxları tərifləyir ki, yaxşı əsərdir və oxu. Ama hələ vaxtım yoxdur bu kitabı oxumağa, ama nə qədər mənfi fikirlər olsa da bu kitaba qarşı çalışacam tapıb oxuyum. QaRaQaN. "A" 973962
Adı çəkilən kitab mövzuda yerləşdirilib. Mouse`un oxunu Yüklə sözünün üstünə gətirib click edin. Yox, əgər kitab kimi alıb oxumaq istəyirsinizsə, bu ayrı məsələ.

oxumaq istərdim e, ama e-kitab oxuya bilmirəm.Buna görə də çalışıram kitabın özüzü axtarıb-tapım həmişə
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından REBEL B. 13 Dek. 2009 - 20:58

Jurnalist_89 yazıb:Əsəri oxumamışam, ama çoxları tərifləyir ki, yaxşı əsərdir və oxu. Ama hələ vaxtım yoxdur bu kitabı oxumağa, ama nə qədər mənfi fikirlər olsa da bu kitaba qarşı çalışacam tapıb oxuyum. QaRaQaN. "A" 973962
Sen cani kimler terifleyib bu eseri?? virtualda yoxsa real heyatda?? Vaxtina heyfin helmir? O qeder oxumali eserler var ki.Ele misalcun V.Babanlinin-Vicdan Susanda eseri.Ele bunu oxu neinki cefengiyyatla ve ogurluq fikirlerle dolu olan qaraqasin eserini
REBEL
REBEL
KİLLER
KİLLER

Məkan : BÜTÖV AZƏRBAYCAN

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Jurnalist_89 Ç.a. 15 Dek. 2009 - 15:27

REBEL yazıb:
Jurnalist_89 yazıb:Əsəri oxumamışam, ama çoxları tərifləyir ki, yaxşı əsərdir və oxu. Ama hələ vaxtım yoxdur bu kitabı oxumağa, ama nə qədər mənfi fikirlər olsa da bu kitaba qarşı çalışacam tapıb oxuyum. QaRaQaN. "A" 973962
Sen cani kimler terifleyib bu eseri?? virtualda yoxsa real heyatda?? Vaxtina heyfin helmir? O qeder oxumali eserler var ki.Ele misalcun V.Babanlinin-Vicdan Susanda eseri.Ele bunu oxu neinki cefengiyyatla ve ogurluq fikirlerle dolu olan qaraqasin eserini

dünən oxudum qurtardım əsəri. düzdür maraqlı əsərdir, bəzi yerlərindən ən çox da istifadə etdiyi hekayələr xoşuma gəldi, Cücənin nağıl. Ama sonluğu filan çox fantaziya uydurma idi. Maraqsız gəldi sonu. Ama yenə də o qədər pis deyildi axı
Jurnalist_89
Jurnalist_89
Çavuş
Çavuş

Məkan : Bütün Türk diyarı

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından TRISTAN C. 19 Fev. 2010 - 15:32

BU LINK ISLEMIR AXI XAHIS EDIREM KOMEK EDIN MENE BU KITABI TAPMAQDA

TRISTAN
Baş Əsgər
Baş Əsgər


Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Le Taon B. 21 Fev. 2010 - 9:35

TRISTAN yazıb:BU LINK ISLEMIR AXI XAHIS EDIREM KOMEK EDIN MENE BU KITABI TAPMAQDA
Link mövzu açılan zaman ilək vəziyyətdə idi. Əgər imkan olarsa, tapsam yerləşdirərəm.
Le Taon
Le Taon
Ali Baş Komandan
Ali Baş Komandan

Məkan : Sumqayıt

https://milletci.azerbaijaniforum.com

Əvvələ qayıt Aşağa gitmek

QaRaQaN. "A" Empty Geri: QaRaQaN. "A"

Yeni mövzu tarafından Sponsored content


Sponsored content


Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.